VII sinif
Mövzu: Pəstahın xarici səthində yivlərin açılması.
Standart: 1.1.1; 1.2.1; 1.2.2; 1.2.3; 1.3.3; 1.3.4; 4.2.1.
Məqsəd:
1.Yiv birləşmələrini izah edir.
2. Yiv birləşmələrini yerinə yetirmək üçün iş yerini təşkil edir.
3. Yivin açılması ardıcıllığını müəyyənləşdirir.
4. Yiv açmaq üçün emal trxnologiyası seçir.
5. Yiv birləşmələri olan detalların çertyojunu çəkir və oxuyur.
6. Qrup tərkibində birgə fəaliyyət bacarıqları nümayiş etdirir.
7. Uyğun təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
İş forması: Kiçik qruplarla iş, böyük qruplarla iş.
Resurslar: Daxili və xarici yivləri açmaq üçün yiv açan alətlər, yivli deatlların
çertyojları, müxtəlif ölçüyə və parametrə malik olan yivli deatllar, yiv açmaq üçün
pəstahlar, müxtəlif kərkikli yeyelər, ştangenpərgar, xətkeş, maşın yağı, çilingər
məngənəsi.
Dərsin gedişi
I mərhələ: Motivasiya, problemin qoyuluşu.
Müəllimin yazı lövhəsində asılmış yiv birləşmələrinə dair plakatları, stolun
üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri göstərərək suallar verir:
1. Siz yazı lövhəsində və stolun üzərində nə görürsünüz? (yiv birləşmələrinə
dair plakatları,stolun üzərindəki yiv birləşməsi olan detalları, yivaçan alətləri).
2. Yiv birləşmələri başqa birləşmə növlərindən nə ilə fərqlənir? (yiv birləşməsi
sökülə bilən birləşmə növüdür.Asanlıqla hissələri quraşdırmaq və sıradan çixmış
hissələri başqası ilə əvəz etmək çox asandır.)
3. Yiv nəyə deyilir? (Pəstahın xarici və daxili səthində spiralvari növlərin
açılmasına yiv deyilir).
68
4. Başlıqlara görə boltlar neçə cür olur? (kvadrat, üçüzlü, altüzlü, səkkizüzlü,
göbələkvarı ola bilər).
5. Vintlər başlıqlarına görə neçə cür olur? (göbələkvarı, yarımgizli, gizli ola
bilər).
6. Yiv harada açılır? (Milin xarici səthinin hər iki başında yiv açılır.)
Tətqiqat sualı: Metalın xarici səthində yivləri necə açmaq olar?
Müəllim milin xarici səthində yivlərin açılmasında istifadə olunan alət və
tərtibatlar haqqında məlumat verir.
1.
Xarici yivlərin açılmasında iş ardıcıllığını izah edir.
2.
Paftaların növləri haqqında məlumat verir.
3.
Pafta saxlayanlar haqqında məlumat verir.
4.
Cədvələ əsasən milin diametrinin seçilməsi haqqında məlumat verir.
5.
Milin yiv açmaq üçün hazırlanması haqqında məlumat verir.
6.
Ştangenpərgar vasitəsilə milin ölçulməsi qaydası haqqında məlumat verir.
7.
Paftanın paftasaxlayanda bərkidilməsi haqqında məlumat verir.
8.
Pafta vasitəsilə yiv açmaq qaydalarına haqqında məlumat verir.
9.
Yiv açıldıqdan sonra yivin açılma keyfiyyətinin yoxlama üsulları haqqında
məlumat verir.
II Mərhələ: Tədqiqatın aparılması.
Müəllim şagirdləri 4 qrupa bölür.
Tapşırıq: Verilmiş millərin üzərində xarici yivlər açın.
Qruplar tapşırığı yerinə yetirirlər.Müəllim hər bir şagirdə fərdi olaraq komək
edir.
III Mərhələ: İnformasiya mübadiləsi.
Müəllim qrupların təqdimatını dinləyir (qruplar işlərini təqdim edir).
IV Mərhələ: İnformasiyanın müzakirəsi və təşkili.
Qrupların təqdimatından sonra müəllim cavabları sistemləşdirir və sinfə suallar
verir.
Müzakirə sualları:
1. Milin səthində xarici yiv açarkən yiv xəttinin kələkötür və ya qırıq-qırıq
alınması, yiv profilinin tam alınması səbəbləri hansılardır? (Milin diamertinin düzgün
seçilməməsi,paftanın mil üzərində sürətlə hərəkət etdirilməsi, yiv açılan səthin
yağlanmaması).
2.
Pəstah üzərində yiv açmaq üçün faskanın (haşiyənin) çıxarılması nə üçün
lazımdır? (Paftanın milə asan daxil olması üçün).
3.
Yivin parametrləri dedikdə nə başa düşürsünüz? (yivin addımı, yivin profil
bucağı, profil hündürlüyü, xarici və daxili diametr).
4.
Ştangenpərgar vasutəsilə pəstahı ölçərkən hansı qaydalara əməl edilməlidir?
(Ştangenpərgar dodaqları milə nəzərən perpendikulyar olmalıdır, olçmə zamanı
çərçivənin bərkidici vinti sıxılmalıdır).
V Mərhələ: Nəticə və ümumiləşdirmə.
69
Müəllim şagirdlərin cavablarını yekunlaşdıraraq yivlər haqqında ümumi
məlumat, pə ardıcıllığı müəyyən etmə, emal texnologiyası seçmə stahın xarici
səthində yivlərin açılması mərhələləri üzərində dayanır.
VI Mərhələ: Qiymətləndirmə.
Qiymətləndirmə qiymətləndirmə meyarları əsasında aparılır (İş yerini təşkil
etmə, iş ardıcıllığını müəyyən etmə , emal texnologiyası seçmə, birgə fəaliyyət,
təhlükəsizlik və sanitariya qaydalarına riayət etmə).
IX sinif
Mövzu: Qapı kilidinin quraşdırılması texnologiyası.
Standart: 3.1.2.
Məqsəd: Yaşayış yerində və məktəbdə qapı kilidinin qapıya quraşdırılması ilə
bağlı təqdimat edir.
İnteqrasiya: H.B. 4.2.1.
İş forması: Kiçik qruplarda iş, böyük qruplarda iş.
Resurslar: Xarrat alətləri (iskənə, çəkic, xətkeş, qələm, vintaçan, burğular,
elektrik dreli və s.), kilid nümunəsi, kilidin şəkli və quraşdırılmasını əks etdirən şəkil
(sxem).
Dərsin gedişi
I mərhələ: Motivasiya, problemin qoyuluşu.
Müəllim bütün sinifdə frontal sorğu keçirərək aşağıdakı sualları verir:
1.
Kilid nə üçündür?
2.
Kilidin hansı növlərini tanıyırsız?
3.
Yaşadığınız mənzildə kilidlərə harada rast gəlmisiniz?
Şagirdlərin suallara verdikləri cavablar dinlənilir və müəllim tərəfindən
tədqiqat sualı qoyulur:
Tədqiqat sualı: Qapıya kilidi necə quraşdırmaq olar?
Müəllim şagirdlərin diqqətini dərslikdəki materiala yönəldərək, kilidin qapıya
quraşdırılması texnologiyası üzərində dayanır.
II mərhələ: Tədqiqatın aparılması.
Müəllim şagirdləri 4 qrupa bölür.
Tapşırıq: Kilidin qapıya quraşdırılması texnologiyasını müəyyənləşdirin.
Qruplar tapşırığı icra edirlər. Müəllim hər bir qrupa fərdi olaraq nəzarət edir.
III mərhələ: İnformasiya mübadiləsi.
Müəllim qrupların təqdimatını dinləyir. Qruplar işlərini təqdim edirlər.
IV mərhələ: İnformasiyanın müzakirəsi və təşkili.
Qrupların təqdimatından sonra müəllim sinfə suallar verir.
Müzakirə sualları:
1.
Kilidi qapıya quraşdırarkən hansı alətlərdən istifadə etmək lazımdır?
2.
Drel vasitəsilə hansı əməliyyat yerinə yetirilir?
70
3.
İskənədən hansı məqsədlə istifadə edilir?
4.
Açarın mexaniki qurğusunu quraşdırmaq üçün nə etmək lazımdır?
5.
Kilidi bərkitmək üçün nədən istifadə edilir?
V mərhələ: Nəticə və ümumiləşdirmə.
Müəllim şagirdlərin cavablarını yekunlaşdıraraq bir daha kilidin qapıya
quraşdırılması texnologiyası üzərində dayanır.
VI mərhələ: Qiymətləndirmə.
Qiymətləndirmə qiymətləndirmə meyarları əsasında aparılır (iş yerini
təşkiletmə,iş ardıcıllığı müəyyənləşdirmə, emal texnologiyası seçmə, quraşdırma,
tətbiqetmə, birgə fəaliyyət).
71
2.4. Texnologiya fənninin məzmun standartlarının şərhi
1
Texnologiya fənni üzrə məzmun standartlarının şərhi (I-IV)
Standart
Məzmun
Açar sözlər
I sinif
1.
Emal texnologiyaları
1.1.
Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş etdirir
1.1.1.
Müvafiq emal texnologiyalarını
(ölçmə, kəsmə, yapma,
birləşdirmə, qatlama, tikmə)
sadalayır;
Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə emal
texnologiyalarının adları,onların sadalanması.
Emal texnologiyası, emal vasitəsi,
məmulat, material ,təbiət materialları,
plastilin, parça, kağız, ip, lent, plastik
qab.
1.1.2.
Sadə emal texnologiyalarını
fərqləndirir;
Ölçmə, kəsmə, yapma, birləşdirmə, qatlama, tikmə emal
texnologiyaları
,onların bir-birindən fərqləndirilməsi
Emal texnologiyaları, ölçmə, kəsmə,
yapma, birləşdirmə, qatlama, tikmə.
1.1.3.
Emal vasitələrini sadalayır;
Emal vasitələrinin (qayçı, iynə, fırça, heykəltəraş bıçağı,
sığallayıcı və s.) adları, onların sadalanması.
Emal vasitələri, emal texnologiyaları,
əməliyyat, materialların emalı,bitki
mənşəli, heyvan mənşəli və mineral
mənşəli.
1.2.
Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1.
Hazırlanacaq məmulata görə iş
yerini təşkil edir;
Plastilin, kağız, karton, parça, təbiət materiallarının
əlamət və keyfiyyətləri,onlara uyğun iş yerinin
materiallardan məmulat hazırlanması iş yerinin təşkil
olunması.
Plastilin, kağız, karton, parça, təbiət
materialları, materialın emalı, iş yeri,
emal vasitələri, emal texnologiyaları.
1.2.2.
Məmulatın hazırlanması üçün
uyğun emal vasitələri seçir;
Müxtəlif materiallardan məmulat hazırladıqda onları
emal etmək üçün uyğun emal vasitələrinin seçilməsi.
Müxtəlif materiallar (plastilin, kağız,
karton, təbiət materialları, parça, ip, kibrit
qutusu), məmulat, emal texnologiyası,
emal vasitəsi.
1
Məzmun standartalrının şərhinə aid verilmiş izahlar və aşar sözlər ancaq tövsiyə xarakteri daşıyır. Siniflər üzrə şagirdlərin inkişaf səviyyəsinə və marağına uyğun
olaraq müvafiq dəyişikliklər və əlavələr etməklə onlara yaradıcı yanaşmaq məqsədəuyğun hesab edilir.
72
1.2.3.
Məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir;
Təbiət materialları, plastilin, kağız, parça və plastik
kütlədən məmulatların hazırlanması ardıcıllığının
müəyyənləşdirilməsi
Məmulatlar, emal texnologiyaları, emal
vasitələri, məmulatın hazırlanma
ardıcıllığı.
1.2.4.
Hazırlanacaq məmulatın
materialına uyğun emal
texnologiyası seçir.
Müxtəlif məmulatlar hazırladıqda materiala uyğun
(plastilin, kağız, karton, təbiət materialları, parça, sap)
emal texnologiyalarının seçilməsi.
Materiallar (plastilin, kağız, karton, təbiət
materialları, parça, sap), emal
texnologiyası (ölçmə, kəsmə, yapma,
birləşdirmə, qatlama, tikmə).
1.3
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1
Məmulatların detallarını hazırlayır. Müxtəlif materiallardan məmulat hazırladıqda onların
ayrı-ayrı detallarının hazırlanması.
Materiallar (plastilin, kağız, karton, təbiət
materialları, parça, ip, sap), emal
texnologiyaları, detallar.
1.3.2.
Detalları birləşdirməklə sadə
məmulat (məmulatlar) hazırlayır.
Müxtəlif materiallardan hazırlanmış detalları müxtəlif
vasitələrlə birləşdirərək məmulatın (məmulatlar)
hazırlanması.
Plastilin, kağız, karton, təbiət
materialları, ip, sap, heykəltəraş bıçağı,
yapışqan, fırça, iynə, oymaq.
1.3.3.
Məmulatların hazırlanmasında sadə
tərtibat bacarıqları nümayiş etdirir.
Müxtəlif materiallardan məmulat hazırladıqda tərtibat
bacarıqlarının nümayiş etdirilməsi.
Tərtibat bacarıqları, dizayn, xarici görünüş,
səliqəlilik.
1.3.4.
Məmulatların qrup tərəfindən
hazırlanması prosesində birgə
fəaliyyət və əməkdaşlıq bacarıqları
nümayiş etdirir.
Qrup tərəfindən məmulatlar hazırlandıqda birgə
fəaliyyət və əməkdaşlıq bacarıqlarının nümayiş
etdirilməsi.
Birgə fəaliyyət, əməkdaşlıq, qrupda
işləmək bacarıqları.
1.3.5.
Məmulatın hazırlanmasında
müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
Müxtəlif materiallardan məmulat hazırladıqda, emal
vasitələrindən istifadə etdikdə müvafiq təhlükəsizlik və
gigiyena qaydalarına əməl edilməsi.
Təhlükəsizlik qaydaları, gigiyena
qaydaları.
1.3.6.
Hazırladığı məmulatı təqdim edir.
Müxtəlif materiallardan hazırlanmış məmulatların
təqdim edilməsi.
Hazır məmulatı təqdim etmə, izah etmə,
şərh etmə.
2.
Texnika elementləri
2.1.
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1.
Verilmiş təsvirlərdə texnoloji
maşınları (nəqliyyat, yük, məişət)
və texnoloji vasitələri (əl alətləri,
mexaniki alətlər) adlandırır.
Təsvirlərdə texnoloji maşınların (nəqliyyat, yük, məişət)
və texnoloji vasitələrin (əl alətləri, mexaniki alətlər)
adlarının düzgün təyin edilməsi.
Texnoloji maşınlar, yük maşınları,
nəqliyyat və məişət maşınları, texnoloji
vasitələr (əl alətləri, mexaniki alətlər).
73
2.1.2.
Texnoloji maşınları və vasitələri
sadalayır.
Texnoloji maşınların (nəqliyyat, yük, məişət) və
texnoloji vasitələrin (əl alətlərini, mexaniki alətləri)
sadalanması.
Nəqliyyat maşınları (təyyarə, metro,
qatar, avtobus, teploxod, minik
avtomobili, troleybus, tramvay), yük
maşınları (tanker, tir, yük maşını, kran),
əl alətləri (bıçqı, fırça, çəkic, rəndə,
qayçı, kəlbətin, mexaniki ət maşını, əl
dreli).
2.1.3.
Məişət texnikalarını sadalayır.
Məişətdə istifadə edilən texnikaların adlarının
sadalanması.
Məişət texnikası (soyuducu, televizor,
toster, radio, maqnitofon, sərinləşdirici,
kondinsioner, kompüter, ütü, tozsoran,
paltaryuyan).
3.
Məişət mədəniyyəti
3.1.
Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş etdirir.
3.1.1.
Özünəxidmət və sanitariya-
gigiyena qaydaları haqqında
fikirlərini sadə formada şərh edir.
Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında
fikirlərin şərh edilməsı.
Özünəxidmət qaydaları, sanitariya-
gigiyena qaydaları.
3.1.2.
Otaq bitkilərinə qulluq qaydalarını
şərh edir.
Otaq bitkilərinə qulluq qaydaları haqqında biliklərin
şərh edilməsi.
Otaq bitkiləri (bənövşə, ətirşah, aloe,
durnabalığı quyruğu), bitkilərə qulluq,
emal texnologiyaları, emal vasitələri
(susəpələyən, toxa, qubka, fırça), bitkiyə
qulluq ardıcıllığı, qulluq qaydaları.
3.1.3.
Yemək masası arxasında davranış
qaydaları ilə bağlı fikirlərini
bildirir.
