12
icrası sinir proseslərinin mütəhərrikliyi, əzələlərin mərkəzi sinir sistemi tərəfindən
koordinasiyası, əzələ liflərinin quruluşu və təqəllüsetmə xüsusiyyətləri ilə təyin
olunur. Təcrübi olaraq bu qabiliyyət maksimal sürət
və sürət dözümlülüyü kimi
təzahür edir. Bütün siniflərdə sürətin inkişafına onun tərkib elementlərinin
təkmilləşdirilməsi yolu ilə nail olunması planlaşdırılır.
Hərəkətin reaksiya tezliyi
– bu xüsusiyyətin inkişafı üçün şagirdlər səs siqnalı
ilə müxtəlif çıxış vəziyyətlərindən start hərəkətlərini dəfələrlə təkrar edirlər.
Burada şagirdin diqqətini yalnız bir obyektə, səs siqnalına cəmləşdirmək bacarığı
çox böyük əhəmiyyət daşıyır. Dəfələrlə təkrarlanan
belə hərəkətlər start
reaksiyasının yaxşılaşması ilə yanaşı şagirdə psixoloji prosesləri idarəetmək baca-
rığının formalaşmasına imkan verir. Hərəkət reaksiyasının yaxşılaşdırılmasına
yönəlmiş oyunların, estafetlərin, xüsusi hərəkətlərin kiçik komanda və cütlüklərlə
yarış formasında aparılması daha məqsədəuyğun hesab edilir.
Bu zaman hər bir ayrı-ayrı komandaya məxsus olan 4-5 şagirdin yarışı
formasında təşkil olunur. Bunun üçün sinif hər birində eyni saylı iştirakçıları olan
4-5 komandaya bölünür. Hər bir komandadan 1 iştirakçı hərəkəti yerinə yetirəcək
qruplara daxil olur. Hərəkət (məsələn: kürəyi qaçış
istiqamətinə olmaqla start
vəziyyətindən qaçış) birinci qrup tərəfindən 15-20 m məsafəyə icra olunur. Hər bir
iştirakçı finişi nəticəsinə görə (tutduğu yerə görə) xal qazanır. Sonra hər bir
komandanın ayrı-ayrı qruplardakı bütün iştirakçılarının əldə etdiyi ballar toplanır
və komandaların yerləri müəyyən olunur. Dərsin belə qurulması, ona şagirdlərin
fəal iştirak marağının yaranmasına imkan verir.
Dostları ilə paylaş: