Plan
Fakt
+, -
%
Şöbə
117
413
119
263
1
851
102
Hissə 2. Məlumatların toplanması
Məlumatlara olan tələblərin müəyyənləşdirilməsi
Qeyd olunduğu kimi, monitorinqdə həm aralıq, həm də son
indikatorların izlənməsi vacibdir. Proqramın keyfiyyətini müntəzəm
olaraq artıran sistemi “işə salan” əldə olunan göstəricilərin öncədən
nəzərdə tutulanlarla müqayisədə fərqidir. Yaranan problem təhlil
olunur və onun həll edilməsi üçün ən effektiv üsul seçilir.
Lazım olan məlumat müxtəlif təşkilatlar tərəfindən müxtəlif
alətlər vasitəsi ilə yığıla bilər.
Əhaliyə göstərilən səhiyyə xidmətlərinin səmərəliliyini əks
etdirən indikatorlar haqda məlumatı bilavasitə bu xidmətlərin
istifadəçilərindən, yəni pasiyentlərlə aparılan müsahibə, ya da ev
təsərrüfatları ilə aparılan sorğu yolu ilə əldə etmək mümkündür.
İnzibati qeydlər olan yerdə nəyə görə xidmətlərin əlçatanlığı,
istifadəsi və keyfiyyəti haqda məlumatı ev təsərrüfatlarından yığmaq
lazımdır? Nəyə görə səhiyyənin informasiya idarəetmə sistemindən
alınan məlumatlar kifayət deyil?
Birincisi, ev təsərrüfatlarından alınan məlumatlar daha etibarlıdır:
səhiyyə xidmətləri haqda yanlış informasiyanın verilməsində ev
təsərrüfatları bu xidmətləri göstərən tibb müəssisələri
rəhbərliklərindən az maraqlıdırlar. İkincisi, ev təsərrüfatlarında
aparılan sorğuda, adətən, ev təsərrüfatları haqda digər, misal üçün
səhiyyə xidmətlərindən istifadə edənlərin gəliri, sosial statusu və s.
məlumatlar da toplanır. Bu, o demək deyil ki, səhiyyənin informasiya
idarəetmə sistemi tərəfindən əldə edilən məlumatlar lazımsızdır.
Sadəcə olaraq bu məlumatların yoxlanması və səhiyyə xidmətləri
istifadəçilərindən bilavasitə toplanan məlumatların əlavə edilməsi
zəruridir.
Səhiyyə xidmətlərinin səmərəliliyini qiymətləndirən effektiv
monitorinq sistemi, eləcə də regionun və yaxud ərazinin sosial-
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
22
iqtisadi vəziyyətini, əhalinin yerləşdirilməsini, coğrafi və iqlim
şəraitini nəzərə almalıdır.
Öyrənilən göstəricilər nöqteyi-nəzərindən monitorinq və
qiymətləndirmə üç əsas amillə formalaşır:
araşdırma çərçivəsində öyrənilən məsələlərin
müəyyənləşdirilməsi ilə; monitorinq həm də istənilən
proqramın səmərəliliyini qiymətləndirmək üçün və yaxud
müntəzəm şəkildə aparıla bilər;
məlumatın toplanması üçün müəyyənləşdirilən və yaxud
məlumatın toplanmasının tezliyini müəyyənləşdirən vaxt
çərçivəsi ilə;
indikatorlar arasında olan əlaqənin müəyyənləşdirilməsi ilə
(məsələn, xəstələnmə göstəricilərinin dəyişməsinə müəyyən
proqramın təsirinin olub-olmaması).
Bu üç faktor informasiyanın mənbəyi və toplanma üsulunun
seçilməsini müəyyənləşdirir.
Aşağıda informasiyanın müxtəlif mənbələri və toplanma
metodları nəzərdən keçiriləcək. Bunlar müntəzəm toplanan kəmiyyət
məlumatlarından başlamış keyfiyyət və qeyri-strukturlaşdırılmış
metodlaradək müxtəlif üsulları əhatə edir. Məlumatların mənbəyi və
toplanma metodları monitorinq proqramının məqsəd və
vəzifələrindən, seçilmiş indikatorlardan asılıdır. Qeyd etmək lazımdır
ki, ən səmərəlisi müxtəlif metodlardan birgə istifadədir.
Əlavə olaraq dərinləşdirilmiş müsahibə, əsas informatorlarla
müsahibə, fokus-qrup müzakirələri kimi alternativ metodlardan da
istifadə oluna bilər. Bu yanaşmalar görülən tədbirlərin
səmərəliliyinin daha ətraflı təhlil edilməsi üçün imkan yaradır. Bu
alternativ üsullar səhiyyə sistemində olan müntəzəm araşdırmalara
çox vaxt daxil olmasa da, səhiyyədə siyasətin müəyyənləşdirilməsi,
monitorinq və qiymətləndirmə sisteminin planlaşdırılması üçün vacib
rol oynaya bilər.
Dostları ilə paylaş: |