Yemək masası arxasında davranış qaydaları haqqında
fikirlərin izah edilməsi.
Yemək masası, masa arxasında oturuş
qaydaları, qidanı yemək qaydaları,
mayeni içmək qaydaları, çəngəl, qaşıq və
bıçaqdan istifadə qaydaları, əl ilə istifadə
olunan qidalar.
3.1.4.
Müxtəlif təyinatlı (səhər, nahar,
şam, qonaq, bayram) yemək
süfrələri və onların atributlarını
sadalayır.
Səhər, nahar, şam, qonaq, bayram süfrələri haqqında
fikirlərin bildirilməsı və onların atributlarının
sadalanması.
Səhər, nahar, şam və bayram süfrəsi,
süfrənin atributları (boşqab, çəngəl,
qaşıq, bıçaq, içki qabları, salfet kağızı,
ədviyyat).
74
3.1.5.
Səhər süfrəsini tərtib edir.
Səhər süfrəsinin tərtibi ilə bağlı fikirlərin şərh edilməsi
və süfrənin tərtib edilməsi.
Səhər süfrəsi, səhər süfrəsinin atributları
(boşqab, çəngəl, qaşıq, bıçaq, çay qaşığı,
salfet kağızı, ədviyyat), səhər yeməyinin
menyusu variantları.
4.
Qrafika
4.1.
Əşyaları qrafik təsfir edir.
4.1.1.
Əşyaların ayrı-ayrı hissələrinin
qrafik təsvirini çəkir.
Hazırlanan məmulatın detallarının qrafik təsvirinin
çəkilməsi.
Məmulatların detallarının qrafik təsviri,
köçürmə kağızı, karandaş, xətkeş, pərgar.
4.1.2.
Çəkilmiş ayrı-ayrı hissələri
birləşdirməklə əşyanın tam
təsvirini çəkir.
Detalları birləşdirdikdən sonra əşyanın tam təsvirinin
çəkilməsi.
Detalları birləşdirmək, məmulatın tam
təsviri.
II sinif
1.
Emal texnologiyaları
1.1.
Emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir.
1.1.1.
Emal texnologiyalarını nümayiş
etdirilən təsvirlərdə tanıyır.
Emal texnologiyalarının (ölçmə, kəsmə, yapma,
birləşdirmə, tikmə, qatlama) nümayiş etdirilən
təsvirlərdə tanınması.
Təsvirlərdə nümayiş etdirilən emal
texnologiyaları, ölçmə, kəsmə, yapma,
birləşdirmə, tikmə, qatlama.
1.1.2.
Müvafiq emal texnologiyalarını
(ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə) təyinatına görə
sadə formada izah edir.
Hər bir emal texnologiyasının (ölçmə, kəsmə, yapma,
birləşdirmə, qatlama, tikmə) təyinatına görə izah
edilməsi.
Ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə, məmulatların
hazırlanmasında onlardan istifadə.
1.1.3.
Emal vasitələrinin funksiyalarını
şərh edir.
Məmulat hazırladıqda emal vasitələrinin (qayçı, iynə,
fırça, heykəltəraş bıçağı, sığallayıcı) funksiyalarının
şərh edilməsi.
Emal vasitələri, emal vasitələrinin
funksiyası.
1.2.
Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1.
Hazırlanacaq məmulata görə iş
yerini təşkil edir.
Müxtəlif materiallardan məmulat hazırladıqda iş yerinin
təşkil edilməsi.
Plastilin, kağız, karton, parça, təbiət
materialları, materialların emalına uyğun
iş yeri emal vasitələri, emal
texnologiyaları.
75
1.2.2.
Məmulatın hazırlanması üçün
uyğun emal vasitələri seçir.
Müxtəlif materiallardan məmulat hazırladıqda onları
emal etmək üçün uyğun emal vasitələrinın seçilməsi.
Müxtəlif materiallar (plastilin, kağız,
karton, təbiət materialları, parça, ip, quş
lələyi, karton qutuları), məmulat, emal
texnologiyaları, emal vasitələri.
1.2.3.
Məmulatın hazırlanması
ardıcıllığını müəyyənləşdirir.
Müxtəlif materiallardan (plastilin, təbiət materialları,
kağız, karton, quş lələyi, parça, ip, karton qutuları)
məmulatların hazırlanması ardıcıllığının
müəyyənləşdirilməsi.
Müxtəlif məmulatlar, emal
texnologiyaları, emal vasitələri,
məmulatların hazırlanma ardıcıllığı.
1.2.4.
Hazırlanacaq məmulatın
materialına uyğun emal
texnologiyası seçir.
Hazırlanacaq məmulatın materialına uyğun (plastilin,
təbiət materialları, kağız, karton, quş lələyi, parça, ip,
karton qutuları) emal texnologiyalarının seçilməsi.
Materiallar (plastilin, təbiət materialları,
kağız, karton, quş lələyi, parça, ip, karton
qutuları), emal texnologiyaları (ölçmə,
kəsmə, yapma, birləşdirmə, qatlama,
tikmə).
1.3.
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif məmulatlar hazırlayır.
1.3.1.
Məmulatların detallarını hazırlayır. Müxtəlif materiallardan məmulat hazırladıqda onların
ayrı-ayrı detallarının hazırlanması.
Materiallar (plastilin, təbiət materialları,
kağız, karton, quş lələyi, parça, ip, karton
qutuları), emal texnologiyaları, detallar,
emal vasitələri.
1.3.2.
Detalları birləşdirməklə məmulat
(məmulatlar) hazırlayır.
Müxtəlif materiallardan hazırlanmış detalları müxtəlif
vasitələrlə birləşdirərək məmulatın (məmulatlar)
hazırlanması.
Plastilin, təbiət materialları, kağız,
karton, quş lələyi, parça, ip, karton
qutuları, müxtəlif məmulatlar,
heykəltəraş bıçağı, yapışqan, fırça, iynə,
oymaq, sap.
1.3.3.
Məmulatların hazırlanmasında sadə
tərtibat bacarıqları nümayiş etdirir.
Müxtəlif materiallardan məmulat hazırladıqda tərtibat
bacarıqlarının nümayiş etdirilməsi.
Tərtibat bacarıqları, dizayn, xarici
görünüş, səliqəlilik.
1.3.4.
Məmulatların qrup tərəfindən
hazırlanması prosesində birgə
fəaliyyət və əməkdaşlıq
bacarıqları nümayiş etdirir.
Qrup tərəfindən məmulatlar hazırlandıqda birgə
fəaliyyət və əməkdaşlıq bacarıqlarının nümayiş
etdirilməsi.
Birgə fəaliyyət, əməkdaşlıq, qrupda
işləmək bacarıqları.
1.3.5.
Məmulatın hazırlanmasında
müvafiq təhlükəsizlik və gigiyena
Müxtəlif materiallardan məmulat hazırladıqda, emal
vasitələrindən istifadə etdikdə müvafiq təhlükəsizlik və
Təhlükəsizlik qaydaları, gigiyena
qaydaları.
76
qaydalarına əməl edir.
gigiyena qaydalarına əməl edilməsi.
1.3.6.
Hazırladığı məmulatı təqdim edir.
Müxtəlif materiallardan hazırlanmış məmulatların
təqdim edilməsi.
Hazır məmulatı təqdim etmə, izah etmə,
şərh etmə.
2.
Texnika elementləri
2.1.
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik olduğunu nümayiş etdirir.
2.1.1.
Texnoloji maşınları (nəqliyyat,
yük, məişət) bir birindən
fərqləndirir.
Tanıdığı texnoloji maşınları (nəqliyyat, yük, məişət) bir-
birindən fərqləndirilməsi.
Texnoloji maşınlar (yük, nəqliyyat və
məişət).
2.1.2.
Texnoloji vasitələri (əl alətləri,
mexaniki alətər) bir birindən
fərqləndirir.
Texnoloji vasitələrin (əl alətləri, mexaniki alətlər) bir-
birindən fərqləndirilməsi.
Texnoloji vasitələr, əl alətləri, mexaniki
alətlər, onlar vasitəsi ilə yerinə yetirilən
texnoloji əməliyyatlar.
2.1.3.
Məişət texnikalarını bir-birindən
fərqləndirir.
Məişətdə istifadə olunan texnikaların bir-birindən
fərqləndirilməsi.
Məişət texnikaları, təyinatına görə
onların fərqləndirilməsi, emal
texnologiyaları.
Dostları ilə paylaş: |