Azərbaycan Respublikası Təhsil Nazirliyi. Azərbaycan Dövlət İqtisad Universiteti



Yüklə 78,61 Kb.
səhifə7/7
tarix05.03.2023
ölçüsü78,61 Kb.
#86703
1   2   3   4   5   6   7
referat 335

Nəticə
Tədqiqatımızdan nəticə çıxardaraq, iqtisadiyyatda struktur dəyişikliklərin nəzəriyyəsi və metodologiyasının göstərilən qanunauyğunluqlarının və əsas tərifləri kompleks olaraq şərh etmək lazımdır. Biz iqtisadi strukturda dəyişikliklərin göstəriciləri və xarakteristikalarını aşağıdakı kimi qruplaşdıra bilərik:
Struktur dəyişiklikləri indeksi (struktur dəyişikliklərin kütləsinin müəyyən vaxt kəsiyində dəyişməsi), struktur dəyişikliklərin sürəti (vaxt vahidində struktur dəyişikliklərin kütləsinin dəyişilməsi sürəti), intensivliyi (iqtisadi subyektlərin məcmu maraqları və müəyyən vaxt anına onların dəyişilməsi sürəti arasındakı qarşılıqlı əlaqə), gücü (fərdin öz iqtisadi marağını həyata keçirməsi və müəyyən tələbatın ödənilməsi istəyi və qabiliyyəti), struktur dəyişikliklərin istiqaməti (sosial-iqtisadi tərəqqi istiqaməti xüsusunda struktur dəyişiklərin istiqamətini əks etdirən göstərici), keyfiyyəti, multiplikatoru və s.
Struktur dəyişiklikləri nəzəriyyəsinin əsas müddəalarını qısa şərh edək. Bunun üçün ümumi tərifdən başlayaq: struktur dəyişiklikləri dedikdə, biz sistemin daxili quruluşunda istənilən əhəmiyyətli dəyişiklik, onun elementləri, əsas (inteqral) sistem keyfiyyətlərinin dəyişilməsinə səbəb olan verilmiş qarşılıqlı əlaqələr qanunu başa düşülür.
Bu şəkildə iqtisadiyyatda struktur dəyişiklikləri elementlərin, nisbətlərin və iqtisadi sistemin kəmiyyət xarakteristikalarının dəyişilməsi kimi şərh edilir. Struktur dəyişikliklərin mahiyyəti strukturlararası və sistemlərarası əlaqələrin, həmçinin iqtisadi sistemin əsas xarakteristikaların (sistem keyfiyyətlərin) dəyişilməsi hesab olunur. Iqtisadi strukturda istənilən dəyişikliklərin əsasında təsərrüfat subyektləri və yaxud onların qruplarının (dövlət, müəssisə və ya ayrıca fərd) maraq və tələbatları sistemində dəyişiklik durur.
Uzunmüddətli dövrdə ehtiyac və tələbatların strukturunda dəyişiklik iqtisadiyyatda struktur dəyişikliklərin dönər və ya dönməzliyi hesab olunur. Tələbatın mürəkkəb strukturu struktur yaradan zəncirdə-istehsal-bölgü-mübadilə-istehlak, müəyyənedici amil hesab olunur.
Qeyd etmək lazımdır ki, uzunmüddətli dövrdə struktur dəyişikliklərin dönməzliyinin obyektiv iqtisadi qanunu mövcuddur. Bu qanun ictimai tələbatın durmadan artım qanunu ilə sıx əlaqədədir.
Struktur dəyişikliklərin mexanizmi dedikdə, biz ümumiyyətlə iqtisadi strukturun elementlərinin təzadlı qarşılıqlı əlaqəsi başa düşürük. Iqtisadiyyatın strukturuna müvafiq olaraq, struktur dəyişikliklərin mexanizmini istehsal, bölgü, mübadilə və istehlakın strukturunda dəyişikliklərin uyğunlaşması mexanizmi kimi müəyyənləşdirmək olar.
Istənilən hər hansı bir iqtisadi mexanizmdə olduğu kimi, struktur dəyişikliklərin mexanizmi subyekt, obyekt və onların qarşılıqlı əlaqəsindən ibarətdir. Struktur dəyişikliklərin subyekti istənilən ayrıca fərddən başlayaraq, dövlətdə qurtarmaqla istənilən təsərrüfat subyektləri hesab olunur. Struktur dəyişikliklərin obyektləri isə iqtisadi nisbətlər, keyfiyyət və kəmiyyət xarakteristikaları və göstəriciləri(məsələn, həyat səviyyəsi, ÜMM və s.) hesab olunur. Struktur dəyişikliklərin mexanizmi istehsal qüvvələri və istehsal münasibətlərinin əsas elementlərini əhatə edir.
Təqdim olunan iqtisadiyyatda struktur dəyişikliklərin tədqiqi metodologiyası bir çox təsərrüfat proseslərinə yeni baxış nöqteyi- nəzərindən yanaşmaya imkan verir. Müxtəlif iqtisadi nəzəriyyələrə müraciət edərək, qeyd etmək lazımdır ki, onların hamısı struktur dəyişiklikləri nəzəriyyəsində göstərilən termin və göstəricilərlə şərh edilə bilər. Nəzəri olaraq, iqtisadiyyatda struktur dəyişikliklərin dərindən dərk edilməsi, konkret iqtisadi sistemlərə onun kompleks əməli tətbiqi – struktur dəyişikliklərin gələcək tədqiqinin əsas vəzifəsidir.


Ədəbiyyat siyahısı
Yüklə 78,61 Kb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2024
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin