123
İnduksiya
1) elektrostatik induksiya – elektrik sahəsinə daxil edilmiş naqil və
dielektrikdə elektrik yüklərinin yaranması prosesidir. Həmçinin mühitin elektrik
sahəsini xarakterizə edən fiziki kəmiyyətdir.
2) maqnit induksiyası – maqnit sahəsinə daxil edilmiş cisislərin maqnitlənmə
prosesidir, həmçinin maqnitlənməni xarakterizə edən kəmiyyətdir.
3) elektromaqnit induksiyası – naqilin konturunu kəsib keçən maqnit selinin
bütün dəyişmələrində naqildə EHQ-nin yaranması prosesidir.
İnşaat işləri – bina və qurğuların tikilişi üçün inşaat meydançasında görülən
işlərdir, ümumi və xüsusi işlərdən ibarətdir. Ümumi işlərə: torpaq işləri, armatur
işləri, beton işləri, xarratlıq işləri, dam örtüyü işləri, tamamlama işləri (suvaq,
üzçəkmə və rəngsazlıq), quraşdırma işləri və s. Xüsusi işlərə isə hidroizolyasiya
işləri, istilik izolyasiya işləri, santexnika işləri, elektromontaj işləri daxildir.
İnşaat maşınları – inşaat işlərini yerinə yetirmək üçün mexanikləşdirmə
vasitələridir. İşin növünə görə inşaat materialları qruplara ayrılır: hazırlıq işləri
görən, torpaqqazan, sıxlaşdırıcı, payabastıran avdanlıq, qaldırıcı-nəqliyyat, yol
inşaat, qarışdırıcılar və s. maşınlar. bunlarla yanaşı, bir sıra mexanikləşdirmə
vasitələri (yükləmə və boşaltma maşınları, yük maşınları, konveyer, traktor və s.)
və əl maşınları da mövcuddur.
İntensiv (fr. intensif; lat. intensio – gərginləşmə, güclənmə) – gərgin,
gücləndirilmiş, kəsərli, məhsuldar.
İnteryer (fr. interieur – daxili) –
1) memarlıqda – binanın daxili quruluşu və tərtibatıdır. İnteryerin xarakteri
binanın nə məqsədlə (saray, yaşayış evi və s.) tikilməsindən asılı olub, daxili plan
quruluşu (ölçüsü, işıqlandırılma dərəcəsi, qapı və pencərə yerlərinin, dayaqların
ritmik yerləşdirilməsi) və avadanlığı (mebel) ilə müəyyən olunur.
2) təsviri sənətdə – XVII əsr holland və flamand boykarlığında janr.
Azərbaycanda Usta Qəmbər Qarabağı, Mirzə Qədim İrəvani və s. interyer
janrlarında əsərlər yaratmışlar. İnteryerdə, əsasən, məişət səhnələri və tarixi
süjetlər təsvir olunur.
3) heyvanların interyeri – məhsuldarlıq və nəsilvermə keyfiyyətləri ilə
əlaqədar kənd təsərrüfatı heyvanları orqanizminin biokmiyəvi və fizioloji
xüsusiyyətləri, orqan və toxumalarının daxili quruluşudur. İnteryer təlimi kənd
təsərrüfatı heyvanlarının konstitusiyası təliminin əsasıdır. Müxtəlif konstitusiya
tipinə və məhsuldarlıq istiqamətinə (ətlik, südlük və s.) malik heyvanlar interyer
göstəricilərinə görə bir-birindən fərqlənir. Heyvanlarda interyer göstəriciləri
onların cinsiyyətindən və yaşından asılı olaraq dəyişir.
İntiqal – maşın və ya mexanizmləri hərəkətə gətirmək üçün quruluşdur.
İntiqal vasitəsilə hərəkətin sürətini, istiqamətini və xarakterini dəyişmək olar.
İntiqal enerji mənbəyindən, ötürücü mexanizmdən və idarəetmə aparatlarından
ibarətdir. Enerji mənbəyi kimi müxtəlif mühərriklərdən və ya yaylı, ətalətli
mexanizmlərdən və s.-dən istifadə edilir. Bəzi hallarda intiqal əzələ qüvvəsi
hesabına həyata keçirilir (məs., əl bucurqadlarında, tikiş maşınlarında,
124
velosipedlərdə). Enerjinin paylanmasına görə qrup, fərdi və çoxmühərrikli
intiqallar olur.
İpək – təbii toxuculuq lifləridir. İpəkqurdu tırtıllarının ipək vəzlərinin ifraz
etdiyi məhsuldur. Tut ipəkqurdundan alınan ipək sənaye əhəmiyyətlidir. İpəkqurdu
tırtılı iki elementar sap şəklində ipək hazırlayır. Tırtılın barama sapından düzəltdiyi
sıx ipək qabıq (barama) ipək almaq üçün xammalıdır. İpək nazikliyi,
hiqroskopikliyi, asan boyanması, xoş parıltısı ilə fərqlənir. Onun mexaniki
xassələri də yaxşıdır (qırılmada gərginliyi 40 kq/mm
2
, qırılmada uzanması 14–
18%). İpək qələvi təsirinə az, mineral turşuların təsirinə nisbətən çox davamlıdır,
üzvi həlledicilərdə həll olmur, işığın təsirinə çox davamlı deyil.
İplik – burulmaqla (bəzən yapışdırılmaqla) birləşdirilmiş liflərdən ibarət
sapdır. İpliklər liflərin növünə, işlədilmə yerinə, hazırlanma üsuluna, xassələrinə və
struktur xüsusiyyətlərinə görə müxtəlif növlərə ayrılır. İplik pambıqdan, kətandan,
yundan, ipək tulantılarından, kiməyvi liflərdən və s. alınır. Qarışıq liflərdən
hazırlanmış ipliklər də olur.
İskənə – çarxlarda və tamasalarda müxtəlif konstruksiyalı diş açan alətdir.
İskənə dişləri kəsici vəzifəsini yerinə yetirən dişli çarx şəklində olur və tezkəsən
poladdan hazırlanır. İskənələr 5 tipdə olur: dairəvi düzdişli, dairəvi çəpdişli,
kasavarı düzdişli, quyruqlu düzdişli, quyruqlu çəpdişli. İskənə dəzgahının işlək
hissəsinə də iskənə deyilir.
İstehsal –
1) ehtiyaclarımızı ödəyəcək mal və xidmətlərin miqdarını və ya faydasını
artırmağa yönəldilən bütün fəaliyyətlərin məcmusudur. İstehsal ona görə lazımdır
ki, bizi əhatə edən mühitdə ehtiyaclarımızı ödəyən mal və xidmətlər kifayət qədər
deyildir. Bunların miqdarını və faydasını artırmaq məqsədilə insan hökmən hər
hansı bir müəssisənin gücünə arxalanaraq, onları çoxaltmalı və istifadəsinə ən çox
ehtiyac duyulan yerlərə göndərməlidir. Hər hansı bir malın miqdarını artırmaq
istehsaldır
2) maddi – cəmiyyətin mövcud olması və inkişafı üçün zəruri maddi nemətlər
yaradılması prosesidir. İstehsal insan həyatının təbii şərti olub, digər fəaliyyət
növlərinin də maddi əsasıdır. İstehsalın məzmununu əmək prosesi müəyyən edir və
aşağıdakı 3 şərti nəzərdə tutur: məqsədəuyğun fəaliyyət, yaxud əməyin özü; əmək
predmeti. İnsanın məqsədəuyğun fəaliyyətinin yönəldiyi hər şey, əmək vasitələri
(ən əvvəl əmək alətləri). İstehsal insanların təbiətə münasibətidir. İstehsalın iki
tərfəi var: məhsuldar qüvvələr və istehsal münasibətləri. Bunların vəhdəti olan
istehsal maddi nemətlərin istehsal üsulunu təşkil edir və mövcud cəmiyyətin
xarakterini müəyyənləşdirir.
İstehsal sanitariyası – istehsal prosesində iş yerinin və mühitin çirklənməsi
və zibillənməsinə qarşı aparılan tədbirlərdir.
İstehsal vasitələri – insanın maddi nemətlər istehsalı prosesində istifadə
etdiyi əmək vasitələri və predmetlərinin məcmusudur, məhsuldar qüvvələrin maddi
amilidir və istehsal texnologiyası da dazil olmaqla, cəmiyyətin maddi-texniki
bazasını əmələ gətirir. Əmək vasitələrinə və hər şeydən qabaq əmək alətlərinə
maşınlar, dəzgahlar, alətlər (insanlar bunların köməyi ilə təbiətə təsir göstərir),
125
həmçinin istehsal binaları, torpaq, yollar, kanallar və s. daxildir. Əmək predmeti
əmək prosesində insanın təsir göstərdiyi və öz şəxsi, yaxud istehsal istehlakına
uyğunlaşdırdığı təbiət cisimləridir. İnsan əməyinin təsirinə məruz qalan, lakin
sonrakı emal üçün nəzərdə tutulan əmək predmeti xammal adlanır. Bəzi hazır
məhsullar da istehsal prosesində əmək predmeti rolu oynaya bilər (məs., üzüm
şərabçılıqda əmək predmetidir). İstehsal vasitələri arasında əmək alətləri
müəyyənedici rol oynayır. Əmək vasitələrinin inkişaf səviyyəsi texniki tərəqqinin
mühüm göstəricisidir. Onların təkmilləşdirilməsi istehsalın texnika və
texnologiyasında dərin irəliləyişə, istehsal münasibətlərinin dəyişməsinə səbəb
olur, bir istehsal üsulundan digərinə keçməyi müəyyən edir.
İşgil
1) maşın və ya mexanizmlərdə birləşdirici detaldır. Adətən, dişli çarx,
nazimçarx, qasnaq, blok və çarx toplarını oxlar və ya vallarla birləşdirmək üçün
işlədilir. Formasına görə işgillər prizmatik, seqmentşəkilli, pazşəkilli, dairəvi en
kəsikli (silindrik) ola bilər.
2) ağac konustruksiyaların elementlərinin bir-birinə nəzərən yerdəyişməsinin
qarşısını alan, sürüşmə qüvvələrini qəbul edən detaldır.
3) hidrotexniki qurğuların tikişlərindəki yarıqları doldurmaq üçün
sukeçirməyən materialdan hazırlanan kipləşdiricidir.
İtiləmə – kəsici alətin hazırlanmasında sonuncu əməliyyat, həmçinin
istifadədə olmuş alətin kəsmə qabiliyyətinin bərpa edilmə üsuludur. Proses adi
itiləmə alətləri, itiləmə daşları, ya da itiləmə dəzgahı ilə aparılır. Ən məhsuldar və
perspektivli itiləmə almaz alətlə itiləmədir.
İtiləmə dəzgahı – metalkəsən alətin itilənməsi üçün dəzgahdır. Abrazivlə və
abrazivsiz itiləyən növləri var. Daha geniş yayılmış abrazivlə itiləmə dəzgahının
adi ixtisaslaşdırılmış (kəski, burğu, dartı və s. itiləmək üçün) və universal
(çoxtiyəli alətlər – frez, zenger, rayber, yiv burğusu üçün) növləri də vardır.
İzolyator (fr. isolateur, isoler – ayırmaq) –
1) tibbidə – ətrafdakıları yoluxdura bilən şəxsləri (infeksion xəstəliyə
tutulanlar və onlarla təmasda olanlar, epidemioloji cəhətdən xəstəlik törədə bilən
sağlam adamlar və s.) müvəqqəti yerləşdirmək üçün xüsusi avadanlıqla təchiz
olunmuş otaq və ya bina.
