Azərbaycan Respublikası Səhiyyə Nazirliyi



Yüklə 329,95 Kb.
Pdf görüntüsü
səhifə1/3
tarix09.03.2017
ölçüsü329,95 Kb.
#10755
  1   2   3

 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

Azərbaycan Respublikası 

       Səhiyyə Nazirliyi 

AZƏRBAYCAN SƏHİYYƏ KOMMUNİKASİYASI ÜZRƏ 

2011-2016-cı illər üçün 

MİLLİ ÇƏRÇİVƏ KONSEPSİYASI 

Bu nəşr ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) Avropa 

və Avrasiya Bürosunun Səhiyyə  və  Təhsil  İdarəsi tərəfindən 

göstərilən yardım vasitəsi ilə, uzunmüddətli  Əməkdaşlıq 

Sazişinin (GHS-A-00-06-00010-00) müddəalarına müvafiq 

olaraq hazırlanmışdır.   

Bu nəşrdə öz əksini tapan fikirlər müəllifə (müəlliflərə) aiddir 

və  həmin fikirlər USAİD-in qəti mövqeyi kimi qəbul 

edilməməlidir. 


 

 

 

 

 

 

 

 

 

 

AZƏRBAYCAN SƏHİYYƏ 

KOMMUNİKASİYASI ÜZRƏ 

2011-2016-cı illər üçün  

MİLLİ ÇƏRÇİVƏ KONSEPSİYASI 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

 



 

 

2



MÜNDƏRİCAT 

MÜNDƏRİCAT

....................................................................................................................................................... 3 

QISALTMALAR

..................................................................................................................................................... 4 

QISA XÜLASƏ

........................................................................................................................................................ 6 

1.

 

GİRİŞ

................................................................................................................................................................. 7 

1.1


 

KONTEKST


................................................................................................................................................. 7 

1.2


 

ÇƏRÇİVƏ


 

KONSEPSİYASININ

 

İŞLƏNİB


 

HAZIRLANMASI

........................................................ 7 

1.3


 

DAVRANIŞ


 

DƏYİŞİKLİYİ

 

NƏZƏRİYYƏSİ



 

 



SƏHİYYƏ

 

KOMMUNİKASİYASININ



                             

PLANLAŞDIRILMASI

.............................................................................................................................. 8 

1.4


 

SƏHİYYƏ


 

KOMMUNİKASİYASININ

 

İQTİSADİ


 

BAXIMDAN


 

SƏMƏRƏLİLİYİ

.................... 9 

2.

 

VƏZİYYƏTİN TƏHLİLİ

........................................................................................................................... 10 

2.1


 

EPİDEMİOLOGİYA

 



 



XƏSTƏLİKLƏRİN

 

AĞIRLIĞI



 

İCMALI


................................................ 10 

2.2


 

SƏHİYYƏ


 

İSLAHATI


 

 



SƏHİYYƏ

 

SİYASƏTİ



 

MÜHİTİNİN

 

İCMALI


.................................... 11 

2.3


 

KOMMUNİKASİYA

 

MÜHİTİNİN



 

İCMALI


....................................................................................... 12 

2.4


 

SƏHİYYƏ


 

KOMMUNİKASİYASI

 

SAHƏSİNDƏKİ



 

VƏZİYYƏTİN

 

TƏHLİLİ


.......................... 13 

2.5


 

TƏDQİQATDAKI

 

BOŞLUQLAR



......................................................................................................... 13 

3.

 

SƏHİYYƏ KOMMUNİKASİYASI ÜZRƏ ÇƏRÇİVƏ KONSEPSİYASI

..................................... 15 

3.1


 

PRİNSİPLƏR

............................................................................................................................................. 17 

3.2


 

STRATEGİYALAR

.................................................................................................................................. 17 

3.3


 

PRİORİTET

 

SAHƏLƏR


.......................................................................................................................... 17 

4.

 

ÇƏRÇİVƏ KONSEPSİYASININ HƏYATA KEÇİRİLMƏSİ ÜZRƏ ƏLAQƏLƏNDİRİCİ      

 STRUKTUR

................................................................................................................................................... 18 

5.

 

ÇƏRÇİVƏ KONSEPSİYASININ HƏYATA KEÇİRİLMƏSİ İLƏ ...............................................

 

ƏLAQƏDAR VƏZİFƏLƏR .............................................................................................................

21 

ƏLAVƏ 1. KONSULTATİV SEMİNARIN İŞTİRAKÇILARI

................................................................. 23 

ƏLAVƏ 2. KOMMUNİKASİYA PROQRAMININ METODOLOGİYASI

.......................................... 24 

ƏLAVƏ 3. ƏSAS SƏHİYYƏ KOMMUNİKASİYASI PROQRAMLARI

.............................................. 25 

İSTİFADƏ OLUNMUŞ ƏDƏBİYYATLARIN SİYAHISI

......................................................................... 28 

 

CƏDVƏLLƏRİN SİYAHISI 

1-ci Cədvəl. İctimai səhiyyə sahəsindəki normativ hüquqi aktlar və digər tənzimləmələr .................. 12 

2-ci Cədvəl. Səhiyyə kommunikasiyası: üstünlüklər, zəif cəhətlər, imkanlar və təhlükəli amillər...... 14 



DİAQRAMLARIN SİYAHISI 

1-ci Diaqram. Səhiyyə Kommunikasiyası üzrə Milli Çərçivə Konsepsiyası........................................ 16 

2-ci Diaqram. Səhiyyə Kommunikasiyası üzrə Milli Çərçivə Konsepsiyasının təşkilati strukturu ..... 20 

 

 



 

 

 



 

 

 



 

 

3



QISALTMALAR  

Azərbaycan dilində In 

English 

Qısaltma Açıqlaması Acronym 

Explanation 

 

USAID 



Amerika Birləşmiş Ştatları Beynəlxalq 

İnkişaf Agentliyi 

USAID 

United States Agency for 



International Development 

ACİ - YF  Açıq Cəmiyyət İnstitutu – Yardım Fondu 

OSI-AF 

Open Society Institute-Assistance 



Foundation 

ASKA 


Azərbaycan Səhiyyə Kommunikasiyası 

Assosiasiyası 

AHCA 

Azerbaijan Health Communication 



Association 

AT Ailə təbabəti FM 

Family 

Medicine 



AQP Ailə qrupu praktikası 

FGP 


Family Group Practice 

DOTS Birbaşa müşahidə olunan müalicə, qısa kurs 

DOTS 

Directly Observed Treatment, Short-



Course 

ÇDDV Çoxsaylı dərmanlara davamlı vərəm MDR-TB 

Multidrug-Resistant 

TB 


DRİ 

Dərman vasitələrindən rasional istifadə 

RDU 

Rational Drug Use 



DSS Demoqrafiya 

və Sağlamlıq Sorğusu 

DHS 

Demographic and Health Survey 



DTMP Dövlət təminatlı müavinətlər paketi 

SGBP 


State Guaranteed Benefit Package 

ƏGHÖ 


Əlilliyə görə hesablanan ömür 

DALY 


Disability-adjusted Life-year 

FK Fərdlərarası kommunikasiya 

IPC 

Interpersonal Communication 



HİV 

İnsanın immunçatışmazlığı virusu 

HIV 

Human Immunodeficiency Virus 



İƏ 

İctimaiyyətlə əlaqələr PR 

Public 

Relations 



İNİE 

İnyeksiyalı narkotik vasitələrdən istifadə 

edənlər  

IDU 


Injecting Drug Users 

HAYİ 


HİV və QİÇS-lə Yaşayan İnsanlar 

PLWHA 


People Living With HIV and AIDS 

İSİM 


İctimai Səhiyyə və İslahatlar Mərkəzi 

PHRC 


Public Health and Reforms Center 

İTS 


İcbari tibbi sığorta MHİ 

Mandatory Health Insurance 

KCOK Kişilərlə cinsi əlaqədə olan kişilər  

MSM 


Men Who Have Sex with Men 

KMT Könüllü 

məsləhətləşmə və test 

VCT 


Voluntary Counseling and Testing 

 

4



KRİ 

Kəskin respirator infeksiya 

ARI 

Acute Respiratory Infection 



MQ Monitorinq 

və qiymətləndirmə 

M&E 

Monitoring and Evaluation 



QF 

Qlobal Fond 

GF 

Global Fund 



QHT Qeyri-hökumət təşkilatı NGO 

Non-Government 

Organization 

QİÇS Qazanılmış İmmun Çatışmazlığı Sindromu 

AIDS 

Acquired Immune Deficiency 



Syndrome 

QMİ 


Qızılca/Məxmərək İmmunizasiyası MRİ Measles/Rubella 

Immunization 

QQ Quş qripi 

AI 


Avian Influenza 

SƏT Sübuta 

əsaslanan təbabət  

EBM 


Evidence-based Medicine 

Sİ 


Səhiyyə islahatı HR 

Health 


Reform 

SK Səhiyyə kommunikasiyası HC 

Health 

Communication 



KSİ 

Kommersiya Seks işçiləri  

CSW 

Commercial Sex Workers 



SKİƏŞ 

Səhiyyə Kommunikasiyası və İctimaiyyətlə 

Əlaqələr Şöbəsi 

HCPRD 


Health Communication and Public 

Relations Department 

SN Səhiyyə Nazirliyi 

MOH 


Ministry of Health 

TT Təlimçilərin təlimi 

TOT 

Training of Trainers 



ÜDM 

Ümumi daxili məhsul 

GDP 

Gross Domestic Product 



UNİCEF Birləşmiş Millətlər Təşkilatının Uşaq Fondu  UNICEF 

United Nations Children's Fund 

ÜST Ümumdünya 

Səhiyyə Təşkilatı 

WHO 

World Health Organization 



ÜZİT 

Üstünlüklər, zəif cəhətlər, imkanlar və 

təhlükəli amillər 

SWOT 


Strength, Weakness, Opportunities, 

and Threats Analysis 

VƏM Virus 

əleyhinə müalicə ART 

Antiretroviral 

Therapy 


 

Vərəm TB 

Tuberculosis 

 

 



 

 

 



 

 

 



5

QISA XÜLASƏ 

Azərbaycan Respublikası  Səhiyyə Nazirliyi (SN) milli səhiyyə sisteminin təkmilləşdirilməsi sahəsində malik 

olduğu aparıcı rolu uğurla yerinə yetirir. Azərbaycan xalqının sağlamlığını  və mövcud səhiyyə xidmətlərini 

yaxşılaşdırmaq məqsədi ilə SN səhiyyə islahatları prosesini gücləndirmiş  və strateji inkişaf istiqamətlərini 

dəqiqləşdirmişdir. İslahatlar prosesi hal-hazırda SN və Dünya Bankı tərəfindən birgə həyata keçirilən Səhiyyə 

Sektorunda  İslahatlar layihəsi çərçivəsində davam etdirilir. Səhiyyə islahatı üzrə  tətbiq olunan yeniliklərin 

davamlılığını təmin etmək məqsədi ilə SN nəzdində İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) yaradılmışdır.   

Bu təşəbbüslərin tərkib hissəsi olaraq, SN-də Mətbuat Xidmətinin işi inkişaf etdirilir və nazirliyin tabeliyində 

olan  İSİM-də  KİV və ictimaiyyətlə  əlaqələr  şöbəsi təsis edilmiş, sonradan Səhiyyə kommunikasiyası  və 

ictimaiyyətlə əlaqələr şöbəsi (SKİƏŞ) adlandırılmışdır. Şöbənin vəzifəsi ümumi ictimaiyyət, səhiyyə işçiləri və 

hökumət təşkilatları arasında  əsas  əlaqə vasitəsi rolunu oynamaqla səhiyyə islahatlarının gedişi barədə 

məlumatlandırma tədbirlərini həyata keçirmək və Azərbaycan vətəndaşları üçün daha sağlam həyat tərzini 

təşviq etməkdir. SKİƏŞ-nin təsis edildiyi 2007-ci ildən bu vaxtadək bütün tərəfdaş təşkilatların kommunikasiya 

və sağlamlığın təşviqi məsələlərində inteqrasiya, əlaqələndirmə  və  əməkdaşlığı möhkəmləndirmək məqsədilə 

əhatəli strateji yanaşmanın yaradılması vacibliyi hiss edilir. Bu strateji yanaşma sənədində – 2011-2016-cı illər 

üzrə  Səhiyyə Kommunikasiyası üzrə Milli Çərçivə Konsepsiyasında – Azərbaycanda bütün səhiyyə 

kommunikasiyası  təşəbbüslərini istiqamətləndirmək üçün ölkə  səviyyəli rəhbər sənədə olan ehtiyac öz həllini 

tapır.   

Bu sənəd tərəfdaşlarla keçirilən geniş  məsləhətləşmələr və  tədqiqatlar, layihə  təsviri sənədləri və strateji 

hesabatlar da daxil olmaqla 50-dən çox sənədin tədqiqi əsasında işlənib hazırlanmışdır. Əldə olunan nəticələr 

vəziyyətin təhlili və kommunikasiyanın icmalı  fəsillərində  təsvir edilir. Kommunikasiya yanaşmasına nəzəri 

əsaslar giriş fəslində öz əksini tapmışdır və burada təklif edilən kommunikasiya təşəbbüsləri sübutlara əsaslanan 

biliklərlə əlaqələndirilir.   

Çərçivə konsepsiyasının  əsas hissəsi, onun əsasını  təşkil edən icraedici strukturdan ibarətdir. Burada məqsəd 

səhiyyə kommunikasiyası üzrə ölkə  səviyyəsində dialoq və yanaşmanın istiqamətləndirilməsidir. Bu iki 

sxematik istiqamətdə  məqsəd kommunikasiya kampaniyası üzrə  əsas səhiyyə  məsələlərinin 

müəyyənləşdirilməsi ilə  əlaqədar qərarların verilməsində yardımçı olmaq, tərəfdaşları  və resursları 

əlaqələndirməkdir. 

Çərçivənin potensial cari nəticələrlə  əlaqələndirilməsi üçün altı  əsas səhiyyə sahəsindən üçü üzrə beşillik 

müddətdə keçirilməsi nəzərdə tutulan nümunə vəzifələr, hədəf qrupları və kommunikasiya tapşırıqlarının əhatə 

edildiyi əlavə sənəd də təqdim edilir. Azərbaycan əhalisinin sağlamlığının yaxşılaşdırılması kimi geniş məqsədə 

altı  əsas səhiyyə sahəsi daxildir: səhiyyədə islahatlar, yoluxucu xəstəliklər, reproduktiv sağlamlıq və ailə 

planlaşdırılması, ana və uşaq sağlamlığı, qeyri-yoluxucu xəstəliklər və sağlam vərdişlər. Prioritetlərin hər birinə 

spesifik sistemli məsələlər üzrə alt kateqoriya daxildir. Bunlara səhiyyə sığortası, siqaretçəkmə, şəkərli diabet, 

anemiya və bu kimi digər məsələlər daxildir.  

Bu çərçivə konsepsiyasının icra prosesinin dəstəklənməsi üçün bu sənəd, uğurla həyata keçirilməni təmin etmək 

məqsədilə spesifik məqsədlərlə tamamlanır. Çərçivə konsepsiyası hazırlandıqdan və bütün müvafiq tərəfdaşların 

yekun rəyləri toplanıldıqdan sonra onun Azərbaycanda milli səhiyyə kommunikasiyası  və  təşviqat 

təşəbbüslərinin davamlı olaraq həyata keçirilməsini asanlaşdıran əhatəli vasitə rolunu oynayacaqdır.  

 

 



 

 

 



 

 

6



1.

 

GİRİŞ 

1.1

 

KONTEKST 

Ötən illər  ərzində Azərbaycan səhiyyə xidməti sektorunun bütün səviyyələrində  əsaslı islahatlar sürətlə 

genişləndirilmişdir. Bu islahatların həyata keçirilməsinin bir səbəbi də ölkə iqtisadiyyatının sürətli inkişafı 

olmuşdur. Belə ki, 2006-cı ildə Azərbaycanda ÜDM-nin artım nisbəti 35 faizə, dünya üzrə  ən yüksək 

göstəriciyə çatmışdır.  Əlverişli iqtisadi şərait Azərbaycan hökumətinin səhiyyə, təhsil, sosial müdafiə  və 

təhlükəsizlik sahələrinə ayrılan vəsaiti nominal səviyyədən yeddi dəfədən çox artırmasına əsas vermişdir. Bu isə 

əhalinin tələbatlarının ödənilməsi imkanlarını artırmışdır.

1

Səhiyyə sektorunda həyata keçirilən islahatlar nəticəsində yeni strukturlar yaradılmış,  əhalinin sağlamlığının 



qorunması sahəsində bir çox uğurlu layihələr həyata keçirilmişdir. Yeni yaradılan  müasir strukturlar sırasında 

İSİM tərkibində  fəaliyyət göstərən SKİƏŞ  də vardır. 2008-ci ilin yazından sonrakı dövrdə SKİƏŞ ölkə üzrə 

səhiyyə kommunikasiyası sahəsində müxtəlif  əlaqələndirici fəaliyyətləri həyata keçirən quruma çevrilmişdir. 

SKİƏŞ  səhiyyə kommunikasiyası sahəsində  fəaliyyət göstərən bütün yerli və beynəlxalq tərəfdaşların 

təşəbbüslərini  əlaqələndirmək funksiyasını  həyata keçirir. SKİƏŞ  səhiyyə kommunikasiyası mütəxəssislərinin 

ölkə üzrə  məlumat bazasını  işləyib hazırlamışdır. Bu qurum Azərbaycan Səhiyyə Kommunikasiyası 

Assosiasiyasının (ASKA) inkişafında rol oynamışdır. ASKA-ya jurnalistlər, qrafika dizaynerləri, mətbuat və 

səhiyyə kommunikasiyası üzrə mütəxəssislər daxildir. Səhiyyənin dəstəklənməsi və  təlim xarakterli tədbirlər 

üçün potensialların artırılması sahəsində kommunikasiya və strateji proqramların yaradılması istiqamətində 

səhiyyə sektoru daxilində SKİƏŞ  tərəfindən bir çox təlimlər həyata keçirilmişdir. SKİƏŞ  həm də 

kommunikasiya materialları kitabxanası  təsis etmişdir. Bundan əlavə,  Şöbə  tərəfindən rüblük informasiya 

bülleteni hazırlanır, məlumat mübadiləsi, yeni ideya və  nəticələrin tərəfdaşlara çatdırılması üçün səhiyyə 

mütəxəssisləri ilə aylıq iclaslar keçirilir. 

Assosiasiyanın öhdəliklərinə potensialların artırılması, bilik mübadiləsi, kommunikasiya kampaniyalarının 

işlənib hazırlanması və icrası, sosial məsələlər üzrə tədqiqatların həyata keçirilməsi də daxildir. Assosiasiya öz 

işinə yerli kütləvi informasiya vasitələri ilə  işləyərək səhiyyə  məlumatlarının təqdim olunması mövzusunda 

jurnalistlərin bacarıqlarının artırılmasına istiqamətlənmiş  tədbirlər, səhiyyə  və insan hüquqları mövzusunda 

həkim və tibb bacıları üçün dəyirmi masalar keçirməklə başlamışdır. 

Ötən dövrdə SN-nin Mətbuat Xidməti yaradılmışdır. SN-nin Mətbuat Xidməti kütləvi informasiya vasitələri ilə 

işləyərək spesifik SN qərarları və məsələlər barədə məlumatlandırma tədbirlərinə cavabdehdir. SN-nin Mətbuat 

Xidməti həm də  təklif olunan səhiyyə kommunikasiyası konsepsiyası  çərçivəsində  nəzərdə tutulan 

kommunikasiya təşəbbüslərinin həyata keçirilməsində də iştirak edəcəkdir.  

Səhiyyə kommunikasiyasının səhiyyə  və sağlamlıq sahəsinin  əsas etibarı ilə bütün aspektləri, o cümlədən 

xəstəliklərin qarşısının alınması, səhiyyənin təşviqi və yaşayış keyfiyyəti ilə  əlaqədarlığını  nəzərə alaraq, 

beşillik səhiyyə kommunikasiyası konsepsiyası  işlənib hazırlanmışdır. Konsepsiya xəstəliklər üzrə spesifik və 

ya daha geniş  səhiyyə kommunikasiyası strategiyalarının həyata keçirilməsi, tərəfdaşların təşəbbüslərinin 

əlaqələndirilməsi, həm ölkə, həm də yerli səviyyədə potensialların yaradılması sahəsində SKİƏŞ üçün bələdçi 

rolunu oynayacaqdır.   



1.2

 

ÇƏRÇİVƏ KONSEPSİYASININ İŞLƏNİB HAZIRLANMASI 

Səhiyyə Kommunikasiyası üzrə Milli Çərçivə Konsepsiyasının hazırlanması zamanı ilk olaraq, mövcud 

ədəbiyyatın  əhatəli qaydada tədqiqi həyata keçirilmişdir. Ölkə barədə ümumi hesabatlar, strateji planlar, 

qiymətləndirmələr və illik hesabatlar, səhiyyə sahəsində  həyata keçirilmiş  tədqiqatlar, uğurlu nəticələr vermiş 

təcrübə nümunələri, layihə  və proqram təsviri sənədləri, kommunikasiya materialları  və internet əsaslı 

məlumatlar da daxil olmaqla 50-dən çox resurs tədqiq edilmişdir.  

Məlumatların toplanması  tədbirlərinin ikinci mərhələsi tərəfdaşlarla keçirilən məsləhətləşmələrdən ibarət 

olmuşdur. 2009-cu ilin mart ayında keçirilən görüşdə Azərbaycanda səhiyyə kommunikasiyası sahəsində 

fəaliyyət göstərən  əsas qurumlar, o cümlədən hökumət və qeyri-hökumət təşkilatları, beynəlxalq donorlar və 

özəl təsisatlarla belə  məsləhətləşmələr keçirilmişdir (iştirakçıların siyahısı  Əlavə 1-də verilir). Həmin, gün 

                                                      

1

 Azerbaijan Economists’ Union and UNICEF. July 2008. Budget investments in health and education of Azerbaijani children, 



 Baku: http://www.unicef.org/azerbaijan/Budget_investments_in_health_and_education_of_Azerbaijani_children_ENG.pdf   

 

7



yarımlıq görüşdə  iştirakçılar potensial səhiyyə prioritetlərini müəyyənləşdirmişlər. Onlar əsas vəzifələri

prioritet sahələri müəyyənləşdirməklə yanaşı, həm də həmin səhiyyə məqsədlərinə nail olmaq üçün tələb olunan 

kommunikasiya təşəbbüsləri üzrə ideyalar irəli sürmüşlər.  

Məlumatların toplanması tədbirlərinin üçüncü mərhələsi bəzi tərəfdaşlarla əhatəli müzakirələrin keçirilməsindən 

ibarət olmuşdur. SN-nin təmsilçiləri cari büdcə prioritetləri və proqramlar barədə  məlumatlar vermişlər. Belə 

müzakirələrdə növbəti il ərzində SN-nin prioritet proqramlarını formalaşdıracaq səhiyyə sisteminin fəaliyyəti 

üzrə qiymətləndirmə ilə  əlaqədar qısamüddətli planlar barədə  də  məlumat verilmişdir. Kommunikasiya 

sahəsində  fəaliyyət göstərən qurumların təmsilçiləri son dövrlərdə  səhiyyə sektorunda həyata keçirilən 

kommunikasiya tədbirləri, eləcə  də Azərbaycandakı cari səhiyyə media proqramları haqqında məlumat 

vermişlər.   



1.3

 

DAVRANIŞ DƏYİŞİKLİYİ NƏZƏRİYYƏSİ VƏ SƏHİYYƏ 

KOMMUNİKASİYASININ PLANLAŞDIRILMASI 

Kommunikasiyanın insan davranışına təsir göstərən əsas vasitə olduğunu nəzərə alaraq, ötən əlli il ərzində insan 

davranışını tədqiq edən alim və peşəkarlar bu əlaqəni izah edə bilmək üçün çoxsaylı ciddi nəzəriyyələr işləyib 

hazırlamışlar. Bu nəzəriyyələrdə  fərdi insan davranışı izah olunur və  həm də daha geniş sosial və  əhali 

qruplarının həyatımızda oynadığı rol aydınlaşdırılır. Bu nəzəriyyələrin səhiyyə kommunikasiyası 

kampaniyalarında tətbiq edilməsi üçün həmin nəzəriyyə modellərinin üç növü təklif edilir. 

2

 

3



Yüklə 329,95 Kb.

Dostları ilə paylaş:
  1   2   3




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin