Morfoloji tədqiqatlar
Erkən morfoloji dəyişikliklər: iki nüvəli hepatositlərin olması,
hepatositlərdə qlükogenin toplanması. Portal traktlarda mülayim
piyli infiltrasiya və kiçik iltihabi infiltratın olması
Bəzi hallarda mikrovezikulyar piylənmə proqressiv artaraq
etanolla induksiya olunmuş steatozu xatırladır. Hüceyrə
orqanellərinin regenerasiyasının pozulması, həmçinin
hepatositlərin mitoxondrilərinin ölçü və formasının dəyişikliyi
müəyyən olunur. Misin miqdarı həddən çox olduqda
histokimyəvi müayinələrdə 1-ci asinus zonasında onun
toplanması müəyyənləşdirilir
Baş beyində anatomik dəyişikliklərə quyruqlu nüvədə, görmə
qabarında, solğun cisimdə degenerasiya və boşluqların əmələ
gəlməsi aiddir. Neyropatoloji dəyişikliklər nevroloji
pozulmaların ifadəliliyi ilə zəif korrelyasiya edir
Dostları ilə paylaş: |