Addım 3. İndikatorların müəyyənləşdirilməsi
Monitorinqin məqsəd və vəzifələrini müəyyənləşdirdikdən sonra
vəzifələrin həyata keçirilməsini, məqsədlərə yaxınlığını ölçməyə
qadir olan indikatorları müəyyənləşdirmək lazımdır. İndikatorlar
monitorinqin məntiqi sxeminin ayrı-ayrı tərkib hissələrinin ölçülməsi
üçün istifadə olunur.
İndikatorlar geniş mənada aşağıda göstərilən elementlərin
ölçülməsi üçün istifadə oluna bilər:
zaman ərzində dəyişikliklər (məsələn, səhiyyə xidmətlərindən
istifadənin dinamikası);
ümumi məcmunun altqruplar arasında olan fərqi (məsələn,
böyüklərin xəstələnməsi ilə müqayisədə
uşaqların
xəstələnməsi);
əhalinin və tibb müəssisələrinin müxtəlif qruplarının
səciyyəvi xüsusiyyətlərinin təsviri (məsələn, müəyyən
avadanlığın mövcud olması, ya da hədəf auditoriyada
müəyyən xidmətlərin istifadəçilərinin faizi);
müxtəlif müəssisələr arasında olan fərqlər (məsələn, müəyyən
səhiyyə xidmətlərinin göstərilməsində);
qarşıya qoyulan məqsədlərə çatma dərəcəsi (məsələn,
müəyyən xidmət göstərilən pasiyentlərin planlaşdırılmış sayla
müqayisəsi).
Dostları ilə paylaş: |