VİLSON XƏSTƏLİYİ
Vilson xəstəliyi və ya hepatolentikulyar degenerasiya, nadir
autosom-resessiv irsi xəstəlik olub nazik bağırsaqda misin yüksək
absorbsiyası, onun qaraciyərdən sekresiyasının zəifləməsi
nəticəsində qaraciyərdə misin izafi toplanması ilə xarakterizə olunur,
bu da hepatitin inkişafına, sirroza və fulminant qaraciyər
çatışmazlığına səbəb olur. Miqdarı artdıqca mis beyində, böyrəklərdə
və digər orqanlarda da toplanır.
Qohumlar arasında nikah çox olan ölkələrdə tez-tez rast gəlinir.
Kişi və qadınlar arasında bərabər tezlikdə təsadüf edilir.
Dostları ilə paylaş: |