AZƏRBAYCAN RESPUBLİKASINDA
KLİNİK PROTOKOLLARIN TƏRTİB EDİLMƏ QAYDALARINA
Əlavə 2
Tövsiyələrin etibarlılıq səviyyəsi şkalası
Tövsiyənin
etibarlılıq
səviyyəsi
Tövsiyənin əsaslandığı sübutların etibarlılıq dərəcəsi
A
RKT-lərin yüksək keyfiyyətli meta-analizi, sistematik icmalı və ya
nəticələri uyğun populyasiyaya şamil edilə bilən, sistematik səhv
ehtimalı çox aşağı olan (++) irimiqyaslı RKT.
Sübutların etibarlılıq dərəcəsi Ia.
B
Kohort və ya klinik hal - nəzarət tipli tədqiqatların yüksək
keyfiyyətli (++) sistematik icmalı, yaxud
Sistematik səhv riski çox aşağı olan (++) yüksək keyfiyyətli kohort
və ya klinik hal - nəzarət tipli tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, sistematik səhv
riski yüksək olmayan (+) RKT.
Sübutların etibarlılıq dərəcəsi Ib və IIa.
C
Nəticələri uyğun populyasiyaya şamil edilə bilən, sistematik səhv
riski yüksək olmayan (+) kohort və ya klinik hal - nəzarət tipli və
ya nəzarət edilən, randomizasiya olunmamış tədqiqat, yaxud
Nəticələri uyğun populyasiyaya bilavasitə şamil edilə bilməyən,
sistematik səhv riski çox aşağı olan və ya yüksək olmayan (++ və
ya +) RKT.
Sübutların etibarlılıq dərəcəsi IIb.
D
Klinik hallar seriyasının təsviri, yaxud
Nəzarət edilməyən tədqiqat, yaxud
Ekspertlərin rəyi.
Yüksək səviyyəli sübutların mövcud olmamasının göstəricisidir.
Sübutların etibarlılıq dərəcəsi III və IV.
7