qarovulları dəyişmə üçün vaxtında sıraya düzmək və onların tərkibini yoxlamaq, qarovul
rəislərinin hərbi rütbələrini və soyadlarını yazmaq, qarovulların şəxsi heyətinə qarovullar
növbətçisinin hərbi rütbəsini və soyadını, eləcə də öz soyadını elan etmək;
qarovullar növbətçisinin otağında olan əmlakı və avadanlığı siyahı ilə qəbul etmək;
qarovullar növbətçisinin əmri ilə qarovulların xidmətlərini yoxlamaq, nöqsanların aradan
qaldırılması üçün tədbirlər görmək və bu barədə qarovullar növbətçisinə məlumat vermək;
qarovullar növbətçisi olmadıqda onun vəzifələrini yerinə yetirmək.
61. Qarovullar növbətçisi və onun köməkçisi qarnizon hərbi komendantlığında, bölmə
qarovulları növbətçisi və onun köməkçisi isə qarnizon hərbi komendantının göstərişi ilə öz
bölməsinin qarovullarından birində olmalıdır.
Qarovullar
(bölmə qarovulları) növbətçisi və onun köməkçisi onların təyin olunduqları hərbi
hissənin nəqliyyat vasitələri ilə təmin edilirlər.
Qarovullar növbətçisi və onun köməkçisi tapança ilə silahlanırlar.
62. Qarovullar növbətçisinə və onun köməkçisinə növbətçilik zamanı qarnizon rəisinin təyin
etdiyi vaxtda bir-
birini əvəz etməklə 4 saatdan çox olmayaraq silahını çıxarmadan və
soyunmadan uzanıb dincəlməyə (yatmağa) icazə verilir.
63. Daxili qarovullara (gəmi qarovullarına) aid olan qarovullar növbətçisi vəzifəsini hərbi
hissə (gəmi) növbətçisi, qarovullar növbətçisinin köməkçisi vəzifəsini isə hərbi hissə
növbətçisinin köməkçisi yerinə yetirir.
Düşərgə qarovullarına aid olan qarovullar növbətçisi vəzifəsini düşərgə toplanışı növbətçisi
yerinə yetirir.
Dostları ilə paylaş: