Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti


İqtisadiyyatın sahələrində struktur dəyişiklikləri, həmin sahələrin rəqabətqabiliyyətliliyinin artırılması amili kimi



Yüklə 78,61 Kb.
səhifə5/7
tarix05.03.2023
ölçüsü78,61 Kb.
#86703
1   2   3   4   5   6   7
referat 335

İqtisadiyyatın sahələrində struktur dəyişiklikləri, həmin sahələrin rəqabətqabiliyyətliliyinin artırılması amili kimi.
Dünya qloballaşması iqtisadiyyatın yenidən qurulması dövründə dünya təsərrüfat əlaqələri hesab olunan beynəlxalq münasibətlər sahəsinə aid edilir. Bu o deməkdir ki, bu sahədə ticarət transaksiyası daxili iqtisadiyyat, istehsal, demoqrafiya, ekologiya, sosial münasibətlər, hüquq, siyasət və digər sahələrə toxunur.
Azərbaycanın irsən keçmiş iqtisadi vəziyyəti ondan ibarət idi ki, o uzun müddət kommunist imperiyası - SSRİ-nin tərkibində olduqdan sonra iqtisadi və siyasi müstəqillik əldə etmişdir. Lakin suverenlik əldə etdikdən sonra Azərbaycan öz iqtisadi və sosial-siyasi problemləri ilə qarşı-qarşıya durmuşdur. Ölkə demək olar ki, sıfırdan başlayaraq öz dövlət quruluşunu yaratmalı, özünün iqtisadi və sosial siyasətini işləyib hazırlamalı olmuşdur. Burada ondan başlamaq lazımdır ki, Azərbaycan iqtisadiyyatı çoxsahəlidir. Zəngin təbii resurslar və istehsal-texniki potensial hesabına Azərbaycan Respublikası SSRİ tərkibində Rusiya ilə yanaşı iki respublikadan biri idi ki, respublikalararası tədarükdə müsbət saldoya malik idi. Iqtisadiyyatın bu milli xüsusiyyətini respublika hökuməti radikal struktur dəyişiklikləri zamanı nəzərə almalıdır. Iqtisadiyyatda struktur dəyişiklikləri qlobal məqsədə - bazar şəraitində iqtisadiyyatı işə hazırlamaq hesab olunur.
Struktur dəyişikliklərin həm müəyyən sahələr, həm də sektorlar istiqamətində həyata keçirilməsi nəzərdə tutulmuşdur. Struktur dəyişikliklərin ana xətti isə hökümət tərəfindən müəyyən sahəvi prioritetlər əsasında iqtisadiyyatın sahələrinin oyanması və inkişafı hesab olunur. Bunlarla yanaşı, struktur dəyişikliklərin əsas meyarlarından biri kimi enerji resurslarından istifadənin səmərəliliyinin artırılmasının təmin edilməsi qəbul olunmuşdur.
Müstəqilliyin ilk illərində və mövcud mərhələdə strateji vəzifə kimi dövlət əsas yeri yanacaq-energetika kompleksi, həmçinin kimya, neft-kimya və metallurgiya sənayesi sahələrinin tutduğu iqtisadiyyatın dinamik artımının təmin edilməsi qəbul olunmuşdur. Bugünkü şəraiti nəzərə almaqla, sənaye siyasəti yüksək səmərəli texnologiya və rəqabətqabiliyyətli istehsal əsasında xarici kapitalın cəlb edilməsi ilə milli hissənin iştirakı ilə sənaye kompleksinin yaradılmasından ibarətdir. Belə struktur açıq iqtisadiyyat şəraitində daxili və xarici bazarda tələbin konyukturasını nəzərə almaqla sənaye sahələrinin köklü surətdə müasirləşdirilməsinin strateji proqramının həyata keçirilməsi hüdudunda formalaşır.
Bizim sənayedə investisiya cəlbediciliyini milli kadr-resurs potensialının ehtiyatı, xammal təminatı və istehsal olunan məhsulların satılma qabiliyyəti nəzərə almaqla müəyyənləşdirilir.
Azərbaycan hökuməti hesab edir ki, iri sənaye müəssisələrinin sağlamlaşdırılması fərdi layihələr və bitmiş istehsal tsiklindən ibarət müəssisələrin daxil olduğu səhmdar cəmiyyətlərin təşkili əsasında həyata keçirilə bilər. Bununla əlaqədar olaraq, milli sənayedə struktur dəyişiklərində iştiraka cəlb edilməsi məqsədilə dünyanın xarici şirkətləri ilə intensiv iş aparılır. Azərbaycan xarici şirkətlərə milli iqtisadiyyatda və ilk növbədə, yanacaq-energetika kompleksi və onların texnoloji təminatı üçün məhsul istehsal edən sahələrdə, eyni zamanda istehsal və xüsusilə energetika-resurs məsrəflərinin aşağı salınması və dünya bazarında məhsulların qiymət rəqabətqabiliyyətliliyinin təmin edilməsi üçün istehsalın kompleksliliyinin artırılması gözlənilən kimya, neft-kimya və metallurgiya sahələrinin müasirləşdirilməsində müasir biznes formalarına ən geniş spektrı təqdim edir.
Ayrılıqda, yapon şirkətlərinin fəal iştirak etdiyi polipropilen, benzol, toluol, etilbenzol, dixloretan, ammonyak və digər azot birləşmələri və s. istehsalının kimyəvi kompleksində yüksək təzyiq altında buxar generatorunun qurulması əsasında enerji istehsalı sisteminin yaradılması üzrə texniki layihələr hazırlanmışdır.
Respublika hökuməti iqtisadiyyatda korporativ istiqamətin inkişafına böyük əhəmiyyət verir. Bununla əlaqədar olaraq, alüminiumun kompleks istehsalı üzrə xarici investorların iştirakı ilə korporativ şirkətlərin yaradılması üzrə layihə işlənib hazırlanır. Artıq bizim sənayemizin nəhəngi - Sumqayıt boru-prokat zavodunun yenidən qurulması layihəsi fəaliyyət göstərir və s. aydındır ki, bu layihələr ən müasir texnoloji tələblərə cavab verməlidir. Buna görə də, sənaye istehsalında yapon elmi-texniki “məktəb”inin imkanlarını nəzərə alaraq, güman edilir ki, yapon iş adamları bu layihələrdə daha fəal iştirak edə bilərlər.
Azərbaycan sənayesində həmçinin xarici şirkətlər üçün cəlbedici olan maşınqayırma və elektrotexnika istehsalı sahələrini qeyd edə bilərik. Bununla əlaqədar olaraq, bəzi iri birliklər üçün layihələr hazırlanmış və artıq struktur dəyişiklikləri layihələri ekspertizasından keçmişlər. Bunların sırasında kondisioner zavodları, müxtəlif təyinatlı elektrik mühərrikləri buraxan birliklər, məişət soyuducuları zavodu və s. qeyd etmək olar. Bu zavodların investisiya cəlb ediciliyini onların ənənəvi xammal bazarlarının və yüksəkixtisaslı texniki-mühəndis potensialının mövcudluğu ilə müəyyənləşdirilir.
Xarici kapital üçün əhəmiyyətli imkan yüngül və yeyinti sənaye sahələrində mövcuddur və bu sahələr yerli xammal təminatı və tutumlu daxili bazara malikdirlər.
Yüngül sənaye üzrə Azərbaycan 200-dən çox müəssisəyə malik olmasına baxmayaraq, texnoloji gerilik keyfiyyət üzrə məhsulların rəqabətqabiliyyətini təmin etmir. Xarici investorlar fəaliyyət göstərən pambıq parça, yun, ipək kombinatları, tikiş və trikotaj fabriklərin müasirləşdirilməsində və özəlləşdirilməsində iştirak edə bilərlər. Məsələn, Şəki ipək kombinatının barama ipliyi istehsalının yenidən təşkilinə böyük maraq göstərilir. Mövcud layihə üzrə “İtoçu” yapon firmasının nümayəndələri ilə danışıqlar aparılır.
Təbii liflərin bütün əsas növlərinə malik olan Azərbaycan bu gün tamamilə kimyəvi boyaların, kimyəvi liflərin idxalından asılıdır. Bu zaman müvafiq müəssisə, o cümlədən xarici firmalarla razılaşma əsasında korporasiyaların yaradılması məqsədə uyğun olardı.
Hal-hazırda torpaq və aqrar islahatlarla əlaqədar aqrar-sənaye kompleksində xüsusi bölmənin rolu artmışdır. Bəzi sahələrdə, xüsusilə kənd təsərrüfatı məhsulları emalı sahələrində şəxsi xarici firmalar fəallaşır. Məsələn, pambıq təmizləmə, çay emalı və digər bəzi sahələrə artıq xarici xüsusi investisiyalar qoyulmuşdur. Lakin yeyinti sənayesinin bəzi sahələrində istehsal ümumiyyətlə yoxdur. Belə ki, şəkərə daxili tələbat olduğu halda, Azərbaycanda qənd zavodu yoxdur. Emaledici gücün olmaması səbəbindən Azərbaycan şəkər çuğundurunun istehsalını məhdudlaşdırmağa və qənnadı məmulatların idxalını artırmağa məcburdur.
Azərbaycanda tikinti sənayesi kifayət qədər inkişaf etmişdir. Xüsusi tikinti ilə yanaşı tikinti materialları istehsal edən müəssisələr də mövcuddur. Bu sahənin bütün müəssisələri artıq özəlləşdirilmişdir. Lakin hökumət xarici investisiyaların cəlb edilməsi məqsədilə bir neçə iri müəssisələrin idarəetmə paketini özündə saxlamışdır. Hal-hazırda tikinti materiallarına tələbatın əsas hissəsi idxal hesabına ödənilir, o cümlədən, boyalar, taxta-şalban, linoleum, gips, santexniki ləvazimatlar, kaşı və demək olar ki, tamamilə idxal olunur.
Iqtisadi səmərəlilik nöqteyi-nəzərindən ən perspektivli sahələrdən biri kimi nəqliyyat-rabitə xəttinin inkişafına kapital qoyuluşu hesab olunur. Avropa-Asiya Transqafqaz koridorunun yaradılması üzrə həyata keçirilən proqram böyük investisiya qoyuluşları tələb edir. Lakin onlar çox tezliklə yük axınlarının intensiv artımı ilə əlaqədar olaraq, ödənilir.
Tutumlu investisiya bazarı Azərbaycanda dünyanın bir çox tanınmış şirkətlərinin artıq işlədiyi telekommunikasiya sahələrinin müasirləşdirilməsi və inkişafı hesab olunur.
Bütövlükdə qeyd etmək lazımdır ki. Ölkədə iqtisadi fəaliyyətdə struktur dəyişiklikləri artıq xarici kapitalla əməkdaşlıqda xüsusi bölmənin inkişaf özülünü qoymuşdur.
Müstəqillik əldə etdikdən sonra Azərbaycanda neft resursları iqtisadi inkişaf və Respublikanın beynəlxalq əlaqələrində müəyyənedici amil olmuşdur.
90-cı illərdə neft siyasətinin əsas fəaliyyət obyekti Qafqaz-Xəzər regionu oldu. Məhz Qafqaz-xəzər regionunda “Əsrin müqaviləsi”nin imzalanması günündən neft uğrunda əsas mübarizə başlamışdır. Qərb şirkətləri və hökuməti mövcud vəziyyəti qiymətləndirərək dərk edirdilər ki, Azərbaycan əlavə olaraq- karbohidrogen və Mərkəzi Asiyanın digər nəhəng mineral ehtiyatlarına açardır.
Neft geosiyasəti regionda investisiya şəraitini keyfiyyətcə dəyişdirərək, Azərbaycanı dünya qloballaşmasının inkişaf prosesinə cəlb edərək, özünə yeni addımlar üçün meydan yaratmışdır.
SSRİ-nin dağılması və yeni tendensiyalar Azərbaycanı köhnə problemlərdən azad etmədi, əksinə onlara yenilərini əlavə etdi. Ölkənin canlanma və inkişaf problemlərinin əksəriyyətinin həlli daxili və xarici məsələlərin həllini yüngülləşdirməyə, ölkəyə qərbi investisiyaların və yeni texnologiyaların gətirilməsinə imkan verən neft amili strategiyasında inteqrə olunmuşdur. Bu Xəzər neft infrastrukturunun yaranması və onun dünya (avropa) iqtisadiyyatının İEÖ-in enerji təminatı sisteminə daxil olması imkanını təmin etmişdir.
Azərbaycanda neft sənayesinin inkişafı nəticəsində neft şirkətləri və neft istehlakçıları ölkələri arasında yeni əməkdaşlar meydana gəlmişdir. Müntəzəm olaraq, xarici iqtisadi əlaqələr, kommersiya banklarının infrastrukturu, iqtisadi əlaqələr və diplomatik münasibətlər strukturunun formalaşması baş verirdi.
Azərbaycan iqtisadiyyatı artıq neftdən asılı vəziyyətdə olmağa başlayırdı. Neft sektoru sənaye istehsalının üçdə iki hissəsini və ölkədə ixracın ümumi həcminin 90%-ə qədərini təşkil edir.
Aparıcı qərb şirkətlərinin Azərbaycanda neft mədənlərinin işlənməsinə cəlb edilməsinin ilk addımı hələ 1989-cu ildə atılmışdır. Bunu qərbdə, xüsusilə İngiltərədə başa düşürdülər və Azərbaycandakı siyasi vəziyyət həmin ölkələr üçün daha əlverişli hesab olunurdu. 1989-cu ildə Bakıya əlaqə yaradılması məqsədilə müstəqil Ramko şirkətinin prezidenti Stiv Ramp gəlmişdir.
Lakin Azərbaycanın neft sahəsi də kifayət qədər inkişaf etmiş elmi və texnoloji potensiala malik olmuşdur ki, bu da əhəmiyyətli dəniz infrastrukturunun yaradılmasına imkan vermişdir.
Müstəqillik əldə edildikdən sonra yalnız Xəzərin dəniz neftinin mənimsənilməsi üzrə deyil, eyni zamanda daha müasir və çox variantlı ixrac infrastrukturunun yaradılması imkanları haqqında konkret danışıqlar aparılmağa başlanıldı. Müəyyən vaxt üzrə neft geosiyasəti və iqtisadiyyatı amillərini və neftin qiymətlərində tərəddüdləri nəzərə almaqla Azərbaycanın ixrac infrastrukturundan asılılıq vəziyyətini marşrut, vaxt və obyektiv şəraitdən asılı olaraq, coğrafi müxtəliflikdən istifadə edərək üç istiqamətə bölürlər.

  1. İxracın şimal marşrutu səmərəli olmamış, lakin həmin dövr üçün siyasi amilləri nəzərə almaqla optimal olmuşdur. Bu başlanğıc mərhələsində Azərbaycan nefti dünya bazarına çıxarılmalı idi. Həmin dövrdə şimal marşrutunun istifadəsi Azərbaycanın yeganə alternativ ixrac istiqaməti olmuşdur.

  2. İkinci marşrut-“qərb”. “Bakı-Supsa” neft daşınmasının tamamlanması ilə əlaqədar Azərbaycanın ixrac infrastrukturunda Gürcüstanda Qara dəniz neft terminalına çıxışın ikinci yolu meydana gəldi.

Bu dövrdə neft infrastrukturu və regional geosiyasət başqa istiqamət almışdır. Yeni neft infrastrukturu aydın iqtisadi üstünlüklərə malik idi. Belə ki, o demək olar ki, 200 km daha əlverişli iqtisadi zonadan keçir ki, bu da ölkənin Rusiyanın daxili və xarici amillərindən asılılığı səviyyəsini kəskin aşağı salmışdır.

  1. Üçüncü marşrut –“cənub-qərb”. Qeyd etmək lazımdır ki, bir çox mütəxəssislər, ekspertlər güman edirdilər ki, BTC-nı sadəcə tikmək mümkün olayacaqdır, belə ki, siyasi amillər iqtisadi amilləri üstələyirdi. Indi fiziki olaraq, real olaraq o digər geosiyasi əhəmiyyətə malik olur, belə ki, iri dövlətlər arasında iqtisadi maraqlarla yanaşı siyasi rəqabət də mövcuddur.

Yeni neft infrastrukturunun - BTC meydana gəlməsi dəniz limanları arasında Ceyhanın iri tonnajlı tankerlərlə Dünya okeanına çıxış əldə etməsinə imkan verir. Bu perspektivdə Azərbaycan iqtisadiyyatının inkişafını təcəssüm etdirən real neft amili oldu. BTC-in işə salınması ilə Azərbaycan real olaraq, öz iqtisadi və siyasi müstəqilliyini gücləndirir. Ikincisi BTC üçüncü Bosfordan keçək, Aralıq dənizinə çıxışı əks etdirir. Nəhayət, BTC Rusiya və İran tərəfindən siyasi təzyiqlərdən uzaq olmağa kömək edir.
Bundan başqa BTC-in boru kəmərlərinin istehsalı qloballaşma şəraitində Azərbaycanın dünya iqtisadiyyatına inteqrasiyası istiqamətində yalnız iqtisadi deyil, həm də siyasi əhəmiyyətə malikdir, belə ki, o Xəzər hovuzunun karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında mühüm layihə hesab olunur. BTC-boru kəməri digər beynəlxalq layihəyə- nəqliyyat koridoru TRASEKA-ya təsir göstərir.
Neft gəlirlərinin respublika iqtisdiyyatına təsiri və onların düzgün qiymətləndirilməsi xüsusi aktuallığa malikdir. Bəs dövlət bu neft gəlirlərinin səmərəli idarə edilməsinə hazırdırmı?
Artıq bu gün Azərbaycan ölkə iqtisadiyyatına iri valyuta daxilolmalarının mənfi nəticələrinə malikdir. Onlar özlərini milli valyutanın qeyri-real dəyərində, ixracın kəskin artımında göstərirlər. Bu gün respublikanın ÜDM-in 26%-i neft gəlirləri hesabına formalaşır, neft fondlarından transfertləri nəzərə almaqla dövlət büdcəsinin 41%-i(transfertsiz təxminən 30%) neftin hesabına formalaşır və nəhayət neft və neft məhsulları ölkə ixracının 90%-ni təşkil edir.
Bütün bu qeyd olunanlardan belə bir nəticə çıxır ki. Ölkədə iqtisadi sahələrin səmərəli yerləşdirilməsi, onların rəqabətqabiliyyətliliyinin artırılması üçün səmərəli struktur siyasətinin həyata keçirilməsi böyük əhəmiyyət kəsb edir. Bu siyasət xüsusilə, neft sənayesinin inkişafında böyük rol oynayır. Belə ki, neft sektorunda mövcud nöqsanları aradan qaldırmaq və səmərəli struktur siyasəti həyata keçirmək məqsədilə aşağıdakılar vacibdir:

  • Dövlət Neft Şirkətinin mövcud funksiya və vəzifələri dəqiqləşdirilməli, çoxpilləli idarə sistemi təkmilləşdirilməlidir.

  • Neft strategiyası çərçivəsində mövcud neft emalı istehsalat birliklərinin vahid orqanda cəmləşməsi vacibdir. Alternativ variant kimi neft və qaz emalı, eləcə də özəlləşdirilməsi nəzərdə tutulmayan kimya və neft-kimya müəssisələrinin fəaliyyətini strateji cəhətdən tənzimləyən idarəetmə orqanının yaradılması üzərində də düşünmək lazımdır.

  • Sərbəst fəaliyyət göstərəcək neft-qaz emalı, kimya və neft-kimya müəssisələrində mövcud idarəetmə strukturları bazar iqtisadiyyatlı ölkələrdə sınaqdan çıxmış mütərəqqi idarə strukturları ilə əvəz edilməlidir

  • Müəssisədaxili idarəçilikdə differensial idarə orqanlarının yaradılması ön plana çəkilməlidir. Bu zaman xarici iqtisadi əlaqələr və marketinq fəaliyyəti ilə məşğul olan idarə orqanları işçilərinin vəzifə nomenklaturası bazar sisteminə uyğunlaşdırılmalı və onların hüquqları genişləndirilməlidir.




Yüklə 78,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin