16
müvazinət daim dəyişən şəraitdə insanın yerdəyişməsi istiqamətinin (məsələn,
yerişdə, qaçışda və s.) saxlanması zamanı təzahür edir.
Müvazinət hissi aşağı məktəb yaşı dövründə sürətlə inkişaf edir. Statik
müvazinət bacarığı hərəki fəaliyyətin koordinasiya
çətinliyinin tədricən
dəyişdirilməsi yolu ilə formalaşdırılır.
Dinamik müvazinət hərəki fəaliyyət zamanı bədənin fəzada yerləşmə
vəziyyətinin saxlanması ilə xarakterizə olunur. Çevikliyin inkişafı üçün dərsdə
istifadə olunan vasitələr bir neçə qrupa bölünür. Bunlar:
-
idman oyun növləri (basketbol, voleybol, futbol, badminton);
-
idman oyun növlərinin elementlərindən ibarət estafetlər;
-
icrası koordinasiya, müvazinətin təzahürünü şərtləndirən
xüsusi hərəkətlər
kompleksi və akrobatika;
-
yaxın məsafəli maneələri olan, icrası hərəki fəaliyyətin tez və yenidən
qurulmasını zəruri edən, çox mərhələli estafetlərdən ibarətdir.
Dostları ilə paylaş: