6
arzuolunan nəticələrin və ya göstəricilərin əldə edilməsi üçün
yolların müəyyənləşdirilməsidir. Məqsəd bilavasitə vətəndaşların
sağlamlığının qorunması
və möhkəmləndirilməsi, səhiyyə
xidmətlərinin keyfiyyətinin və əlçatanlığının artırılması, sanitariya-
epidemioloji salamatlığın təmin edilməsi ola bilər.
Məqsədlərə nail olmaq üçün bir sıra vəzifələri həyata keçirmək
lazımdır. Məsələn, əhalinin sağlamlığının yaxşılaşdırılması üçün
xəstələnmə, xəstəxanalarda ölüm, ana və uşaq ölümünün
azaldılmasına nail olmaq lazımdır.
İdeal halda istənilən proqramın məqsəd və vəzifələri və həmin
vəzifələrin həyata keçirilməsini əks etdirən göstəricilər (indikatorlar)
toplusu olmalıdır. Nəticə indikatorları, eləcə də onların ölçmə və
qiymətləndirmə üsulları proqram fəaliyyətə başlamazdan əvvəl
müəyyənləşdirilməlidir.
Dostları ilə paylaş: