Azərbaycan Respublikası Səhiyyə Nazirliyi



Yüklə 329,95 Kb.
Pdf görüntüsü
səhifə2/3
tarix09.03.2017
ölçüsü329,95 Kb.
#10755
1   2   3

Fərdi modellər:  əsas diqqətin məlumatlılıq, bilik və bacarıqlar kontekstində  dəyişikliklərə nail olunmasına 

yönəldilməsi. Bu qəbildən nümunə kimi Sağlamlığa  İnam Modelini (Hochbaum, Rosenstock, Kegels, 1958) 

göstərmək olar. Bu modeldən sağlamlıq problemi riskinə  məruz qalma ilə  əlaqədar məsuliyyətin artırılması, 

tövsiyə olunan tədbirlərin üstünlüklərinin vurğulanması və ya həmin tədbirlərin həyata keçirilməsinə mane olan 

sədlərin azaldılması xarakterli informasiyanın istiqamətləndirilməsi zamanı istifadə edilə bilər. Digər bir 

nümunə isə  Nəzəriyyələrarası Modeldir (Prochaska, DiClemente, Nocross, 1992). Bəzən “Dəyişiklik 

Nəzəriyyəsinin Mərhələləri” adlandırılan bu modeldə informasiya hədəf  əhali qruplarının mövcud olduğu 

mərhələlərə yönəldilir. Həmin modeldən hədəf əhali qruplarının təklif olunan tədbirləri həyata keçirməsinə nail 

olmaq üçün hansı  dəyişiklik proseslərinin vurğulanması kimi məsələlərin aydınlaşdırılması  məqsədi ilə  də 

istifadə edilir.  



Cəmiyyət arasında yayılma modelləri:  belə modellərdə  əsas diqqət ictimai normalardakı  dəyişiklik 

proseslərinə yönəldilir. Belə dəyişikliklər isə qruplar arasında davranış dəyişikliyi ilə nəticələnir. İnnovasiyanın 

yayılması (Ryan and Gross 1943; Rogers, 1962, 1983) və Sosial Marketinq (Kotler, Roberto, 1971; Manoff, 

1985; Kotler, Roberto and Lee, 2002) nəzəriyyələrində  dəyişikliyin müəyyən mərhələsində  və ya müəyyən 

hissələrində bəzi kommunikasiya kanallarından istifadə etməklə insan qrupları və ya icmalar arasında davranışın 

dəyişilmə prosesi təsvir edilir.   



İnstitusional səviyyədə yayılma modeli: bu modeldə “elitanın” fikirlərində  dəyişikliklər edilməsi məsələsi 

vurğulanır. Bu isə daha sonra institusional davranış, o cümlədən səhiyyə siyasətində  dəyişikliklərin həyata 

keçirilməsinə səbəb olur. Bütün bunlar isə nəticədə fərdi davranışa təsir göstərir. Təşviqat, icma ilə ünsiyyət və 

institusional səviyyədə  rəhbər mövqe tutan şəxslər institusional yayılma modelinin müəyyənləşdirilməsi 

baxımından yaxşı nümunələrdir.   

Bütün bunlar uğurlu davranış  dəyişikliyi üzrə kommunikasiya proqramlarının işlənib hazırlanmasında istifadə 

edilən sosial modellərdən yalnız bir neçəsidir. Səhiyyə kommunikasiyası təşəbbüslərinin Azərbaycanda davam 

etdirildiyini nəzərə alaraq fərdlərə  əsaslanan kommunikasiya təşəbbüsləri ilə yanaşı icma əsaslı  və sosial 

davranış normalarına da diqqət yetirilməsi vacibdir. Bu baxımdan arzu olunan istiqamətlər bütün bu 

səviyyələrdə həyata keçirilə bilər və həyata keçirilməlidir. 

Hər hansı sosial proqram kimi səhiyyə kommunikasiyası təşəbbüslərində kommunikasiya strategiyasının işlənib 

hazırlanması üçün tədbirlər müəyyən mərhələlər üzrə  həyata keçirilməlidir. Səhiyyə problemi nə  qədər çox 

dəqiqləşdirilərsə, həmin strategiya daha uğurla həyata keçirilə bilər. Müvafiq təşəbbüslərin planlaşdırılması 

zamanı nəzərə alınmalı olan spesifik mərhələlər və onların atributları bu sənədə qoşulmuş Əlavə 2-də verilir. 

