məlumatların toplanması və təhlilinin metodologiyası.
anlamaq və doldurmaq üçün sadə olmalıdır. Təkrarlanan məlumatı
çox vacibdir.
göstərirsə. Məsələn, qeydə alınan digər səhiyyə xidmətləri haqqında
7
İştirakçılar tərəfindən qəbul olunan. Sistem insanların onda
iştirak etmək istəyi olduğu halda işlək olur. İşçi heyətin blankların
hazırlanması, qiymətləndirilməsi, məlumatların toplanması üçün
formaların modifikasiya edilməsi prosesinə cəlb olunması onlarda
blankların doldurulmasının rahat və məqsədinin aydın olması barədə
əminlik yaradacaq. Son istifadəçilərin lazım olan nəticələri əldə edə
bilmələrinə və onları təkmilləşdirmək məqsədilə şərh və təkliflərin
qəbul olunmasına əmin olmaları vacibdir.
Etibarlı. Monitorinq nəticəsində əldə olunan məlumatların
dəqiqliyinə istifadəçilər əmin olmalıdırlar.
Əgər resurslar imkan verirsə, monitorinqin aparılmasında
seçmədən qaçmaq lazımdır. Seçmənin aparılması lazım olduqda onu
müəyyən qaydalar əsasında etmək lazımdır. Əhalinin bütün
təbəqələrindən ibarət reprezentativ
1
seçmə müəyyən səviyyədə oxşar
olan xəstəxana və poliklinikaların seçilməsi yolu ilə əldə oluna bilər.
Etibarlı məlumatlar əsasında əldə edilən indikatorlar yüksək
həssaslığa və gələcək nəticələrdən xəbər verə bilmək xüsusiyyətinə
malik ola bilər. Bu nəticələr tam əhatə olunmaya bilər, əsas odur ki,
bütün vəziyyətlərdə tədqiq olunan hadisələrin bütün formalarını
bərabər səviyyədə əhatə etsin. Buna reprezentativ seçmə metodu ilə
nail olmaq olar.
Əlverişli. Sistem əlverişli və əlçatan olmalıdır. İşçi heyətə əlavə
yük və təşkilatın büdcəsinə zərər vurmaq lazım deyil.
Dayanıqlı. Sistem qurulduğu andan öz məqsədlərinə xidmət
etmək üçün az güc sərf olunmaqla işləməli, rahat yenilənməlidir.
Məlumatı vaxtında hazırlayan. Sistem
ən müasir məlumatı
hazırlamalıdır.
Təhlükəsizlik və məxfiliyə əməl edən. Bu monitorinq sisteminin
iki vacib xüsusiyyətidir. Fərdi məlumatlar tam şəkildə gizli
saxlanmalıdır. Hesabatlarda şəxsi məlumatlar olmamalıdır. Bundan
əlavə, sistem şübhəli və qorxu xarakterli şəxsi məlumatları
yaymamalıdır.
1
Öyrənilən populyasiyanı düzgün təmsil edən
Klinik protokol Az
ərbaycan Respublikas
ı S
əhiyy
ə Nazirliyinin
İctimai S
əhi
yy
ə v
ə
İslahatlar M
ərk
əzind
ə haz
ırlanm
ış
dı
r.