Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


səhifə38/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   34   35   36   37   38   39   40   41   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

Çıxarıcı 
187. Çıxarıcı həbs edilənləri hauptvaxt hüdudlarında müşayiət edərkən onların 
mühafizəsinə cavabdehdir. O, qarovul rəisinə və onun köməkçisinə tabedir. 
Çıxarıcının vəzifəsidir: 
qarovul rəisinin və ya onun köməkçisinin sərəncamı ilə həbs edilənlər təbii ehtiyaclarını 
yerinə yetirməkdən ötrü, səhər və axşam tualetinə, gəzintiyə, həmçinin hauptvaxtın kameralarını 
və otaqlarını yığışdırmaq üçün çıxarıldıqda, onları müşayiət edib qorumaq;
həbs edilənləri müşayiət edərkən, silahı «qayışda» vəziyyətində saxlamaq;
müşayiət olunan həbs edilənlərin papiros çəkməməsinə və kənar şəxslərlə ünsiyyətdə 
olmamasına diqqət yetirmək;
qaçan həbs edilənə (həbs edilənlərə) ucadan «Dayan, atacağam» deyib xəbərdarlıq etmək, 
bu tələb yerinə yetirilmədikdə, ona (onlara) qarşı silah işlətmək.


188. Çıxarıcıya həbs edilənləri müşayiət edərkən onlarla danışığa girmək, onlardan hər 
hansı bir şey qəbul etmək, yaxud onlara bir şey vermək, həmçinin yemək, içmək, papiros 
çəkmək, mahnı oxumaq, oturmaq, təbii ehtiyacını yerinə yetirmək və başqa vasitələrlə öz vəzifə 
borcunu yerinə yetirməkdən yayınmaq qadağan edilir. 
Çıxarıcı həbs edilənləri müşayiət etməkdən ötrü onları bir-bir kolona düzür və həbs 
edilənlərdən (həbs ediləndən) iki-üç addım sağda (solda) geridə hərəkət edir. Bütün komandaları 
çıxarıcı verir. 
Həbs edilənlərin konvoy ilə müşayiətetmə qaydaları və konvoy nəfərlərinin xüsusi vəzifələri 
4 saylı əlavədə verilib. 
  
 
 


X fəsil. 
Qarovulların dəyişməsi və dəyişilməsi 
Qarovulların dəyişməsi 
189. Qarovulların dəyişməsi, qarovulun xidməti yerinə yetirməyə hazır olmasını 
yoxlamaqdan, onların 98-ci maddədə göstərilən şəxslərin tabeliyinə keçməsindən və qarovullara 
köhnə qarovulları dəyişmək hüququnun verilməsindən ibarətdir. Qarovulların dəyişməsi 40 
dəqiqədən artıq davam etməməlidir. 
1
90. Qarnizon qarovullarının dəyişmə yerini və vaxtını qarnizon rəisi, daxili qarovullarınkını 
isə hərbi hissə komandiri müəyyən edir. Qarovulların dəyişmə yerinə və dəyişmə yerindən 
qarovul otağına getməsinə saat yarımdan artıq vaxt sərf olunmamalıdır. 
Böy
ük qarnizonlarda qarovulların dəyişməsi qarnizon rəisinin sərəncamı ilə ayrı-ayrı 
yerlərdə aparıla bilər. 
191. Dəyişmə yerinə və ya dəyişmə yerindən qarovul otağına piyada getmək üçün 30 
dəqiqədən çox vaxt tələb olunarsa, qarnizon rəisinin (hərbi hissə komandirinin) sərəncamı ilə 
qarovula nəqliyyat vasitəsi verilməlidir. 
192. Dəyişməyə qarovulların bütün şəxsi heyəti və orkestr çıxarılır. Onlar dəyişmə yerinə 
onun başlanmasına 10 dəqiqə qalmışdan gec olmayaraq gəlməlidirlər. 
Qarnizonlarda və hərbi hissələrdə orkestr olmadıqda, həmçinin havanın temperaturu -15o 
S və ondan aşağı olduqda, qarovulların dəyişməsinə iki-üç təbilçi çıxarılır. 
193. Qarnizon (düşərgə) qarovullarının dəyişməsi qarovullar növbətçisi (bölmə qarovullar 
növbətçisi, düşərgə toplanışı növbətçisi) tərəfindən aparılır. 
Daxili (gəmi) qarovullarının dəyişməsi hərbi hissə (gəmi) növbətçisi tərəfindən aparılır. 
Müvəqqəti qarovulların dəyişməsi daimi qarovullarla birlikdə aparılır. Müvəqqəti qarovullar 
daimi qarovulların dəyişməsindən sonra təyin olunduqda, onların dəyişməsi ayrıca aparılır. 
194. Hər bir qarovul rəisi dəyişmə yerinə gəlib yeni qarovul növbətçisinin köməkçisinə 
məlumat verir, məsələn: 

Yüklə

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin