Qrafika
Şagird:
qrafika fəaliyyətində zəruri alətlərdən istifadə bacarıqlarını nümayiş etdirir;
texnoloji xəritələri oxuyur;
sadə qrafik təsvir və çertyojlar çəkir;
Ümumi orta təhsil səviyyəsində məzmun xətləri üzrə təlim nəticələri
1. Emal texnologiyaları
Şagird:
emal texnologiyalarının özünəməxsus xarakterik cəhətlərini şərh edir;
emal prosesi üçün lazım olan materialları seçərək çeşidləyir və istifadə
üçün hazırlayır;
emal prosesinə hazırlıq mərhələsində nişanlama, kəsmə, biçmə, tikmə,
qida məhsullarının emalı, birləşdirmə və quraşdırma bacarıqları nümayiş
etdirir;
emal texnologiyalarından istifadə edərək fərdi qaydada və qrup tərkibində
müxtəlif məmulatlar hazırlayır, birgə fəaliyyət bacarıqları nümayiş etdirir;
emal prosesində işin xarakterinə uyğun təhlükəsizlik və sanitariya-gigiyena
qaydalarına əməl edir;
şəraitə və təbii imkanlara uyğun olaraq əmək bacarıqları (becərmə,
bəsləmə, tədarük, emal) nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
texnoloji cihazları və alətləri təsnif edir, texnoloji maşınların növlərini,
quruluşunu və iş prinsiplərini şərh edir;
məişətdə istifadə edilən texnoloji avadanlıqları (maşınları, cihazları,
qurğuları, alətləri) işə hazırlayır və onlara texniki qulluq edir;
12
elektrik enerjisinin mahiyyətini, alınması, ölçülməsi və istifadəsi yollarını,
elektrotexniki avadanlıqların (elektrotexniki, radio-elektron və avtomatik
cihazların, qurğuların) iş prinsiplərini izah edir;
elektrotexniki avadanlıqlardan istifadə edir və onlara xidmət bacarıqları
nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
ictimai yerlərdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, dizayn
bacarıqları nümayiş etdirir;
təlim-tədris və yaşayış yerinin, interyerin tərtibatı ilə bağlı təqdimatlar
edir;
ailə və onun büdcəsinin idarə olunması haqqında fikirlərini şərh edir;
sadə təmir-tikinti və dekorativ bəzək işlərini yerinə yetirir.
4. Qrafika
Şagird:
məmulatın texniki spesifikasiyasını şərh edir;
əşyanın qrafik təsvirini, detalların çertyojunu, əşya və detalların texnoloji
xəritələrini çəkir və oxuyur;
detalların birləşdirilməsi çertyojlarını və yığma çertyojlarını yerinə yetirir.
1.4. Fəaliyyət xətləri
“Texnologiya” fənni üzrə məzmün standartları müəyyənləşdirilərkən
aşağıdakı fəaliyyət xətləri nəzərə alınmışdır:
Problem həlli.
Təhliletmə və əsaslandırma.
Mühakiməyürütmə.
Əlaqələndirmə.
Təqdimetmə.
1.5. Məzmun standartları
I S İ N İ F
I sinfin sonunda şagird:
sadə emal texnologiyalarını tanıyır, emal prosesinə hazırlıq görür,
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl etməklə sadə
məmulatlar hazırlayır, onları təqdim edir;
texnoloji maşınları və texnoloji vasitələri təsnif edir, onları ayrılıqda bir-
birindən fərqləndirir;
13
özünəxidmət, bitkilərə qulluq və mədəni davranış qaydalarını sadə formada
izah edir;
zəruri məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir;
sadə əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
1.1.1. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə) sadalayır.
1.1.2. Sadə emal texnologiyalarını fərqləndirir.
1.1.3. Emal vasitələrini sadalayır.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3.Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə sadə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və
əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1.Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Verilmiş təsvirlərdə texnoloji maşınları (nəqliyyat, yük, məişət) və
texnoloji vasitələri (əl alətləri, mexaniki alətlər) adlandırır.
2.1.2. Texnoloji maşınları və vasitələri sadalayır.
2.1.3. Məişət texnikalarını sadalayır.
3. Məişət mədəniyyəti
14
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydaları haqqında fikirlərini sadə
formada şərh edir.
3.1.2. Otaq bitkilərinə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydaları ilə bağlı fikirlərini bildirir.
3.1.4. Müxtəlif təyinatlı (səhər, nahar, şam, qonaq, bayram) yemək süfrələri
və onların atributlarını sadalayır.
3.1.5. Səhər süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1.
Əşyaları qrafik təsvir edir.
4.1.1. Əşyaların ayrı-ayrı hissələrinin qrafik təsvirini çəkir.
4.1.2. Çəkilmiş ayrı-ayrı hissələri birləşdirməklə əşyanın tam təsvirini çəkir.
II S İ N İ F
II sinfin sonunda şagird:
sadə emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin) sadə məmulatlar
hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
sadə əşyaları qrafik təsvir edir;
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıdığını nümayiş etdirir.
1.1.1. Emal texnologiyalarını nümayiş etdirilən təsvirlərdə tanıyır.
1.1.2. Müvafiq emal texnologiyalarını (ölçmə, kəsmə, yapma, birləşdirmə,
qatlama, tikmə) təyinatına görə sadə formada izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
15
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və
əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında təsəvvürə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, məişət) bir-birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər) bir-birindən
fərqləndirir.
2.1.3. Məişət texnikalarını bir-birindən fərqləndirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena qaydalarını izah edir.
3.1.2. Bitkilərə qulluq qaydalarını şərh edir.
3.1.3. Yemək masası arxasında davranış qaydalarını izah edir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları
seçir.
3.1.5. Nahar süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Verilmiş ölçülərə əsasən nişanlama işləri aparır.
4.1.2. Hazırlanacaq məmulatın təsvirini çəkir.
III S İ N İ F
III sinfin sonunda şagird:
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
16
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
1.1.1. Müxtəlif emal texnologiyalarına aid iş proseslərini mərhələlər üzrə izah
edir.
1.1.2. Mərhələlər üzrə iş prosesində zəruri emal vasitələrinin əhəmiyyətini
izah edir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir və təyinatını
müəyyənləşdirir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (kağız, karton, parça, plastilin) müxtəlif
məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət və
əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
17
2.1.1. Texnoloji maşınları (nəqliyyat, yük, nəqledici, elektron, məişət) bir-
birindən fərqləndirir.
2.1.2. Texnoloji vasitələri (əl alətləri, mexaniki alətər, elektrik alətləri) bir-
birindən fərqləndirir.
2.1.3. Məişət texnikalarından istifadə qaydalarını izah edir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir.
3.1.1. Özünəxidmət və sanitariya-gigiyena tələblərinin insan həyatında
əhəmiyyətini izah edir.
3.1.2. Bitkilərin insan sağlamlığının mühafizəsində rolunu şərh edir.
3.1.3. Yemək masası ətrafında davranış bacarıqlarını nümayiş etdirir.
3.1.4. Yemək süfrəsinin növlərinə uyğun olaraq qabları, alət və ləvazimatları
seçir və düzgün yerləşdirir.
3.1.5. Şam süfrəsini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Müstəvi və həcmli fiqurların hissələrinin ölçülərə əsasən təsvirini çəkir.
4.1.2. Hissələri birləşdirməklə əşyanın tam şəklini çəkir.
IV S İ N İ F
IV sinfin sonunda şagird:
emal texnologiyalarının mahiyyətini anladığını nümayiş etdirir;
emal prosesinə hazırlıq işlərini yerinə yetirir;
verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq, ərzaqlar)
müxtəlif məmulatlar hazırlayır;
texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik olduğunu
nümayiş etdirir;
məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir;
müxtəlif əşyaları qrafik təsvir edir;
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.Emal texnologiyaları
Şagird:
1.1. Emal texnologiyalarını və vasitələrini tanıyıb anladığını nümayiş
etdirir.
18
1.1.1. Müxtəlif emal texnologiyaları və vasitələri ilə bağlı kiçik təqdimatlar
edir.
1.1.2. Tanıdığı emal texnologiyalarının tətbiq edildiyi istehsal sahələri
(zavod, fabrik, kombinat) haqqında məlumata malik olduğunu nümayiş etdirir.
1.1.3. Emal vasitələrinin funksiyalarını şərh edir, təyinatını müəyyənləşdirir
və təqdimatlar edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Hazırlanacaq məmulata görə iş yerini təşkil edir.
1.2.2. Məmulatın hazırlanması üçün uyğun emal vasitələri seçir.
1.2.3. Məmulatın hazırlanması ardıcıllığını müəyyənləşdirir.
1.2.4. Hazırlanacaq məmulatın materialına uyğun emal texnologiyası seçir.
1.3.
Verilmiş materiallardan (kağız, karton, parça, plastilin, oduncaq,
ərzaqlar) müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Məmulatların detallarını hazırlayır.
1.3.2. Detalları birləşdirməklə müxtəlif məmulat (məmulatlar) hazırlayır.
1.3.3. Məmulatların hazırlanmasında sadə tərtibat bacarıqları nümayiş
etdirir.
1.3.4. Məmulatların qrup tərəfindən hazırlanması prosesində birgə fəaliyyət
və əməkdaşlıq bacarıqları nümayiş etdirir.
1.3.5. Məmulatın hazırlanmasında müvafiq təhlükəsizlik və gigiyena
qaydalarına əməl edir.
1.3.6. Hazırladığı məmulatı (məmulatları) təqdim edir.
2. Texnika elementləri
Şagird:
2.1.
Texnoloji maşınlar və texnoloji vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Texnoloji maşınların təsnifatını aparır və onlar haqqında kiçik
təqdimatlar edir.
2.1.2 Texnoloji vasitələrin təsnifatını aparır və onlar haqqında kiçik
təqdimatlar edir.
2.1.3. Məişət texnikalarından istifadə bacarıqları nümayiş etdirir.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən ilkin bacarıqlara yiyələndiyini nümayiş
etdirir.
3.1.1. Özünəxidmət qaydalarına riayət olunması barədə kiçik təqdimatlar edir.
3.1.2. Bitkilərin ətraf aləmdə rolu və əhəmiyyəti haqqında kiçik təqdimatlar
edir.
19
3.1.3. Yemək masası ətrafında qrup tərkibində davranış bacarıqlarını nümayiş
etdirir.
3.1.4. Müxtəlif variantlı yemək süfrələri tərtib edir.
3.1.5. Qonaq və bayram süfrələrini tərtib edir.
4. Qrafika
Şagird:
4.1. Əşyaları qrafik təsvir edir.
4.1.1. Hazırlanacaq məmulatın texniki rəsmlərini və eskizlərini oxuyur.
4.1.2. Müstəvi və həcmli fiqurların hissələrinin təsvirini çəkərkən sadə dizayn
bacarıqları nümayiş etdirir.
V sinif
V sinfin sonunda şagird:
əl alətləri və ondan istifadə etməklə emal texnologiyalarını izah edir;
əl alətləri və ondan istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, emal texnologiyaları seçir və
məmulat hazırlayır;
tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və bacarıqlar
nümayiş etdirir
1
;
elektrik enerjisinin maihiyyətini və onun alınması yollarını izah edir;
sadə elektrik dövrəsi qurur;
ailədə mədəni davranış və ünsiyyət qaydalarını, ailə büdcəsinin
formalaşmasını şərh edir;
yaşayış yerlərində sadə təmir işlərini yerinə yetirir;
düzbucaqlı detalları olan məmulatların spesifikasiyasını şərh edir, qrafik
təsvirini, çertyojunu, texnoloji xəritəsini çəkir və oxuyur.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1. Emal texnologiyaları
Şagird:
1.1 Emal texnologiyalarının özünəməxsus cəhətlərini anladığını nümayiş
etdirir.
1.1.1. Əl alətlərindən istifadə etməklə emal texnologiyalarını izah edir.
1.2. Emal prosesinə hazırlıq işlərini yerinə yetirir.
1.2.1. Əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata görə iş yerini
təşkil edir.
1.2.2. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün iş
ardıcıllığını müəyyənləşdirir.
1
Kənd məktəbləri üçün nəzərdə tutulur.
20
1.2.3. Əl alətlərindən istifadə etməklə məmulatın hazırlanması üçün uyğun
emal texnologiyası seçir.
1.3. Verilmiş materiallardan (oduncaq, metal, plastik kütlə, parça, ərzaq)
müxtəlif məmulatlar hazırlayır.
1.3.1. Verilmiş materiallardan bir sadə detaldan ibarət məmulat hazırlayır.
1.3.2. Bir sadə detaldan ibarət məmulat hazırlayarkən tərtibat bacarıqları
nümayiş etdirir.
1.3.3. Qrup tərkibində müxtəlif məmulatlar hazırlayarkən birgə fəaliyyət
bacarıqları nümayiş etdirir.
1.3.4. Məmulatların hazırlanması prosesində işin xarakterinə uyğun
təhlükəsizlik və sanitariya-gigiyena qaydalarına əməl edir.
1.4. Şəraitə və təbii imkanlara uyğun əmək bacarıqları (becərmə,
bəsləmə, tədarük, emal) nümayiş etdirir
*
.
1.4.1. Tərəvəz bitkilərinin yetişdirilməsi texnologiyasına aid bilik və
bacarıqlar nümayiş etdirir.
2. Texnika elementləri
Şagird:
2.1. Texnoloji maşın, cihaz və vasitələr haqqında biliklərə malik
olduğunu nümayiş etdirir.
2.1.1. Əl alətlərini təsnif edir və növlərini sadalayır.
2.1.2. Elektrik enerjisinin mahiyyətini, alınması yollarını izah edir.
2.2. Texnoloji maşın, cihaz və vasitələrdən istifadə bacarıqları nümayiş
etdirir.
2.2.1. Əl alətlərindən istifadə edir.
2.2.2. Sadə elektrik mənbəyindən istifadə edərək elektrik dövrəsi qurur.
3. Məişət mədəniyyəti
Şagird:
3.1. Məişətdə zəruri hesab edilən bilik və bacarıqlara yiyələndiyini
nümayiş etdirir.
3.1.1. Ailədə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir.
3.1.2. Yaşayış yerində sadə təmir işlərini yerinə yetirir.
3.2. Ailə və onun büdcəsinin idarə olunması haqqında bilik və bacarıqlar
nümayiş etdirir.
3.2.1. Ailə büdcəsi və onun formalaşmasını şərh edir.
4. Qrafika
Şagird:
*
Kənd məktəbləri üçün nəzərdə tutulur
21
4.1. Məmulatların texniki spesifikasiyasını şərh edir.
4.1.1. Müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir.
4.2. Məmulat və onun detallarının texniki sənədləşdirilməsi bacarıqları
nümayiş etdirir.
4.2.1. Düzbucaqlı detalları olan məmulatların qrafik təsvirini, çertyojlarını,
texnoloji xəritəsini çəkir və oxuyur.
VI sinif
VI sinfin sonunda şagird:
mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə emal texnologiyalarını
izah edir;
mexanikləşdirilmiş əl alətlərindən istifadə etməklə hazırlanacaq məmulata
görə iş yerini təşkil edir, iş ardıcıllığını müəyyənləşdirir, uyğun texnologiya
seçir və məmulat hazırlayır;
meyvələrin yetişdirilməsi və tədarükü üzrə bilik və bacarıqlar nümayiş
etdirir;
elektrik enerjisinin ötürülməsi və istifadəsi yollarını izah edir;
cərəyan mənbəyindən istifadə etməklə elektrik dövrəsi qurur;
məktəbdə mədəni davranış və ünsiyyət qaydalarını şərh edir, sadə təmir
işlərini yerinə yetirir;
ailə büdcəsinin müəyyənləşdirilməsi haqqında fikirlərini şərh edir;
müxtəlif formalı detalları olan məmulatların spesifikasiyasını şərh edir,
qrafik təsvirini, çertyojlarını, texnoloji xəritələrini çəkir və oxuyur.
Dostları ilə paylaş: |