Monitorinq sisteminin layihələndirilməsi və qurulması
Monitorinq sisteminin layihələndirilməsi və qurulması üçün
11 əsas addım zəruridir.
Addım 1. Monitorinq sisteminin iştirakçılarının
müəyyənləşdirilməsi
Monitorinq sisteminin iştirakçıları məlumatların yığılması, emalı
və təhlilini həyata keçirməyə qadir olan və ya tibb xidmətlərinin
monitorinqində maraqlı olan təşkilatlar və fərdlər ola bilərlər. Bütün
potensial iştirakçıları
müəyyənləşdirmək üçün səhiyyə
göstəricilərində və ya tibb xidmətlərinin səmərəliliyində kimlərin
maraqlı olduqlarını nəzərdən keçirmək lazımdır. Bu, iştirakçıların
siyahısını müəyyənləşdirməyə kömək edəcək. Həmin siyahıya
səhiyyə sisteminin həkim və orta tibb işçiləri, rəhbər və idarəetmə
işçiləri, eləcə də səhiyyə problemlərinin həll olunmasında maraqlı
olan ictimai və qeyri-hökumət təşkilatları aiddir.
Səhiyyə sektoruna daxil olmayan, monitorinqin göstəricilərində
və səhiyyə xidmətlərinin səmərəliliyində maraqlı olan digər
təşkilatlar da iştirakçı ola bilərlər. Bunlar sığorta şirkətləri, təhsil,
hüquq və sosial xidmətlərlə məşğul olan qurumlar ola bilərlər.
Onların bəziləri, məsələn, sığorta
şirkətləri sistemin
maliyyələşdirilməsində iştirak edə bilərlər.
Eləcə də səhiyyə sistemi ilə bilavasitə əlaqəli olmayan, amma
ictimaiyyətin, siyasi qurumların və digər nüfuzlu qrupların geniş
dəstəyinin alınmasına yardım edə bilən yerli və ictimai liderləri
nəzərə almaq lazımdır.
Dostları ilə paylaş: |