Azərbaycan Respublikası Silahlı Qüvvələri Qarnizon və qarovul xidmətləri


«Yoldaş leytenant. Bir nömrəli qarovul bütün şəxsi heyəti ilə


səhifə39/95
tarix16.11.2022
ölçüsü
#69383
1   ...   35   36   37   38   39   40   41   42   ...   95
3df5370fd11da385a7ca4c7397cda023

«Yoldaş leytenant. Bir nömrəli qarovul bütün şəxsi heyəti ilə 
dəyişməyə gəlib. Qarovul rəisi leytenant Səmədov». 
195. Yeni qarovul növbətçisinin köməkçisi qarovulları onların nömrələrinin ardıcıllığına 
görə: avtomatlarla silahlanmışları avtomat «qayışda», karabinlərlə silahlanmışları isə karabin 
«ayaqda» vəziyyətinə düzür. 
Hər qarovulun sağ cinahında qarovul rəisi, sol cinahında isə onun köməkçisi dayanır; 
dəyişdiricilər öz qarovul nəfərlərindən sağdan birinci cərgədə dayanırlar. Qarovul nəfərləri post 
nömrələrinin ardıcıllığına görə sağdan sola, növbə ardıcıllığına görə isə bir-birinin ardınca, 
çıxarıcılar isə onlardan solda dayanırlar. Qarovulların nəqliyyat vasitələri öz sürücüləri ilə onlar 
üçün ayrılmış yerdə yerləşirlər. 
Daxili qarovulların dəyişməsi zamanı qarovullardan solda yerdə qalan sutkalıq naryad 
Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Daxili xidmət nizamnaməsində göstərilən qaydada 
düzülür. 


Orkestr (təbilçilər) qarovulların sağ cinahında qarovullar növbətçisi köməkçisindən üç 
addım sağda dayanır. 
Qarovulu dəyişmə üçün düzülüşü 
196. Qarovullar növbətçisini qarşılamaq üçün onun köməkçisi növbətçinin sıraya çatmasına 
40-
50 addım qalmış komanda verir: «Qarovullar — 
«DÜZLƏN», «FARAĞAT», «DİQQƏT, 
SAĞA (SOLA, MƏRKƏZƏ)». Qarovullar (QAROVUL) karabinlə silahlanıblarsa, 
«QAROVULLAR — 
«DÜZLƏN», FARAĞAT», «sağdan (soldan, qarşıdan) qarşılamaq üçün, 
qarovula — AL». 
Hərbi dirijor «DÜZLƏN» komandası üzrə sıra addımları ilə orkestrin sırasının 
ortasına çıxır və birinci cərgənin iki-üç addımlığında üzü sıraya tərəf dayanır. Tapançalarla 
silahlanmış qarovul rəisləri birinci komandadan sonra əllərini baş geyimlərinə yapışdırırlar; hamı 
başını qarovullar növbətçisi tərəfə çevirərək, onu nəzərləri ilə müşayiət etməklə arxasınca 
başlarını döndərirlər. 
İkinci komandada bundan başqa, karabinlər «qarovul» vəziyyətinə alınır. Orkestr 

Yüklə

Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   95




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin