binaların zirzəmilərində yanğın təhlükəsi olan materialların və mayelərin
saxlanması, eləcə də onların emalı ilə bağlı anbarlar,
emalatxanalar düzəltmək;
yanğınsöndürmə vasitələrinə gedən yolları kəsmək;
çardaqlarda, pilləkənlərdə və dəhlizlərdə alışan material və əmlak saxlamaq,
arakəsmələr düzəltmək, köməkçi emalatxanalar və laboratoriyalar yerləşdirmək və belə
yerlərdə yaşamaq;
yanğınsöndürmə vasitələrindən təyinatına
uyğun olmayaraq istifadə etmək;
nasaz elektrik keçiriciləri və avadanlığından, alışmaz altlıq qoymadan — məişət
elektrik qızdırıcı cihazlarından istifadə etmək, eləcə də elektrik lövhələrində yanmış
qoruyucuları məftillər və başqa
predmetlərlə əvəz etmək;
elektrik lampalarını kağız və parça ilə bürümək, məftillərin üstünü kağız, plakat,
yaxud divar kağızı ilə örtüb yapışdırmaq; elektrik işığı şəbəkəsi düzəltmək üçün
telefon məftillərindən istifadə etmək;
yanğın təhlükəsizliyi baxımından yoxlanmamış binaları (saxlancları) mühafizə
olunmağa təhvil vermək.
3. Paltarların dezinfeksiyası və qurudulması təchiz edilmiş tipli dezkamera və
qurutmaxanalarda daimi nəzarət altında keçirilir.
Paltarları kameralara asmazdan qabaq onların cibləri çevrilməlidir.
Paltarları dezinfeksiya edərkən və qurudarkən qadağandır:
kameralardakı temperaturu müəyyən olunmuş normadan yuxarı qaldırmaq;
kameralara və qurutmaxanalara normadan artıq
paltar asmaq;
yağ və alışan mayelər hopmuş paltarı kameraya asmaq;
paltarları kameraların qoruyucu torlarının üstünə yığmaq.
4. Kazarmalarda, klublarda və istehsalat binalarında, eləcə də anbarların,
parkların ərazilərində papiros çəkməyə ancaq bunun üçün ayrılmış və xüsusi
hazırlanmış yerlərdə icazə verilir.
5. Dəhlizlər, keçidlər, əsas və ehtiyat çıxışları, pilləkənlər daim açıq saxlanmalı və
başqa şeylərlə tutulmamalıdır. Kazarmanın, emalatxanaların, klubların və başqa
binaların qapıları bayıra açılmalıdır. Ehtiyat çıxış yollarını mismarlamaq qadağandır.
6. Yanğınsöndürmə vasitələri, su hövzələri, yanğın hidrantları və kranları saz
olmalıdır, onların olduqları yerlər isə göstəricilərlə işarələnməlidir.
Binalarda və obyektlərdə yanğınsöndürmə vasitələrinin sayı xüsusi normalarla
müəyyən edilir. Anbarların, parkların, anqarların ərazilərində və istehsalat binalarında
yanğınsöndürmə vasitələri lövhələrdə saxlanmalıdır.
7. Telefon aparatlarının yanında yaxınlıqdakı yanğınsöndürmə komandasının
telefon nömrəsi yazılır, hərbi hissənin ərazisində yanğın həyəcanı siqnalı vermək üçün
səs siqnalizasiyası vasitələri olmalıdır.
8. Hər gün bütün emalatxanalar, saxlanclar, anbarlar, parklar, anqarlar və yanğın
təhlükəsi olan başqa istehsalat binaları bağlanmazdan qabaq anbar, saxlanc, sex rəisləri,
park növbətçiləri və yanğın növbəsi nəfərləri tərəfindən yoxlanmalıdır; aşkar edilmiş
bütün çatışmazlıqlar binalar (saxlanclar) bağlanana qədər aradan qaldırılmalıdır;
elektrik şəbəkələri isə bayır rubilniki ilə söndürülür.
9. Hərbi hissələrdə (bölmələrdə, müəssisələrdə) əlavə yanğın təhlükəsizliyi
tədbirləri xüsusi əsasnamə, təlimat, nizamnamə və göstərişlərə uyğun həyata keçirilir.
Dostları ilə paylaş: