Nevroloji pozulmalar. İlkin təzahürü tremordur (təsadüflərin
yarısından çoxunda).
Nevroloji pozulmaların erkən əlamətləri:
çətinləşmiş nitq
hipersalivasiya
ataksiya
koordinasiyanın pozulması
Gecikmiş təzahürləri:
distoniya
spastiklik
əzələ rigidliyi
bükücü kontrakturalar
epileptik qıcolmalar
Xəstələrin çoxunda neyropsixi pozulmalar qaraciyərin xronik
xəstəliyi fonunda inkişaf edir. Psixi pozulmalara 10-20% halda
təsadüf olunur, bunlara emosional labillik, impulsivlik, şəxsiyyətin
dəyişilməsi aiddir.
Spesifik oftalmoloji əlamət – Kayzer-Fleyşer həlqələridir,
bunlar misin depozitləri olub hər iki gözün buynuz qişasının
kənarlarında yerləşir. Bu həlqələr xəstələrin 90%-dən çoxunda olur,
ya vizual, ya da oftalmoskop və yarıqlı lampa vasitəsi ilə təyin
olunur. Lakin Kayzer-Fleyşer həlqələri hissəvi biliar atreziya,
birincili qaraciyər sirrozu, sklerozlaşan xolangit kimi xroniki
xolestatik xəstəlikləri olan şəxslərdə də aşkar oluna bilər.
Dostları ilə paylaş: |