9
Poliklinika mərhələsində müayinənin məqsədi qaraciyərdə
zədələnmə əlamətlərinin etiologiyasına (virus, alkoqol və s.) və
mərhələsinə (hepatit, sirroz) görə aşkar olunmasıdır. Qaraciyər
xəstəliyinin kəskin başlanğıcında (ilk növbədə sarılıq zamanı) kəskin
virus hepatitini inkar etmək üçün pasiyentləri mütləq infeksion
stasionara yönəltmək lazımdır.
Geniş profilli xəstəxanalara hospitalizasiya bu hallarda tövsiyə
edilir:
qaraciyərin diffuz zədələnməsinin klinik-biokimyəvi göstəri-
cilərinin kəskinləşməsində
ağır vəziyyətdə olan xəstələrdə, əsasən ilkin aşkar olunmuş
sirrozun dekompensasiya mərhələsində
qida borusunun varikoz genəlmiş venalarından qanaxmalarda
Diaqnostik çətinliklər yaranarsa ambulator xəstələri
ixtisaslaşdırılmış qastroenteroloji (hepatoloji) mərkəzə (klinikaya)
göndərmək tövsiyə olunur.
Dostları ilə paylaş: