İndikatorların seçimi
Aydındır ki, indikatorların seçimi həm monitorinqi həyata
keçirən təşkilat üçün əlçatan olan məlumatların növündən, həm də
mövcud resurs və imkanlar çərçivəsində hansı göstəriciləri izləyə
bilməkdən asılıdır.
Əgər dəqiq göstəricilər hələ məlum deyilsə, belə indikatorların
istifadə edilə biləcəyi məlumatların toplanması və təhlili üzrə
mexanizmin hazırlanması mümkün olduğu halda onu monitorinq
sisteminə daxil etmək olar. Yuxarıda qeyd olunanlar nəzərə alınaraq,
indikatorların seçimi aşağıdakı prinsiplərə uyğun olmalıdır:
indikatorların seçimi məlumatların toplanmasına cavabdeh
şəxs üçün çətinliklər yaratmamalıdır;
indikatorlar mövcud məlumat mənbələrindən
formalaşdırılmalıdır;
məlumatların mənbəyi ilə bağlı hər hansı problem olduqda,
lazımi məlumat və ya mövcud məlumatlar dəqiq olmadıqda
mövcud resurslar gücləndirilməli və ya yeni müvafiq
məlumat mənbələri yaradılmalıdır;
indikatorlar qarşıya qoyulan məqsədlərə çatmanı ölçməli və
monitorinqin məntiqi sxemi çərçivəsində əsas göstəricilərdə
dəyişiklikləri əks etdirməlidir;
indikatorlar sayıla bilən olmalı və zamanla təkrar
dəyişiklikləri ölçməlidir. İndikatorlar ən azı qoyulan suala iki
bir-birini inkar edən cavab variantını əks etdirməlidir.
Monitorinq sistemi hazırlandıqda yuxarıda qeyd olunanlar nəzərə
alınmaqla indikatorların seçimi mütləqdir. Ölçülməsi çətin olan,
monitorinq proqramı çərçivəsində tədqiq olunan səhiyyə
problemlərinə aid olmayan indikatorlar seçilməməlidir.
Müvafiq indikatorların seçilməsi üzrə meyarlar məlum olduqdan
sonra növbəti addım indikatorların müəyyən olunmasıdır.
İndikatorları aşağıdakı qayda ilə müəyyən etmək olar:
1. monitorinq edilən proqramın məqsədlərinə uyğun məhdud
indikator dəsti seçilməli;
2. hər bir indikator üçün uyğun məlumatların toplanması metodları
müəyyən edilməli;
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
18
3.
bütün indikatorlar üçün onların xüsusiyyətlərini, mənalarını,
əhəmiyyətlərini (əks etdirdikləri göstəricilər ilə nə qədər uyğun
olmalarını) və məlumatların toplanmasının asanlığını (lazım olan
məlumat nə qədər asan əldə oluna bilər) əks etdirən cədvəl
qurulmalı;
4.
prioritetlər indikatorların əhəmiyyəti və məlumatların asan əldə
olunması sırası ilə düzülməli;
5.
seçilmiş indikatorlar gələcəkdə məlumatların toplanmasını
asanlaşdırmaq üçün mənbələrinə görə qruplaşdırılmalı;
6.
məlumatların toplanması üsulu və bunun üçün lazım olan
resurslar müəyyən edilməlidir.
Ölçülən indikatorları seçən və formalaşdıran zaman onların
miqdarı, keyfiyyəti, vaxt çərçivəsi və vəzifələri nəzərə alınmalıdır.
Keyfiyyət dedikdə, indikatorun dəqiq mənası və ölçülən göstəricini
dəqiq əks etdirməsi başa düşülür. Vaxt çərçivəsinə indikatorun ölçü
tezliyi və əhatə etdiyi müddət daxildir.
Aşağıda təqdim olunan cədvəldə uşaqların inkişafını əks etdirən
indikator göstərilir və bu indikatorun hədəfi, tərifi, hesablama üsulu,
məntiqi, göstəricilərin mənbəyi, ümumi səhvlər, lazım olan tədbirlər,
eləcə də digər mümkün olan indikatorlar haqda məlumat verilir.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
19
Cədvəl 2. Uşaq sağlamlığı indikatorların nümunəsi
Dostları ilə paylaş: |