                                                      

2

 Hornik RC, ed. 2002. Public health communication: Evidence for Behaviour change. Mahwah, NJ: Lawrence Erlbaum 



Associates, USA (page 14). 

3

 Mark Edberg. 2007. Essentials of health behaviour: social and behavioural theory in public health. Jones and Bartlett 



Publishers. Sudbury, Massachusetts, USA. 

 

8



1.4

 

SƏHİYYƏ KOMMUNİKASİYASININ İQTİSADİ BAXIMDAN 

SƏMƏRƏLİLİYİ 

Səhiyyə sahəsində əldə edilən nəticələrin yaxşılaşdırılmasından əlavə, səhiyyə kommunikasiyası kampaniyaları 

həm də azaldılmış müalicə tələbatı nəticəsində səhiyyə xidməti xərclərinin azalmasına da öz töhfəsini verə bilər. 

Qeyri-sağlam sosial və  təhlükəli  ənənəvi amillərdən çəkindirmə vasitəsilə  işçi qüvvəsinin məhsuldarlığının 

artırılmasına yardım göstərilməsi və ölkədəki istehlak səviyyəsinin azaldılması uzun illər  ərzində  fərdlərin və 

qrupların davranışına təsir göstərərək iqtisadi inkişafa da müsbət təsir edə bilər. 

Ümumdünya Səhiyyə Təşkilatının 2002-ci ilə olan hesabatında göstərilir ki, qlobal səviyyədə ölüm hallarının 47 

faizi 20 əsas risk faktorları ilə  əlaqədardır. Həmin risk faktorlarına alkoqol və tütündən istifadə, yüksək qan 

təzyiqi, artıq bədən çəkisi, yüksək xolesterol səviyyəsi, bərk yanacaq materiallarından yaşayış yerləri daxilində 

istifadə nəticəsində əmələ gələn tüstü, meyvə və tərəvəz məhsullarından lazımi səviyyədə istifadə edilməməsi, 

dəmir çatışmazlığı, təhlükəli su, sanitariya vəziyyətinin və gigiyena praktikasının lazımi səviyyədə olmaması 

daxildir.  

Bu risk faktorlarının səmərəli üsullarla aradan qaldırılması sağlam həyat göstəricilərinin qlobal səviyyədə 

demək olar ki, bir onillik ərzində yüksəlməsi ilə  nəticələnə bilər. Bu risk faktorlarının. heç olmazsa, 25 faiz 

azaldılması belə xəstəliklərlə mübarizə üzrə qlobal çətinlikləri və eləcə də əlaqədar səhiyyə xidməti və müalicə 

xərclərinin əhəmiyyətli dərəcədə azalmasına səbəb ola bilər. Bu baxımdan, risk faktorlarının azaldılması tibbi 

xidmət və müalicə  xərclərinin azalması  nəticəsində  əldə ediləcək iqtisadi faydalardan əlavə, daha sağlam və 

daha məhsuldar işçi qüvvəsi deməkdir. 

Səhiyyə kommunikasiyası  tədbirləri də daxil olmaqla risk faktorlarının azaldılması  və  xəstəliklərin qarşısının 

alınması xarakterli tədbirlərin müalicədən daha az xərc tələb etməsi ümumən qəbul edilsə  də, səhiyyə 

kommunikasiyası praktikasının iqtisadi baxımdan səmərəliliyi ilə əlaqədar sübutlar məhdud səviyyədədir. Bu isə 

həmin sahədə aparılan müvafiq araşdırmaların azlığı ilə əlaqədardır. Bununla yanaşı, mövcud sübutlar göstərir 

ki, fərdi sağlamlıqla əlaqədar risk faktorlarının azaldılması və qeyri-sağlam davranışların dəyişdirilməsi məqsədi 

ilə  işlənib hazırlanmış kommunikasiya təşəbbüsləri və ictimai sağlamlığın təşviqatı vasitəsi ilə nisbətən az 

xərclə səhiyyə sahəsində ciddi nailiyyətlər əldə etmək mümkündür. 

Ümumdünya Səhiyyə Hesabatında göstərilir ki, qrup səviyyəsində  və  fərdi səviyyədə  tədbirlərin 

kombinasiyasına  əsaslanan strategiyalar bütün şəraitlərdə iqtisadi baxımdan  ən səmərəli strategiyalardır. 

Məsələn, ürək-damar xəstəlikləri ilə  əlaqədar risklərin azaldılması xarakterli tədbirlər (duz və xolesterol 

səviyyəsinin azaldılması üzrə ümumi əhali qrupları üçün strategiyalar) bir çox fərqli mühitlərdə iqtisadi 

baxımdan səmərəli olmuşdur. Ən uğurlu strategiya kimi qiymətləndirilmiş nümunəyə əhali səviyyəsində siyasət 

vasitəsilə duzdan istifadənin azaldılması tədbirləri, emal edilən ərzaq məhsullarında duz miqdarının azaldılması 

və  həmin məhsulların paketləri üzərində müvafiq etiketlərin işlənib hazırlanması sahəsində özəl sektorla 

əməkdaşlıqdır. Qan təzyiqi və xolesterol səviyyəsinin azaldılması və çəkinin tənzimlənməsi məsələlərinə diqqət 

yetirməklə mətbuat vasitəsi ilə əhalinin maarifləndirilməsi və ürək-damar xəstəlikləri ilə əlaqədar risklərin fərdi 

səviyyədə idarə olunması üçün səhiyyə sahəsində  fəaliyyət göstərən peşəkarlarla fərdlərarası kommunikasiya 

tədbirləri daxildir. 

Digər bir nümunədə isə ABŞ-da yüksək risk qrup qadınlara istiqamətləndirilmiş kiçik miqyaslı  fərdi 

kommunikasiya proqramı göstərilir. Həmin proqrama maarifləndirmə xarakterli və 12 sessiyadan ibarət olan 

kursların keçirilməsi daxil edilmişdir. Bu kurslarda riskli davranış, özünü idarəetmə  və seksual mühitdə 

özünümüdafiə mövzuları  əhatə edilmişdir. Proqramın xərci 104 iştirakçı üçün 24 min ABŞ dolları  təşkil 

etmişdir. Həmin iştirakçılar arasında prezervativlərdən daha çox istifadə və partnyorların sayının azaldılması ilə 

yoluxmaya qarşı görülən tibbi tədbirlər üçün xərclənəcək təxminən 42 min ABŞ dollarına qənaət edilmişdir.

4

 

Siyasətin tənzimlənməsi məsələlərini də  əhatə edən kommunikasiya tədbirlərinin iqtisadi baxımdan daha 



səmərəli nəticələrin əldə edilməsinə səbəb olması da müəyyən edilmişdir.

5

  



ABŞ-da nəşr olunan ədəbiyyatın geniş  və sistemli tədqiqi nəticəsində aydın olmuşdur ki, sağlamlığın təşviqi 

tədbirlərinin  xərcləri barədə dərc edilmiş 32 nəşrin 88 faizi tibbi xərclərin azalmasına səbəb olmuşdur. Maliyyə 

                                                      

4

 Paul Hutchinson and Jennifer Wheeler. 2006. The Cost-Effectiveness of Health Communication Programs: What Do We 



Know? 

Journal of Health Communication: International Perspectives

, 2006 Volume 11, Supplement 2. 

5

 Michael Sweat, Deanna Kerrigan, et al. 2006. Cost-Effectiveness of Environmental Structural Communication Interventions 



for HIV Prevention in the Female Sex Industry in the Dominican Republic. 

Journal of Health Communication: International 

Perspectives

, 2006 Volume 11, Supplement 2

 

 

9



məsələlərinin də daxil edildiyi 10 tədqiqat işində tibbi xərclərin hər 3, 93 dollarının orta hesabla bir dollarına 

qənaət edildiyi göstərilir.

6

Azərbaycan hökuməti də  səhiyyə kommunikasiyası  tədbirlərindən istifadə etməklə  Çərçivə Konsepsiyasında 



müəyyənləşdirilmiş prioritet sahələrdəki sağlamlıq problemlərinin qarşısının alınmasında səmərəli nəticələr əldə 

edə bilər. 

 

2.

 

VƏZİYYƏTİN TƏHLİLİ  

2.1

 

EPİDEMİOLOGİYA VƏ XƏSTƏLİKLƏRİN AĞIRLIĞI İCMALI  

Ötən illər  ərzində Azərbaycanda sürətlənən iqtisadi inkişafa baxmayaraq, 2006-cı ildə aparılan Azərbaycanda 

Demoqrafiya və Sağlamlıq Sorğusu (DSS) göstərir ki, 1990-cı ilin əvvəllərindən etibarən bir çox ciddi səhiyyə 

problemləri hələ  də qalmaqdadır. Həmin tədqiqatda  əlavə edilir ki, yeni ciddi səhiyyə problemləri də baş 

qaldırmaqdadır. 

Azərbaycanda ölümün əsas səbəbləri sənayeləşmiş ölkələrdəki göstəricilərə oxşardır. Həmin səbəblərə ürək-

damar xəstəlikləri, xərçəng, bədbəxt hadisələr və  zəhərlənmələr də daxildir. Lakin bununla belə müəyyən 

yoluxucu xəstəliklər nəticəsində ölüm hallarının sayı artmaqdadır. Həmin yoluxucu xəstəliklərə  vərəm, 

malyariya və cinsi yolla yoluxulan xəstəliklər daxildir. 1995-ci ildən bəri vərəmə yoluxma halları 50 faiz 

artmışdır. Hal-hazırda Azərbaycanda  əhalinin hər 100 min nəfərindən 75-i vərəm xəstəliyinə yoluxmuşdur. 

Vərəm xəstəliyi nəticəsində baş verən ölüm halları Avropa üzrə orta göstəricidən təxminən on dəfə çoxdur.

7

 



Malyariya xəstəliyinə yoluxma halları sosial-iqtisadi şərait, kənd təsərrüfatı praktikası  və  əhalinin köçkün, 

qaçqın düşməsi nəticəsində 1990-cı illərdə  əhəmiyyətli dərəcədə artmışdır. Hal-hazırda malyariya xəstəliyinə 

yoluxma hallarının sayı azalmışdır, lakin xəstəliyə yoluxma hallarının yenidən artmasının qarşısını almaq üçün 

müvafiq tədbirlərin görülməsinə  zərurət vardır. Cinsi yolla yoluxan xəstəliklər məsələsi narahatlığı daha da 

artırır. Qonokokk infeksiyası  və siflisə yoluxma hallarının sayı azalmışdır. Lakin HİV infeksiyasına yoluxma 

halları davamlı olaraq artmaqdadır. Belə ki, 2000-ci ilə olan məlumata görə, ölkə  ərazisində  HİV virusu ilə 

yaşayan  şəxslərin sayı 0 idisə, 2007-ci ildə bu rəqəm kəskin sürətlə artaraq 16000-ə çatmışdır

8

. QİÇS-lə 



əlaqədar stiqma halları geniş yayılmışdır. QİÇS-in qarşısının alınması sahəsində  məlumatlılıq aşağı 

səviyyədədir. Ölkə  əhalisi arasında yayılmış mövcud yanlış  təsəvvürlərdən ikisini nümunə olaraq göstərmək 

mümkündür. Belə ki, bir çox adamlar virusa yoluxmuş  şəxsi öpməklə  və ya ağcaqanad sancması  nəticəsində 

həmin virusa yoluxa biləcəklərinə inanırlar. Şəkərli diabet xəstəliyi zəruri məsələlərdən biridir. Lakin xəstəliyin 

yayılması barədə məlumatlar məhduddur. Əqli xəstəliklər və özünəqəsd halları Müstəqil Dövlətlər Birliyi üzrə 

orta göstəricidən aşağıdır. Bununla belə, ÜST-nin tədqiqatında göstərilir ki, ümumi ƏGHÖ-nün faizi kimi əlillik 

qrupları üzrə göstərici ölkədəki kişi və qadınlar arasında ən çox yayılmış səhiyyə problemlərindən biridir.

9

  



Ana və  uşaq sağlamlığının və reproduktiv sağlamlıq vəziyyətinin yaxşılaşdırılması  hələ  də ciddi problemlər 

sırasındadır. DSS-2006 tədqiqatında təxmin edilir ki, ümumi fertillik nisbəti hər qadın üzrə 2.0 uşaqdır. Bu isə 

əhalinin təzələnməsi üzrə müvafiq göstəricidən (2.1) cüzi azdır. Evli qadınlar arasında ən azı bir kontraseptiv 

metod barədə məlumatlılıq göstəricisi demək olar ki, universaldır (97 faiz). Orta hesabla isə evli qadınlar dörd 

kontraseptiv metod barədə  məlumatlı olduqlarını bildirmişlər. Bununla yanaşı, Azərbaycanda qadının həyatı 

boyu keçirdiyi abort əməliyyatlarının sayı 2.3-dür. Bu isə 2001-ci ildə Azərbaycanda keçirilmiş Reproduktiv 

Sağlamlıq Tədqiqatı  nəticəsində müəyyənləşdirilən göstərici ilə müqayisədə bu sahədə vəziyyətin pisləşdiyini 

göstərir. Müasir kontraseptiv metodlardan istifadə nisbəti (təxminən 14 faiz) dünya üzrə  ən aşağı göstəricilər 

arasındadır. Anemiyanın qadınlar və 6-59 aylıq uşaqlar arasında yayılma sürəti narahatlıq doğurur. Belə ki, hal-

hazırda həmin xəstəliyin qadınlar arasında yayılma nisbəti 37 faiz 6-59 aylıq uşaqlar arasında isə 39%-dir. Ana 

                                                      

6

 America’s Health Insurance Plans. Innovations in Prevention, wellness and Risk Reduction 



www.ahip.org/content/default.aspx?docid=24898

7

 USAID. 2008. Azerbaijan MCH Program Description 



8

 2008 Report on the global AIDS epidemic, UNAIDS/WHO, July 2008.  

http://data.unQİÇS.org/pub/GlobalReport/2008/20080818_gr08_plwh_1990_2007_en.xls [internet səhifəsinə 16 aprel 2009-

cu ildə baxılmışdır] 

9

 World Health Organization, the Regional Office for Europe. 2006. Highlights on health in Azerbaijan 2005. 



 

10


və azyaşlı  uşaqların qidalanması  və o cümlədən, mikroelementlərin qəbulu lazımi səviyyədə deyil. Belə ki, 

anaların cəmi 23%-i dəmir-folat və uşaqların isə 44%-i yaşına müvafiq adekvat qida qəbul edirlər.

10

Həyat tərzi ilə  əlaqədar risk faktorları, o cümlədən, tütün, qeyri-sağlam qidalanma, alkoqoldan həddən artıq 



istifadə etmə və idmanla məşğul olma səviyyəsinin aşağı olması ölkə üzrə səhiyyə göstəricilərinə birbaşa təsir 

edən amillərdir. DSS-2006-da göstərilir ki, 15-49 yaşlı kişilərin yarısı siqaret çəkməyi adi vərdiş hesab edirlər. 

Tədqiqata cəlb edilmiş kişilərin otuz doqquz faizi bildirmişdir ki, onlar tədqiqatda iştirak etdikləri tarixdən 

əvvəlki otuz gün ərzində ən azı bir alkoqollu içki qəbul etmişlər. Onların on faizi isə həftədə 1-2 dəfə alkoqol 

qəbul etmələri barədə məlumat vermişlər.   

Səhiyyə kommunikasiyasında prioritet kimi nəzərdə tutulan bu ciddi sağlamlıq problemlərinin həlli  əhalinin 

ümumi sağlamlığına da müsbət təsir göstərərdi. Səhiyyə kommunikasiyası sahəsində maarifləndirmə və təşviqat 

tədbirlərinin əsaslı nəticələr verməsi o halda mümkün olar ki, həmin tədbirlər səhiyyə sisteminin gücləndirilməsi 

təşəbbüsləri ilə paralel həyata keçirilsin. 

2.2

 

SƏHİYYƏ İSLAHATI VƏ SƏHİYYƏ SİYASƏTİ MÜHİTİNİN İCMALI 

Səhiyyə göstəricilərinin yaxşılaşdırılması  və  səhiyyə sektorunda islahatların həyata keçirilməsi üçün əsas 

istiqamətlərin müəyyənləşdirildiyi ilk konseptual sənəd 1999-cu ildə Səhiyyə Nazirliyinin rəhbərliyi ilə Səhiyyə 

İslahatları üzrə Dövlət Komissiyası tərəfindən işlənib hazırlanmışdır. Səhiyyə islahatları üzrə yeni konsepsiya 

2006-cı ildə işlənib hazırlanmışdır. 2008-ci ilin əvvəllərində isə həmin konsepsiya yenilənmiş və yekun təsdiq 

üçün təqdim edilmişdir.  İslahatlar prosesi Azərbaycan hökuməti, Dünya Bankı, USAİD, UNİCEF və ÜST 

tərəfindən birgə olaraq maliyyələşdirilir və Səhiyyə Sektorunda İslahatlar Layihəsi çərçivəsində həyata keçirilir. 

İslahatların əhatə dairəsi genişdir. Ona görə də bütün strateji istiqamətlərdə əsaslı nəticələrin əldə edilməsi üçün 

icra prosesi vaxt aparır. Layihənin icrası çərçivəsində ən təxirəsalınmaz və əsaslı məsələlərin, o cümlədən icbari 

tibbi sığortanın tətbiqi, səhiyyənin maliyyələşmə  məsələləri, ailə  təbabətinin və ilkin səhiyyə xidmətində 

sübutlara əsaslanan təbabət prinsiplərinin tətbiqi, səhiyyə işçiləri arasında dərman vasitələrindən qeyri-rasional 

istifadə məsələsinin həllinə başlanılmışdır. Bütün strateji istiqamətlər 1-ci təsvirdə verilmişdir.  

Sovet  İttifaqından ayrıldıqdan sonra Azərbaycan səhiyyə sektorunun dəstəklənməsi üçün müvafiq hüquqi 

çərçivə genişləndirilir və həmin çərçivə təkmilləşdirilir. Parlament tərəfindən qəbul olunan qanunlardan (həmin 

qanunların siyahısı üçün bax: 1-ci cədvəl) əlavə, SN 2003-cü ildən etibarən, dövlət səhiyyə proqramları işləyib 

hazırlamışdır. 2-ci təsvirdə göstərilən hər bir proqram üçün icra planı, dəqiqliklə müəyyən edilmiş vəzifələr və 

ayrı-ayrılıqda maliyyələşmə qaydaları müəyyənləşdirilmişdir. Proqramların planlaşdırılması illik əsasda həyata 

keçirilir.   



1-ci təsvir. Azərbaycanda səhiyyə islahatlarının strateji istiqamətləri

1.  Səhiyyə sisteminin idarə edilməsi və tənzimlənməsi vəziyyətinin yaxşılaşdırılması  

2.  Səhiyyə sektorunun maliyyələşmə vəziyyətinin yaxşılaşdırılması  

3.  Xidmətlərin göstərilməsi sahəsində səmərəliliyin artırılması  

4.  İkinci, üçüncü dərəcəli və sosial xidmətlərin islahatlara cəlb edilməsi 

5.  İctimai səhiyyə xidmətlərində islahatların aparılması  

6.  Dərman vasitələrindən rasional istifadə vəziyyətinin və dərman vasitələrinin əldə edilmə 

imkanlarının yaxşılaşdırılması  

7.  Kadr resursları siyasətinin yaxşılaşdırılması  

8.  Mövcud monitorinq və qiymətləndirmə sistemlərinin beynəlxalq standartlara uyğunlaşdırılması  

 

 

 

 

 

                                                      

10

 USAID. 2008. Azerbaijan MCH Program Description 



http://www.usaid.gov/our_work/global_health/mch/publications/docs/mch08_program_descriptions_ee.pdf. 

 

11



 

2-ci təsvir. Doqquz dövlət proqramı: 

1. “Şəkərli diabet üzrə Dövlət Proqramı” 

2. “Hemofiliya və talassemiya irsi qan xəstəlikləri üzrə Dövlət Proqramı” 

3. “Qanın, qan komponentlərinin donorluğu və qan xidmətinin inkişafına dair Dövlət Proqramı” 

4. “2008-2012-ci illər üçün Azərbaycan Respublikasında HİV/AİDS-in (insanda immun çatışmazlığı   

virusunun törətdiyi xəstəliklərin) qarşısının alınması və onunla mübarizə üzrə Tədbirlər Proqramı” 

5. “Yoluxucu xəstəliklərin immunoprofilaktikasına dair Tədbirlər Proqramı” 

6. “Azərbaycan Respublikasının rabitə və informasiya texnologiyalarının inkişafı üzrə 2005-2008-ci illər 

üçün Dövlət Proqramı” 

7. “Onkoloji xəstələrin şiş əleyhinə əsas preparatlarla təminatı üzrə Tədbirlər Proqramı” 

8. “Xroniki böyrək çatışmazlığı üzrə Tədbirlər Proqramı” 

9. “Ana və uşaqların sağlamlığının qorunması üzrə Tədbirlər Proqramı” 



 

1-Cİ  CƏDVƏL.  İCTİMAİ  SƏHİYYƏ SAHƏSİNDƏKİ NORMATİV HÜQUQİ AKTLAR VƏ  DİGƏR 

TƏNZİMLƏMƏLƏR  

Adı 

İl 

1. Sanitariya-epidemioloji salamatlıq haqqında Azərbaycan Respublikası Qanunu 

1992 

2. İnsanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin (QİÇS) yayılmasının qarşısının alınması 



    haqqında Azərbaycan Respublikası Qanunu 

1996 


3. Əczaçılıq fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu 

1996 


4. Əhalinin sağlamlığının qorunması haqqında Azərbaycan Respublikası Qanunu 

1997 


5. Əhalinin radiasiya təhlükəsizliyi haqqında Azərbaycan Respublikası Qanunu 

1997 


6. Azərbaycan Respublikasında səhiyyə sahəsində islahatlar üzrə Dövlət Komissiyasının yaradılması 

    haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı 

1998 

7. Tibbi sığorta haqqında Azərbaycan Respublikası Qanunu 



1999 

8. İnsan orqan və (və ya) toxumalarının transplantasiyası haqqında Azərbaycan Respublikası Qanunu 

1999 

9. Özəl tibb fəaliyyəti haqqında Azərbaycan Respublikası Qanunu 



2000 

10. Azərbaycan Respublikasında vərəmlə mübarizə haqqında Azərbaycan Respublikası Qanunu 

2000 

11. Yoluxucu xəstəliklərin immunoprofilaktikası haqqında Azərbaycan Respublikası Qanunu 



2000 

12. Çatışmazlığı xəstəliklərinin kütləvi profilaktikası məqsədi ilə duzun yodlaşdırılması haqqında  

      Azərbaycan Respublikası Qanunu 

2001 


13. Şəkərli diabet xəstəliyinə tutulmuş şəxslərə dövlət qayğısı haqqında Azərbaycan Respublikası 

      Qanunu 

2003 

14. Hemofiliya və talassemiya irsi qan xəstəliklərinə düçar olmuş şəxslərə dövlət qayğısı haqqında  



      Azərbaycan Respublikası Qanunu 

2005 


15. Dərman vasitələri haqqında Azərbaycan Respublikası Qanunu 

2006 


16. Onkoloji yardım haqqında Azərbaycan Respublikası Qanunu 

2006 


17. Azərbaycan Respublikasında səhiyyənin maliyyələşdirilməsi sisteminin islahatı və icbari tibbi  

      sığortanın tətbiqi Konsepsiyasının təsdiq edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin 

      Sərəncamı 

 

2008 



18. Təbii müalicə ehtiyatları, müalicə-sağlamlaşdırma yerləri və kurortlar haqqında 

      Azərbaycan Respublikasının Qanunu

 

2008 


19. 2008-2015-ci illər ərzində reproduktiv sağlamlıq üzrə Milli Strategiya  

2008 


2.3

 

KOMMUNİKASİYA MÜHİTİNİN İCMALI 

SN İSİM-in SKİƏŞ və yeni yaradılmış ASKA yerli və ölkə səviyyəsində sağlamlığın təşviqi və maarifləndirmə 

kampaniyaları  və proqramlarını  həyata keçirmək üçün əlaqələndirmə  işləri görür və peşəkar kommunikasiya 

resursları yaradırlar. 2006-cı ildən bəri SKİƏŞ  tərəfindən proqram menecerləri üçün keçirilən seminarlarda 

iştirak edənlər  əsas kommunikasiya metod və vasitələri və eləcə  də kommunikasiya planlaşdırmasına strateji 

yanaşma mövzuları ilə tanış olmuşlar. Sağlamlığın təşviqi və kommunikasiya sahəsində jurnalistlərin iştirakını 

artırmaq üçün ASKA tərəfindən müntəzəm təlimlər və dəyirmi masalar keçirilmişdir.   

Kütləvi informasiya vasitələri ilə bağlı  həyata keçirilən tədbirlərin nəzərdən keçirilməsindən sonra belə bir 

qənaətə gəlmək olar ki, ölkədə həm dövlət, həm də özəl maliyyə mənbələrinə malik bir çox səhiyyə istiqamətli 

nəşr və digər mətbuat vasitələri mövcuddur. Səhiyyə məlumatlarının əksəriyyəti televiziya kanalları vasitəsi ilə 

ötürülür. AzTV, Xəzər-TV, ANS və Space televiziya kanalları  həftədə  ən azı bir dəfə  səhiyyə ilə  əlaqədar 

 

12



verilişlər yayımlayır. Bu proqramlardan bəziləri sual-cavab bölmələrinə də malikdirlər. Səhiyyə məlumatlarının 

ictimaiyyətə çatdırılması baxımından bu proqramlar etibarlı platforma rolunu oynasa da, həmin proqramlara 

tamaşa edənlərin sayının azlığı onu göstərir ki, həmin proqramlarda istifadə olunan hazırki format ictimai 

marağın cəlb edilməsi sahəsində o qədər də effektiv deyil. Belə proqramların tamaşaçıları ümumi əhalidir. 

Azərbaycanda nəşr olunan tibb jurnalları və qəzetləri ümumi əhali və eləcə də səhiyyə işçiləri və inzibatçıları da 

daxil olmaqla, geniş auditoriyaya malikdir. Nəşr olunan jurnalların qiyməti nisbətən baha olduğuna görə belə 

jurnalların oxucularının əksəriyyəti orta və yüksək gəlir mənbəyinə malikdir.  

Azərbaycandakı  mətbuat praktikası kommunikasiya kanalları sahəsindəki vəziyyəti  əks etdirir. 2006-cı ildə 

ABŞ-ın Beynəlxalq  İnkişaf Agentliyinin dəstəyi ilə,  İlkin Səhiyyə Xidmətinin Genişləndirilmə Layihəsi 

çərçivəsində  “Azərbaycanda Səhiyyə Bilikləri, Münasibət və Təcrübə” adı altında sorğu keçirilmişdir. Həmin 

sorğunun nəticələrinə dair hesabatda qeyd edilir ki, savadlılıq nisbətinin 99 faiz olmasına baxmayaraq, tədqiqata 

cəlb edilən əhali arasında nəşr materiallarının oxunma nisbəti 62 faizdir. Bu isə 2001-ci ildə Kiril əlifbasından 

Latın əlifbasına keçidlə əlaqədardır. Bu keçid təhsilini Sovet dövründə tamamlamış şəxslər üçün xüsusilə çətin 

olmuşdur. Kişi və qadınlar üçün əsas mətbuat mənbəyi gündəlik 93 faiz tamaşaçı nisbəti ilə televiziya olmuşdur. 

İctimai televiziya kanalı olan İTV  ən çox təkrarlanan televiziya kanalı olmuşdur. Sonrakı yerləri isə Space, 

ATV, STV, ANS, Lider TV, AzTV və Kanal D tutmuşdur. Sorğuda iştirak edənlərin cəmi beş faizi səhiyyə və 

maarifləndirmə proqramlarını izlədiklərini bildirmişlər. Sorğuya cəlb edilənlərdən təxminən 22 faizi qeyd 

etmişdir ki, onlar gündəlik  radioya qulaq asırlar. Onlardan 65 faizi isə radioya qulaq asmadıqlarını bildirmişlər. 

Savadlılıq səviyyəsinin yüksək olmasına baxmayaraq, nisbətən daha az azərbaycanlı müntəzəm olaraq qəzet 

oxuyur. Hesabatda göstərilir ki, respondentlərin cəmi 12 faizi həftədə bir dəfə qəzet oxuduqlarını qeyd etmişlər. 

İnternet  əsaslı kanallar yeni-yeni təşəkkül tapmaqdadır və infrastrukturun olmaması  və internet xidmətinin 

həddən artıq baha olması nəticəsində belə kanallardan az sayda şəhər əhalisi istifadə edir.  

Səhiyyə Nazirliyi və digər hökumət qurumları Azərbaycan  əhalisini səhiyyə  məsələlərində maarifləndirmək 

üçün donor təşkilatlarla fəal əməkdaşlıq edirlər. Ötən beş il ərzində Azərbaycan hökuməti və donor təşkilatları 

müxtəlif sağlamlıq problemlərini  əhatə edən çoxsaylı kommunikasiya tədbirləri həyata keçirmişlər.  Əsas 

kommunikasiya proqramları bu sənədə qoşulmuş 3-cü Əlavədə təqdim edilir.  



Yüklə 329,95 Kb.

Dostları ilə paylaş:
1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin