94
R E S U R S L A R
İbtidai məktəbin texnologiya kabineti üçün təchizat komplekti (tam)
Alətlər və nümunələr
-Kombinə edilmiş verstak – 2
-Alətlərin bərkidilməsi üçün divar stendi -2
Ağac ilə iş
-Əl mişarı-30
Lobzik mişarı- 30
- materiallar.
- Nazik faner və silindrik oduncaq pəstahlar- 90
- Əl dreli- 30
Kağız ilə iş
Alətlər və nümunələr
-Küt uclu dəftərxana qayçısı 130mm- 30
-taxta də ya gkastik altlıq-30
-300 mm met. xətkeş – 30
- Pərgar-30
- 30 və 60 dərəcəli künyə- 30
- 9 mm dəftərxana bıcaqı - 30
-Biz- 30
materiallar
-
Rəngli kağız, paçka – 30
-
Papirus A4, rulon ( büzməli kağız)- 30
-
Köçürmə kağızı, 50 səhifəli paçka- 30
-
Vatman A1, paçka- 3
-
Rəsmxət üçün kağız A4, paçka – 5
-
5mm qalın karton, paçka – 30
-
Nazik rəngli karton, paçka - 30
-
PVA yapışqanı – 30
-
Dəftərxana maye yapışqanı – 30
-
Karandaş – yapışqan – 30
-
Yapışqan üçün fırça, № 8 – 30
Parça və sapla iş
Alətlər və nümunələr
-
Parça üzərində naxış üçün dəst( batik).– 30
-
Qobelen üçün iynə - 30
-
Müxtəlif növlü, əl ilə tikmək üçün iynələr – 30
-
Toxumaq üçün millər 4,5 mm -30
-
Karandaşqabı. Mil,firça üçün. – 30
-
Parça üçün qayçı, 175 mm - 30
-
Qayçı 90mm – 30
-
Oymaq – 30
95
-
“ Parça, sap və furniturların sənaye nümunələri” kolleksiyası. Nümayiş dəsti
– 2
materiallar
-
Pambıq parça . - 30
-
Poliestr saplar. rəngli dəst 40-30
-
Pambıq saplar 40/3XB 2500 m. 5 ağ+ 5 qara çarx – 30
-
Muline.2 yumaq 25 rəngdən dəst – 30
-
İris ipliyi.10 müxtəlif rəng hərəsindən 5 əd. – 30
-
Yun ipliy.100qr.yumaq.20 rəng hərəsindən 1 ədəd – 30
-
Tikmək üçün sap – 30
-
Lavsan sap1000m – 30
-
Muncuq.7 rəng+qara+ ağ hərəsindən 50 qr. – 30
-
Şəffav tilov ipi( 1 çarx) – 30
Plastik materiallarla iş
Alətlər və nümunələr
-
Yapma üçün taxta.Ölçü 30x40 sm – 30
-
Plastilin üçün alətllər, dəst – 30
-
Minalanmış( saxsı) finçan 0,8 lit. – 36
-
Polad qaşığ – 36
-
Xırda kvadrat tas – 10
-
Gips tökmək üçün formalar.Müxtəlif formada.Hər şagirdə 1 ədəd – 30
materiallar
-
Ələ yapışmayan plastilin -30
-
Gips 1 kq. – 30
Təbii materiallarla iş
Alətlər və nümunələr
-
Bağban qayçısı – 30
-
Pres–Herbariy üçün dəst – 30
-
Sintetik tükdən dairəvi fırça № 3 - 30
-
Sintetik tükdən dairəvi fırça №5 - 30
-
Sintetik tükdən dairəvi fırça №8 - 30
-
Sintetik tükdən dairəvi fırça №10 - 30
-
Yastı firça№6 - 30
-
Yastı firça №8 - 30
-
materiallar
-
Akril boyası. 12 rəngli dəst – 30
-
Quaş. 6 rəngli dəst, – 30
-
Rəngli karton.Dəstdə 8 rəng, nazik,– 30
-
qubka – 60
Məftillə iş
Alətlər və nümunələr
-
yastıağız kəlbətin 120 mm – 30
-
girdə ağız kəlbətin 120 mm - 30
96
-
Kəlbətin 250 mm – 30
-
Çəkic 100 qr – 30
-
Zindanlı polad məngənələr 100 mm – 30
-
“ Metallar” kolleksiyası – 2
-
“ Alümin” kolleksiyası – 2
-
materiallar
-
Mis məftil -100 m
-
Şamlar.– 60
Konstruksiyaetmə (konstruktorla iş)
-
Konstruksiya etmənin əsaslarını öyrənmək üçün konstruktor – 30
-
İlk mexanizmlərin öyrənilməsi üçün konstruktor – 30
-
Elektrik mühərrikli muasir mexanizmlərin konstruksiya edilməsinin elmi
prinsiplərini öyrənmək üçün konstruktor – 30
Konstruksiya etmə və avtomatlaşma
-
Robototexnika üzrə proqram təminatı - 30
5-9 sinifdə istifadə olunacaq resurslar
Oduncaq və metal emalı üzrə
nümayiş modelləri
– «Elektrik mühərrikinin quruluşu və hərəkət prinsipi» modelləri — 1
Metal emalı üçün alətlər
– Abraziv tirlər – 5
– Qayka açarı, 30 mm — 1
– Qayka açarı, 19 mm – 1
– Metal ölçü xətkeşləri, 1000 mm – 2
– Mikrometr, 0… 24 mm — 30
– Çilingər çəkicləri, 600 q – 5
– Kontrol-ölçü və nişanqoyucu alətlər dəsti –5:
– metal ölçü xətkeşi, 300 mm — 30
– çilingər günyəsi — 30
– təlim ştangerpərgarı, 0,1 mm dəqiqliyilə — 30
– nişanqoyucu yaylı pərgar — 5
– Məktəbli çilingər alətləri dəstləri –30
– çilingər qələmi, tiyənin eni 10mm – 30
– çilingər qələmi, tiyənin eni 15mm – 30
– itiağız kəlbətin – 30
– çilingər çəkici, 200 q – 30
– metal kəsmək üçün əl qayçısı – 30
– kombinasiya edilmiş yastıağız kəlbətin – 1
– çilingər-quraşdırıcı alətlər dəstləri – 5:
– ikitərəfli qayka açarları, 8…24 mm – 5
– parallel vintli sıxaclar (məngənələr) – 1
– məktəbli yivaçan alət dəstləri – 30
97
– spiral burğular 2,5… 10 mm – 20
– elektrotexniki işlər üçün məktəbli alət dəstləri – 30:
– girdəağız kəlbətinlər – 30
−kəsici kəlbətinlər – 30
– pinset (maqqaş) – 1
– məktəbli törpülər dəsti — 30
– disk frezlər – 5
– silindrik frezlər – 5
– «Gənc oymaçı» dəsti– 5
– nadfillər dəsti № 1, nişan № 1–5-30
– spiral burğular dəsti, 2
mm – 5
– pərçimləmə üçün sıxaclar, dayaqlar və tarımlama dəstləri – 5
– yarıgirdə törpülər, 200… 250 mm – 5
– təsərrüfat qayçısı – 3
– kombinasiya edilmiş məktəbli vintaçanlari – 3
– metrik yivölçənlər – 1 dəst
– çilingər reysmusu – 1
– ştangenpərgar, 0,05 mm ölçmə dəqiqliyi ilə – 30
Oduncaq emalı üçün alətlər
– xarrat alətləri komplekti – 30
– cilalayıcı tir – 30
– iskənə, 6 mm – 30
– iskənə, 10- mm – 30
– taxta çəkic – 30
– kəlbətin – 30
– metallik xətkeş, yaxud ruletka – 30
– xarrat çəkici – 30
– xarrat mişarı – 30
– xarrat reysmusu – 30
−rəndə – 30
– yastı iskənələr, 10 mm – 30
– xarrat – günyəsi – 30
– adi xətkeş – 30
– loğrik (nazik mişar) – 30
–metrə – 5
–məktəbli rəndələri – 30
– ağac üzərində naxış üçün alətlər dəsti – 30
– yastı və yarıgirdə iskənə dəstləri; 4…15 mm – 30
– vintaçanlar, 5 mm – 30
98
TEZAURUS
Kurrikulum - təhsilin məzmunu, təşkili və qiymətləndirilməsi ilə bağlı bütün
məsələləri özündə əks etdirən konseptual sənəddir.
Milli kurrikulum - ölkə miqyasında təhsilin hər bir pilləsindəki fəaliyyətlərin
həyata keçirilməsinə imkan yaradan və onları istiqamətləndirən konseptual
sənəddir.
Texnologiya fənn kurrikulumu - fənn üzrə fəaliyyətləri istiqamətləndirən
konseptual sənəddir.
Texnologiya təliminin məzmunu - şəxsiyyətin formalaşmasına yönəlmiş
bacarıqlar şəklində ifadə edilən təlim nəticələrinin (təlim standartlarının)
məcmusudur.
Təlim nəticəsi - müəyyən bir mərhələdə mənimsənilməsi nəzərdə tutlan və
əvvəlcədən müəyyənləşdirilmiş təlim nailiyyətlərinin konkret bir səviyyəsidir.
Məzmun xətti – texnologiya fənnin xarakterinə uyğun ümumi təlim
nəticələrinin reallaşmasını təmin etmək üçün müəyyən olunan məzmununun zəruri
hissəsidir.
Məzmun standartı - dövlətin təhsil alanların bilik və bacarıq səviyyəsinə
qoyulmuş dövlət tələbdir.
Qiymətləndirmə standartı - təhsil alanların nailiyyət səviyyəsinə qoyulan
dövlət tələbidir.
Təlim strategiyası - təhsil prosesində istifadə olunan forma, metod, üsul və
vasitələrin məcmusudur.
Texnologiya dərsliyi - dövlət təhsil standartları əsasında hazırlanmış
kurrikulumlara uyğun olan, şagirdlərdə müstəqil tədqiqatçılıq və yaradıcılıq
vərdişlərinin aşılanmasına, demokratik dünyagörüşünün formalaşmasına imkan
yaradan, onları düşünməyə sövq edən, məntiqi təfəkkürü inkişaf etdirən, tətbiqi
xarakter daşıyan, inteqrativ xüsusiyyətə malik əsas dərs vəsaitidir.
Inteqrasiya - müəyyən təhsil sistemi çərcivəsində şagirdlərin təfəkküründə
dünyanın bütöv və bölünməz obrazını formalaşdırmaq, onları inkişaf və
özünüinkişafa istiqamətləndirmək məqsədilə təlimin bütün məzmun komponentləri
arasında struktur əlaqələri qurmağı və onları sistemləşdirməyi tələb edən didaktik
prinsipdir. Dünyanın təhsil təcrübəsində şaquli və üfüqi olmaqla onun iki
növündən istifadə edilir.
Fəndaxili inteqrasiya - təlim prosesinə istiqamət verən aparıcı rola
malikdir.Bu inteqrasiya modeli fənni tədris edən müəllimdə bilik və bacarığı
əlaqəli və eləcə də ayrılıqda görə bilmək qabilliyətini tələb edir. Tədris olunan
mövzuda fənnin məzmun xəttinə uyğun olaraq tələb olunan bilik və bacarıqlar
diqqət mərkəzində olmalıdır, əsasən müəyyən etmək olar ki, bu model
şagirdyönümlü təlim prosesinin tərkib hissəsi kimi, onları dərk etmə və sosial
bacarıqlarını (çalışma həlli, müstəqil qərar çıxarma, tənqidi və yaradıcı düşünmə
bacarıqları, eləcə də biliklərin həyata tətbiqi qabilliyətini inkişaf etdirmək
imkanına malikdir.
99
Fənlərarası inteqrasiya – hər hansı mövzunun tədris edilməsində iki və ya
daha artıq fənn sahəsindən əldə edilən məzmunun öyrədilməsidir. İnteraktiv
kurrikulumda fənlərarası əlaqənin tətbiqi biliyin sistemli şəkildə öyrədilməsinin
açarıdır, çünki müxtəlif istiqamətlərdə inkişaf edən elmlər arasında əlaqə , başqa
sözlə deyilərsə, assosiasiya yaratmaq idraki fəaliyyətin əsas proseslərindən biridir.
Biliklərin inteqrasiyası şagirdlərin canlı və cansız təbiət hadisələri həmçinin təbiət
və cəmiyyət hadisələrinin ümumi əlaqələrini dərk etməyə xidmət edir, eləcə də
öyrəndikləri problemləri bir yerdə nəzərdən keçirərkən səmərəli konsepsiyaların
formalaşmasına və onların təqimatına diqqət yetirir.
Pedaqoji innovasiya - təhsil müəssisələrində, pedaqoji nəzəriyyələrdə,
müəllim və şagirdlərin fəaliyyətlərində, təlim-tərbiyənin məzmununda, forma, üsul
və vasitələrində, idarəetmədə, məqsəd və nəticələrdə, ümumən, pedaqoji sistemdə
baş verən yeniliklərdir. Onlar müəyyən dövr ərzində sabit qalaraq ənənəvi qaydada
davam etdirilir, həmin dövrün səciyyəvi pedaqoji hadisəsinə çevrilir.
Nəticəyönümlülük - yeni kurrikulumların hazırlanmasında nəzərə alınmış
əsas prinsiplərindən biridir. Bu pirinsipin tələbinə görə müəyyən olunmuş
bacarıqlardan ibarət zəruri məzmun nəticələr formasında verilir.
Taksonomiya - yunan sözüdür (taxus-qayda ilə yerləşmə+qanun deməkdir),
təlim məqsədlərinin şəbəkəli və ya sistemli təsnifatıdır. Elmi termin kimi ilk dəfə
botanika və zoologiyada əmələ gəlmiş, heyvanların və bitgi orqanizmilərinin
qruplara görə bölgüsü anlamında işlənmişdir. 30-cu illərdə psixologiyada istifadə
olunmağa başlanmışdır.
Şəxsiyyətyönümlülük – Milli Kurrikulumun hazırlanması zamanı nəzərə
alınmış didaktik prinsiplərdən biridir. Onun tələbinə görə, kurrikulumların
tərkibində olan təlim standartları, strategiyaları və qiymətləndirmə mexanizmləri
şagird şəxsiyyətində idraki, hissi və psixomotor bacarıqlar əsasında yaranan
keyfiyyətlərin formalaşmasına yönəlir. Çox vaxt bu keyfiyyətlər kompetensiyalar
(səriştələr, qabiliyyətlər), dəyərlər və ya mədəniyyətlər terminləri ilə ifadə edilir.
Şəxsiyyətyönümlü təhsilin keyfiyyət göstəricisi sadəcə bilik və ya bacarıqlar deyil,
milli səviyyədə müəyyən olunmuş ümumi nəticələrə uyğun səviyyənin
(kompetensiya, keyfiyyət və ya mədəniyyət göstəricilərinə uyğun səviyyənin) əldə
edilməsidir.
Təhsildə qiymətləndirmə sistemi - beynəlxalq milli və məktəb səviyyələrində
aparılan qiymətləndirməni əhatə edir. Orada zəruri məzmunun (qiymətləndirmə
standartlarının), vasitələrin (test, sual və s.), formaların, üsulların
müəyyənləşdirlməsini və onların reallaşdırılmasına aid prosedurları özündə
birləşdirir.
Fəal (interaktiv) təlim - şagirdlərin idrak fəallığına əsaslanır, təhsil prosesinin
digər iştirakçıları ilə əməkdaşlıq şəraitinin yaradılmasını tələb edir.
Idrak fəaliyyəti - idrak prosesində həyata keçirilən fəaliyyətdir. Psixoloqların
fikrincə, idrak fəaliyyətində bilmək, anlamaq, tətbiq etmək, sintez etmək və
dəyərləndirmək əsas mərhələlər hesab olunur. Müasir təhsil konsepsiyasına görə,
şagirdin təlim fəaliyyətinin psixopedaqoji əsasını məhz həmin parametrlər təşkil
100
edir. Ona görə də “hafizə məktəbi”ndən fərqli olaraq “təfəkkür məktəbi”ndə təlim
stanadartları hazırlanarkən onlar əsas götürülür.
A
Ağac – qol-budağı və gövdəsi oduncaqlaşmış çoxillik bitkidir. Dünyada ən
hündür ağaclar: Avstraliya evkalipti və Kaliforniya sekvoyası 140–150 m-ə qədər
ucalır. Ən yoğun gövdəli ağac Afrika baobabıdır, diametri 14 metrə çatır. Yaşama
müddətinə görə də ağaclar müxtəlifdir: Afrika baobabı 4000–5000, sərv 3000,
şabalıd və palıd 2000 və s. ilə qədər yaşayır.
Ağac cinsləri – ağac bitkilərinin cins və növləridir. Təsərrüfat əhəmiyyətinə
görə meşə və meşəmeliorativ, dekorativ və meyvəverən ağac cinsləri var. Əsas
(şam, küknar, qaraşam, palıd), ikinci dərəcəli (ağcaqayın, qarağac, tozağacı, titrək
qovaq) və meşəaltı ağac cinslərinə, meyvəçilikdə isə tumlu (alma, armud),
çəyirdəkli (gavalı, albalı), çəyirdəksiz (püstə, badam, qoz) ağac cinslərinə
ayrılırlar.
Ağac çəkic – dəmir və çilingərlik işlərində tətbiq edilir, dəstəsi və döyəc
hissəsi oduncaqdan ibarətdir.
Ağac emalı alətləri – ağacın mexaniki emalında işlədilən alətlərdir. Maşın və
əl alətləri olur. Əl alətləri (mişar, rəngə, balta, iskənə və s.), əsasən, kiçik
emalatxanalarda və s. işlədilir. Mexanikləşdirilmiş pnevmatik və elektron əl
alətlərindən istehsalatda daha çox istifadə edilir.
Ağac emalı dəzgahları – ağac mexaniki emal edən maşınlardır. Bu
maşınlarla ağac materiallarından tir, faner və s. taxta məmulatı, mebel, gəmi,
dəmiryol vaqonları, kənd təsərrüfatı maşınları, musiqi alətləri və s. üçün hissələr
hazırlanır. Kəsmə, əymə, yapışdırma, yığma və tamamlama növləri var.
Ağac emalı sənayesi – mexaniki və kimyəvi üsulla ağac emal edən meşə
sənayesi sahəsidir. Müxtəlif meşə materiallarından xammal kimi sitifadə edir.
Məhsulları: taxta-şalban, şpal, faner, ağac tava, tikinti məmulatları, vaqon,
avtomobil, aviasiya və gəmi, habelə kənd təsərrüfatı maşınları üçün yarımfabrikat
və hazır hissələr, kibrit, mebel, taxta, tara, toxuculuq sənayesi üçün müxtəlif
tərtibat və s. ləvazimat hazırlayır.
Ağackəsən dəzgah – taxta-şalban hazırlamaqdan ötrü ağacı kəsmək üçün
işlədilən dəzgahdır.
Ağac
konstruksiyalar
–
ağac
materialdan
hazırlanan
inşaat
konstruksiyalarıdır (müxtəlif elementləri metaldan da ola bilər). Təyinatına görə
mühafizədən və yüksaxlayan ağac konstruksiyalar olur (divar və arakəsmələr).
Ağac qısaömürlü olduğundan metal, dəmir beton və daş konstruksiyalara daha çox
üstünlük verilir.
Ağac qatranı – oduncağın termik emalı məhsullarından biridir. Müxtəlif
maddələrin mürəkkəb qarışığıdır. Oduncağın sulu distilatından çökdürməklə
ayrılan – çökmə qatranıdır. Başqa qatran növləri də vardır (ekstraksiya qatranı və
s.). Gili məhsulların özlüylüyünü azaltmaq və s. məqsədlə işlədilir.
Ağac materiallar – təbii ağac növlərinin emalı nəticəsində alınan
konstruksiya, izolyasiya və bəzək materialıdır. Bu materiallar yüngül və
101
möhkəmdir, asan emal edilir; mıx, çiv və yapışqanla asan birləşdiriri, asan
rənglənir və s. İnşaat, mebel istehsalı və s. geniş istifadə edilir.
Alət – insanın əmək vasitəsi, yaxud maşının icra mexanizmidir. Əl alətləri
(balta, çəkic, maşa və s.), dəzgah alətləri (kəski, frez, burğu və s.) və
mexanikləşdirilmiş alətlər (o cümlədən elektrik, hidravlik, yaxud pnevmatik
intiqallı əl maşınları) var.
Alət poladı – müxtəlif alətin (kəski, ştamp, ölçü və s.), yaxud onların işlək
hissələrinin, həmçinin çox yeyilməyə məruz qalan maşın detallarının hazırlanması
üçün karbonlu və legirlənmiş poladdır. Termiki emal (tabəksiltmə, tabalma) alət
poladının istsmar xassələrini yaxşılaşdırır. Nəticədə, bərklik və möhkəmlik artır.
Armatur (lat. armatura – silah, ləvazimat) –
1) maşın, konstruksiya və qurğunun əsas hissələrinə aid olmayan, lakin
onların normal işini təmin edən köməkçi, adətən, standart quruluş və detallar
dəstidir.
2) inşaatda armatur əsas konstruksiya hissəsi olub, dəmir-beton
konstruksiyalarda betonu gücləndirmək üçün işlədilən polad mil, metal tor, karkas,
şvellər və s.-dən ibarətdir.
Armatur işləri – yığma və monolit dəmir-beton konstruksiya armaturlarının
hazırlanması,
quraşdırılması,
həmçinin
qabaqcadan
gərginləşdirilmiş
konstruksiyaların istehsalında armaturlərin gərilməsi və s. proseslərdən ibarət
kompleksdir. Armatur işləri materialların, konstruksiya hissələrinin elastiklik və
möhkəmliyini artırmaq üçündür. Armatur milləri avtomat dəzgahlarda hazırlanır.
Aviasiya (lat. avis – quş) – havadan ağır aparatlarla yer ətrafı hava fəzasında
uçuşdur. Mülki və hərbi olmaqla iki qrupa bölünür. Yük və sərnişin daşınması
üçün mülki aviasiyadan istifadə edilir. Aviasiyada uçuşu təmin etmək üçün
radiotexniki, meteroloji, işıq texnikası vasitələri, aerodrom və aeroportlar olur.
Aviasiya mühərrəki – uçuş aparatlarını (təyyarə, vertolyot, drijabl və s.)
hərəkətə gətirənistilik mühərrikidir. Bu mühərriklər porşenli daxiliyanma
mühərriki əsasında qurulmuşdur. Aviasiya mühərriklərinin təkmilləşdirilmə
tədbirlərindən biri də hava vintinin FİƏ-nın artırılması olmuşdur. Qaz turbini və
reaktiv mühərrikin yaranması səs sürətini ötmək probleminin həllinə imkan
yaratdı. İndi turbovintli və turboreaktiv aviasiya mühərriklərindən istifadə olunur.
Avto (yun. autos – özü) – özünəməxsusluq, şəxsilik (məsələn,
avtobioqrafiya), avtomatiklik (məsələn, avtobloklama), avtomobil, aidlik (məsələn,
avtobus) bildirən mürəkkəb sözlərin tərkib hissəsidir.
Avtobus – çoxyerli sərnişin avtomobilidir. Avtobuslar şəhərdaxili, şəhərətrafı,
şəhərlərarası və yerli (rayondaxili) marşrutlarda işləyirlər. Sərnişin tutumu
avtobusların qabarit ölçülərindən asılıdır.
Avtokar (avto… + ing. car – araba) – yaxın məsafələrə yükdaşıma üçün
daxiliyanma mühərriki ilə işləyən özügedən maşındır. Əsasən, elektrokarla əvəz
edilmişdir. İstehsal prosesində və eləcə də məhsulların tədavülü sahəisndə olan
baza və anbarlarda yükləri yaxın məsafəyə daşımaq üçün geniş istifadə edilir.
Avtomat (yun. avtomatos – özüişləyən) – istehsal və qeyri-istehsal
sahələrində istifadə edilən və insanın bilavasitə iştirakı olmadan enerji, material və
102
informasiyanın alınması, istənilən şəklə salınması, ötürülməsi və istifadəsi kimi
prosesləri verilmiş proqram üzrə yerinə yetirən qurğu və ya mexanizmlər
sistemidir. Məhsuldarlığı artırır, əməyi yüngülləşdirir, insanı çətin və həyat üçün
təhlükəli şəraitdə işləməkdən azad edir. Bu, yeni elektron avtomat qurğuların və
elektron relesindən başlamış idarəedici hesablama maşınlarına qədər avtomat
komplekslərinin hazırlanmasına səbəb oldu. Hazırda idarəetmə, nəzarət və
tənzimləmə funksiyalarını icra edən mürəkkəb qurğular var. Müxtəlif avtomat
növləri mövcuddur: texnoloji, energetika, nəqliyyat, hesablayan-həlledən, ticarət,
hərbi, məişət avtomatları. Avtomatik qurğuların yerinə yetirdikləri funksiyalara
görə istehsalatda avtomatikadan istifadənin dörd əsas istiqamətini göstərmək olar:
avtomatik nəzarət, avtomatik mühafizə, avtomatik tənzimləmə və avtomatik
idarəetmə.
Avtomat xətt – məmulatın hazırlanma, yaxud emal prosesini müəyyən
texnoloji ardıcıllıqla avtomatik surətdə yerinə yetirən maşınlar sistemi, əsas və
köməkçi avdanlıqlar komplesidir. Bu xətt axınlı istehsalda əməyi yüngülləşdirir,
məhsuldarlığı artırır, yardımçı nəqliyyat vasitələrinin sayını azaldır, istehsalın
həcmi sabit qalmaqla zavod sahəsini kiçildir, istehsal dövrünü qısaldır, məhsulun
maya dəyərini aşağı salır və keyfiyyətini yaxşılaşdırır.
Dostları ilə paylaş: |