2) elektrik izolyatoru – elektrik qurğusunun müxtəlif potensiallı hissələrinin
elektrik izolyasiyası və mexaniki rabitəsi üçün quruluşdur. İzolyator dielektrikdən
və onu bərkitmək üçün bir sıra detaldan (armaturdan) ibarətdir. İzolyator ən çox
çini və bəzən də şüşədən hazırlanır. izolyatorun konstruksiya və ölçüləri ona düşən
mexaniki yüklər, qurğuların elektrik gərginliyi və istifadə qaydaları ilə müəyyən
edilir. Gərginliyi 6 kv-dan 35 kv-a qədər olan elektrikötürmə xətlərində çubuqlu
izolyatorlar, daha yüksək gərginlikli xətlərdə isə asma izolyator zəncirləri işlədilir.
İzolyatorlar – izolyasiya materiallarından olan (əsasən, çinidən) detallardır.
Elektrik qurğuları ötürücülərini bərkitmək və izolə etmək üçün işlədilir.
126
İstifadə olunmuş ədəbiyyat
Azərbaycan dilində
1.
Əhmədova M, Əliyev M, Qasımlı M və b.Müəllim hazırlığının və
orta təhsilin yeni perspektivləri (Qərb təhsil sisteminin təcrübəsi əsasında)
Baki “Adiloglu”, 2005
2.
Kərimova F, Əhmədova M.C və b.Intqrativ kurikulum: mahiyyəti və
nümunələr. Baki “Adiloglu”, 2005
3.
Veysova Z. Fəal/interaktiv təlim: müəllimlər üçün vəsait, 2007
4.
İnsan hüquqlarının tədrisi. Müəllimlər üçün vəsait.Norveç qaçqınlar
şurası,2003
5.
Qədimova X. İnteraktiv təlim metodları, Bakı,2005
6.
Hüquqlara aparan yol. Metodik vəsait. Norveç qaçqınlar şurası,
2004
7.
Mərdanov M.,Şahbazlı F. Azərbaycanın təhsil siyasəti (1998-2005),
II kitab, Bakı, “Təhsil”, 2005.
8.
Mərdanov M.,Şahbazlı Azərbaycanın təhsil siyasəti (1998-2004), II
kitab, Bakı, “Çaşıoğlu”, 2005.
9.
Mərdanov M. Azərbaycanın təhsili dünən, bu gün, sabah. Bakı,
“Təhsil”, 2006.
10.
Mayılov İ., Əhmədov H. Texnologiya terminlərinin izahlı lüğəti.
Bakı, “ABU”, 2008.
11.
Azərbaycan Respublikasının Konstitusiyası. Bakı, 2003
12.
Azərbaycan Respublikasında ümumi təhsilin Konsepsiyası (Milli
Kurikulumun). Azərbaycan məktəbi jurnalı, 2007, № 2.
13.
Əlizadə Ə.Ə. Yeni pedaqoji təfəkkür. Bakı, “Adiloğlu”, 2001.
14.
Əlizadə Ə.Ə. Müasir Azərbaycan məktəbinin psixoloji problemləri.
Bakı, “Pedaqoqika”, 2004.
15.
Əlizadə Ə.Ə. İdrak prosesləri və hisslər. Bakı, ADPU, 2008.
16.
Kazunov A. Milli pedaqoqika yollarında Bakı, “Ağrıdaq”, 2001.
17.
Qasımova L.N., R.M.Pedaqoqika Mühazirə kursu. Bakı, 2003.
18.
Paşayeva X., Rüstəmov F.A. Pedaqoqika Yeni kurs Bakı, “Nurlan”,
2007.
19.
Ağayev Ə.A. Təlim prosesi: ənənə və müasirlik. Bakı, “Adiloğlu”
nəşriyyatı, 2006
20.
Ümumtəhsil məktəblərinin I-IV sinifləri üçün fənn kurikulumları. Bakı,
“Təhsil”, 2008, 480 səh.
21.
Kurikulumların hazırlanması və tətbiqi məsələləri. Bakı, “Kövsər”, 2008,
224 səh.
22.
İbtidai siniflər üçün yeni fənn kurikulumlarına dair gündəlik planlaşdırma
nümunələri. Bakı, “Kövsər”, 2010, 196 səh.
127
23.
Ümumi təhsil pilləsinin dövlət standartları və proqramları (kurikulumları).
Bakı, “Kurikulum” jurnalı, 2010, №3, səh. 115-130.
24.
Kurikulum islahatı: tədqiqatlar, nəticələr. Bakı, “Mütərcim”, 2011, 344 səh.
25.
Ümumi təhsilin fənn standartları (I-XI siniflər). Bakı, “Mütərcim”, 2012,
402 səh.
26.
Azərbaycan Respublikasının ümumi təhsil sistemində qiymətləndirmə
Konsepsiyası. Bakı, “Kurikulum” jurnalı, 2009, №2, səh. 138-150.
Rus dilində
1.
Материалы разработки национального стандарта среднего
общего образования Республики Казахстан, Алматы, 2004.
İngilis dilində
1.
Reading/Language arts framework for California Public schools
.Kindergarten Through Grade Twelve .Published by the California
Department of Education, 1999
2.
John S.Kendall and .Marzano J. Robert, Content knowledge. A
compendium of standards and benchmarks for K-12 Education, 1996
3.
Mary E. Haas and Margaret A. Laughlin, Meeting the standards
Readings for K-6 Educators, 1999
4.
Virginia/USA Government Program of studies. Fairfax County
Public Schools, 1998
5.
English language Arts Learning standards and Core curriculum.
Pre K-Grade 5, 1999
6.
Stephanie Wasta, Teaching social studies, 2006
7.
NCSS Expectations of excellence :Curriculum standards for
social studies(Bulletin 89) Washington, DC, 1999
8.
Montana office of public Instruction. Montana standards for social
studies. Missoula, 2000
9.
History –social science framework for California Public schools
.Edition with Criteria for Instructional Materials, Sacramento, 2005
10.
Science and Technology. The Ontario Curriculum. Grades 1-8.
Ministry of Education of Ontario, 1998
128
11.
The arts. The Ontario Curriculum –Exemplars Grades 2,5 and 7.
Ministry of Education of Ontario, 2004
12.
Native Languages. The Ontario Curriculum. Grades 1-8. Ministry
of Education of Ontario, 2001
13.
Language. The Ontario Curriculum. Grades 1-8. Ministry of
Education of Ontario, 2006
14.
Mathematics. The Ontario Curriculum. Grades 1-8. Ministry of
Education of Ontario, 2005
15.
Health and Physical Education. The Ontario Curriculum. Grades
11-12. Ministry of Education of Ontario,2000
16.
English As a Second Language and English Literacy
Development. The Ontario Curriculum. Grades 1-8. Ministry of Education
of Ontario,1999
17.
English. The Ontario Curriculum. Grades 1-8. Ministry of
Education of Ontario, 2000
18.
Borich,G.D. Effective teaching methods. Upper Saddle
River,1996
19.
John U.Michaelis, Jesus Garcia, Social studies for children. A
guied to basic instruction, 1996
20.
Peter Morterella,Candy M.Beal,Chearyl Mason Bolick, Teaching
social studies in middle and secondry schools, Ohio, 2005
21.
Devine, Thomas G, Teaching studies skills, Boston, 1987
22.
Marzano, Robert.J, Reading Diagnosis and İnstruction, 1987
23.
Wiseman Donna. L, Reading Instruction: A literature Based
Approach /Englewood Cliffs,1991
24.
Mathematics curriculum Pre K-12 Missoula County Public
Schools ,Missoula, 2003
25.
The National Curriculum. Handbook for secondary teachers in
England , London, 1999
Türk dilində
1.
T.C Milli Egitim Bakanlığı.Talim və Terbiye Kurulu
Başkanlığı. İlk Ögretim Türkçə Dersi (1-5. Sınıflar) Ögretim Programı və
Kılavuzu , Ankara,2005
129
Dostları ilə paylaş: |