Göstəricinin mənbəyi
Uşağın inkişaf kartıdır
Ümumi səhvlər
Hər gəlişdə hər uşağın kütləsini ölçmürlər. O
uşaqların kütləsini ölçürlər ki, qidalanması aşağı
olan kimi görünür. Buna görə nəticələrdə səhvə
meyllilik ola bilər.
Lazım olan tədbirlər
Kütlə artımında problemi olan hər bir uşaq xüsusi
qeydə alınmalıdır və onların kütlə artımı
mütəmadi olaraq izlənməlidir. İcmada 5 yaşına
qədər uşaqların 5-7%-də kütlə artımı problemi
olarsa, icmada müvafiq tədbirlər görmək
lazımdır.
Digər mümkün olan
indikatorlar
Boyun yaşa nisbiliyi kəskin qida problemini
deyil, xronik problemi əks etdirir. Ola bilsin ki,
uşaqda keçmişdə problemlər olub və nəticədə
onun boyu hal-hazırda yaşına görə kiçikdir.
Mikroqidalandırıcıların defisitini aşkar etmək
üçün digər yanaşmalar mövcuddur, amma kütlə
artımı problemi olan bütün uşaqların analarına
tövsiyə etmək lazımdır ki, evdə yodlaşdırılmış
duzdan istifadə etsinlər, uşaqlarına kifayət qədər
tərəvəz, ət və yumurta versinlər.
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.
20
İndikatorların seçimi monitorinq proqramının məqsədlərindən
asılıdır. Ölçülən indikatorlar sadəcə mövcud olan statistik formalarda
olan məlumatlar deyil, hesablanmış kompleks göstəricilər ola bilər.
Məsələn, tibb müəssisəsinin büdcə xərclərinin səmərəliliyinin
ölçülməsi üçün planlı hospitalizasiyaların təcili hospitalizasiyalarla
olan nisbiliyini təhlil etmək olar. Bu indikator həm də tibbi stasionar
xidmətlərin planlaşdırılmasının keyfiyyətini əks etdirir. Növbəti
müəssisənin büdcə xərclərinin səmərəliliyini əks etdirən indikator
çarpayı fondunun istifadəsinin effektivliyi ola bilər. Bu indikator
çarpayının faktiki dövriyyəsi ilə çarpayının normativ dövriyyəsinin
nisbiliyi kimi təzahür edir.
Dostları ilə paylaş: |