Qastroenteroloji (hepatoloji) klinika (mərkəz, şöbə):
Xəstənin klinik müayinəsi
Qanın klinik müayinəsi (trombositlər və retikulositlərin miqda-
rının hesablanması daxil olmaqla)
Qan qrupu və rezus-faktorun təyini
Sidiyin ümumi analizi və sidikdə öd piqmentlərinin təyini
Nəcisin ümumi və gizli qana görə müayinələri
Qanın biokimyəvi müayinəsi: ümumi zülal və zülal fraksiyaları,
ümumi və düz bilirubin, qlükoza, kreatinin, dəmir, transferrinin
dəmirlə doyması, ferritin, ALT, AST, QQT, QF, xolinesteraza,
ümumi xolesterin, triqliseridlər, lipoproteinlər (aşağı sıxlıqlı
lipoproteinlər, çox aşağı sıxlıqlı lipoproteinlər, yüksək sıxlıqlı
lipoproteinlər), fosfor, kalsium, ammonium, natrium, kalium
İmmunoqlobulinlərin təyini
Qan zərdabında seruloplazminin səviyyəsinin, misin sidiklə
gündəlik ekskresiyasının təyini
α1-antitripsinin fenotipik variantlarının təyini
Koaquloqram
Anti-HAV İgM, Anti-HAV İgG, HBsAg, anti-HBs, anti-HBc
summar, anti-HBc İgM, HBeAg
Anti-HBe, HBV-DNT, anti-HCV, HCV-RNT, anti-HDV, HDV-
RNT, anti-CMV, CMV-DNT, anti-EBV, EBV-DNT
Anti-HİV, Vasserman reaksiyası
Antinuklear anticismin (ANA), saya əzələ əleyhinə anticismin
(SMA), qaraciyərin və böyrəyin I tip mikrosomlarına qarşı
perinuklear anticisimlərin (anti-LKM-1), antimitoxondrial
anticisimlərin (AMA) (p tipli antineytrofil sitoplazmatik
anticismin p-ANCA, ehtiyac olarsa) təyini
Qarın boşluğu orqanlarının USM-si
Qaraciyər damarlarının rəngli dopler skanerlənməsi (göstəriş
olarsa)
Döş qəfəsinin rentgenoqrafiyası (göstəriş olarsa)
Aşağı venakavaqrafiya (göstəriş olarsa)
11
Qarın boşluğunun KT və MRT-si (göstəriş olarsa)
EQDS (məsləhət olarsa)
Rektosiqmoskopiya / kolonoskopiya (göstəriş olarsa)
Qaraciyərin biopsiyası
Laparoskopiya və perkutan biopsiya (göstəriş olarsa)
α-fetoprotein
Diaqnostik parasintez (göstəriş olarsa)
Radionuklid sintiqrafiya
İxtisaslaşdırılmış hepatoloji klinikada (mərkəz, şöbə) qaraciyər
xəstəliyinin diaqnozunu, mərhələsini dəqiqləşdirir və spesifik
müalicəsini təyin edirlər. Hepatoloji mərkəz ya infeksion, ya da
qastroenteroloji şöbənin tərkibində yerləşdirilməli və bu şöbə
ənənəvi olaraq qaraciyər patologiyası ilə məşğul olmalıdır. Optimal
variantda hepatoloji mərkəzin tərkibinə portal hipertenziyanın
ağırlaşmalarının (qida borusunun varikoz genəlmiş venalarından
qanaxma, rezistent assit) müalicəsi üzrə ixtisaslaşdırılmış cərrahi
şöbə, eləcə də qaraciyər transplantasiyası şöbəsi daxil olur.
Dostları ilə paylaş: |