Böyrəklərin zədələnməsi Vilson xəstəliyi zamanı sidiyin
turşuluğunun artması ilə amin turşular, qlükoza, fruktoza, qalaktoza,
sidik turşusu, fosfat və kalsiumun ekskresiyasının güclənməsi ilə
xarakterizə olunur. Eyni zamanda bu dəyişikliklər proteinuriya D-
penisillaminin yan təsirlərinin nəticəsi ola bilər. Xəstələrin 16%-də
34
inkişaf edən urolitiaz hiperkalsiuriya və ya sidiyin turşulaşmasının
pozulması nəticəsində yarana bilər.
Sümük-əzələ sisteminin pozğunluqları – xəstəliyin xarakterik
əlaməti olub, bütün halların yarıdan çoxunda təsadüf olunur.
Osteopatiya. Sümüklərin demineralizasiyasının rentgenoloji
əlamətləri xəstələrin 20-25%-də aşkarlanır. Osteopatiya bütün yaş
qruplarında müşahidə olunur. Adətən simptomsuz keçir. Bəzi
xəstələrdə patoloji sınıqlar baş verir. Böyrək kanalcıqlarının
zədələnməsi nəticəsində bəzi hallarda osteomalyasiya inkişaf edə
bilər.
Artropatiya. Oynaqların zədələnməsinə uşaqlarda nadir rast
gəlinsə də, böyüklərdə 50% xəstələrdə aşkarlanır. Oynaqların
zədələnməsi simptomsuz rentgenoloji dəyişikliklərdən aydın ifadə
olunmuş erkən osteoartroza qədər variasiya edir. Oynaqların
rentgenoloji simptomları:
oynaq yarığının daralması
sümük toxumasının yayılmış subxondral fraqmentasiyası
bilək və barmaq oynaqlarının, həmçinin dirsək, çiyin, bud-
çanaq, diz oynaqlarının kənari sklerozu.
Bəzi xəstələrdə kiçik oynaqətrafı kistlər, fəqərələrin kənarlarının
pazvari deformasiyası və nahamar olması, diz qapaqlarının kəsici
osteoxondrit və xondromalyasiyası aşkarlanır. Oynaq bağlarında,
vətərlərdə, oynaq kapsulunda yerləşmiş periartikulyar kalsinatlar
xarakterikdir. Artropatiyaların ifadə olunma səviyyəsi xəstəliyin
ifadə dərəcəsi, nevroloji, qaraciyər və böyrək təzahürləri ilə
korrelyasiya etmir.
15% xəstələrdə xəstəlik hematoloji sindromlarla, birinci növbədə
hemolitik anemiya ilə təzahür edir.
Diaqnostika
Qaraciyərin naməlum etiologiyalı zədələnməsi olan 3-55 yaşlı
istənilən xəstədə Vilson xəstəliyindən şübhələnmək olar. Digər
yaşlı pasiyentlərdə diaqnozu inkar etmək olmaz (B)
Qaraciyərin naməlum etiologiyalı xəstəliyi ilə yanaşı, nevroloji
və ya psixi pozulmalar olduqda da VX-dən şübhələnmək olar (B)
VX-yə şübhə olduqda təcrübəli mütəxəssisin iştirakı ilə yarıqlı
fənərdən istifadə etməklə Kayzer-Fleyşer həlqəsini axtarmaq
lazımdır. Bu həlqənin olmaması VX diaqnozunu inkar etmir (B)
35
Diaqnostik meyar – zərdab seruloplazmininin kəskin azalmasıdır
(<50mq/l). Cüzi azalma zamanı əlavə müayinə tələb olunur.
Qeyd etmək lazımdır ki, seruloplazmin kəskin fazalı zülaldır və
onun miqdarı iltihab, infeksiyalar, hamiləlik, estrogenlərin qəbulu
zamanı yüksələ bilər. Seruloplazminin kiçik səviyyəsi nefrotik
sindrom, sekretor enteropatiya və malabsorbsiya sindromunda
meydana çıxan zülal defisiti zamanı rast gəlinir. Normal səviyyə
VX-ni inkar etmir (B)
VX-yə şübhəli bütün xəstələrdə sidikdə misin gündəlik
ekskresiyasını tədqiq etmək lazımdır. Bunun 40 mkq-dan (0,6
mkmol) çox olması əlavə müayinələrin aparılmasını tələb edir,
100 mkq-dan çox artım (1,6 mkmol) VX üçün xarakterikdir (B)
Uşaqlarda VX-yə şübhə yaranarsa və misin gündəlik ekskresiyası
<100 mkq olarsa, penisillinaminlə test aparılmalıdır (500 mq
gündəlik sidiyin yığılmasının başlandığı vaxtda + 500 mq 12
saatdan sonra). Mis >1600 mkq (25 mkmol) olarsa, onda VX
diaqnozu qoyula bilər. Misin ekskresiyasının güclənməsinə,
həmçinin qaraciyərin digər xolestatik xəstəlikləri zamanı da rast
gəlinə bilər (B)
Diaqnostikanın qızıl standartı – qaraciyər parenximasında misin
miqdarının >250 mkq/q-quru toxumada olmasıdır. Bu
göstəricinin <40-50 mkq/q-quru toxumada olması VX
diaqnozunu inkar edir. Müvafiq klinik əlamətlər zamanı
göstəricinin qiyməti 70-250 mkq/q-quru toxumada olduqda əlavə
müayinələr aparmaq lazımdır (B)
Nevroloji simptomatika olduğu zaman VX-yə şübhə yarandıqda
müalicə başlanana qədər nevroloji müayinə və baş beyinin MNR
müayinəsi aparılmalıdır (C)
Diaqnostik çətinliklər zamanı və xəstənin birinci xətt
qohumlarının ailəvi skrininqi üçün genetik analiz (ATP7B
geninin mutasiyasının aşkarlanması) aparılmalıdır (B)
Autoimmun hepatit simptomatikalı uşaq yaşlı pasiyentlərdə (3
yaşdan yuxarı) VX-dən şübhələnmək lazımdır (B)
Böyük yaşlı pasiyentləri autoimmun hepatitin atipik klinik
mənzərəsi və ya autoimmun hepatitin qlükokortikoidlərlə
müalicəsinin effektsizliyi zamanı VX-nə müayinə etmək lazımdır
(C)
36
VX qeyri-alkoqol piy hepatozunun diferensial-diaqnostik sırasına
daxil edilməlidir (D)
Kəskin qaraciyər çatışmazlığı, damardaxili hemolizə mənfi
Kumbs sınağı, transamilazaların mülayim yüksəlməsi olan və ya
aşağı səviyyəli qələvi fosfataza və QF/bilirubin nisbətinin <2
olan pasiyentlərdə VX-dən şübhələnmək lazımdır (B)
VX olan pasiyentin birinci xətt qohumlarını VX-nin olmasına
görə müayinə etmək lazımdır (A)
Radioaktiv nişanlanmış mislə
sınaq misin qaraciyər
metabolizmini bilavasitə qiymətləndirməyə imkan verir.
Zərdabın radioaktivliyini müəyyənləşdirmək üçün qan radioaktiv
nişanlanmış misin (64CU və ya 67CU) qəbulundan 1, 2, 4, 24 və
48 saat sonra götürülməlidir.
Sağlam insanlarda zərdabın radioaktivliyinin birinci
yüksəlişindən sonra təkrar artımı da müşahidə olunur. Bu da
misin yeni sintez olunmuş seruloplazminin tərkibinə daxil
olması və qan dövranına çıxması ilə əlaqədardır.
Vilson xəstəliyi olan pasiyentlərdə seruloplazminin hətta
normal miqdarı olduğu hallarda da zərdabın radioaktivliyinin
yüksəlməsinin ikinci piki olmur.
2>100> Dostları ilə paylaş: |