Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə9/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   5   6   7   8   9   10   11   12   ...   119
20 Fiziki tərbiyə-kurikulum

1.2 Məzmun xətləri 
 
Fiziki tərbiyə fənni biri-biri ilə qarşlıqlı əlaqəli olan və biri-birini üzvü 
sürətldə tamamlayan: 

İnformasiya təminatı və nəzəri biliklər; 

Hərəki bacarıqlar və vərdişlər; 

Hərəki qabiliyyətlər; 

Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması kimi məzmun 
xətlərindən ibarətdir. 
Ayrıca götürülmüş hər bir dərs, eləcədə bütövlükdə fiziki tərbiyə prosesi qeyd 


10 
olunan məzmun xətlərinin qarşılıqlı əlaqəsi üzərində qurulmalıdır.
 
1.
İnformasiya təminatı və nəzəri biliklər
– fiziki tərbiyə üzrə təlimin 
məzmun xətlərindən birincisidir. Bu məzmun xətti dərs prosesində yerinə 
yetiriləcək hərəkət, oyun, hərəkət kompleksləri, qaydalar və s. haqqında düzgün 
təsəvvür, hərəkətin icra modelini formalaşdırmaq məqsədi daşıyır. Bu zaman 
informasiya təminatı və nəzəri biliklərin mümkün qədər sadə, şagirdin hazırlıq 
səviyyəsinə və maraqlarına uyğun şəkildə verilməsi məqsədəuyğun hesab olunur. 
Müəllim daha çox “söz”, “nümayiş” metodlarından istifadə etməsi məsləhət bilinir. 
Şəraiti olan məktəblərdə hərəkətlərin və oyunların icra qaydalarını əks etdirən 
plakat və video materialdan istifadə olunmaqla şagirdlərdə hərəki fəaliyyət 
proqramı formalaşdırılır. Bu da şagirdə dərsin gedişində hərəki fəaliyyətini uğurlu 
qurmağa imkan yaradır.
Şagirdlərin fiziki tərbiyə, idman haqqında informasiya bankı zənginləşdikcə 
dərsdə verilən nəzəri biliklər daha çox peşəkar xüsusiyyət daşımaqla ayrı-ayrı 
hərəki qabiliyyətlərin inkişafına aid metod, vasitə seçiminə, bərpaedici vasitələrdən 
istifadəyə, qamətin korreksiya olunmasına və s. istiqamətlənməlidir. İnformasiya 
təminatı mümkün qədər sadə, anlaşılan, mənaca əhatəli olmalıdır. 
Fiziki tərbiyə dərslərində motivin yaradılması olduqca mühüm əhəmiyyət 
daşıyır. Bu zaman ayrı-ayrı idman növlərində Azərbaycanı müxtəlif beynəlxalq 
yarışlarda uğurla təmsil etmiş idmançıların, dünyada tanınmış atletlərin idman 
həyatının nümunə göstərilməsi və ya sadəcə sağlam və mütənasib bədən 
quruluşuna malik olmağa həvəsləndirmə motiv yaratmaq üçün əsas ola bilər.
Yaşadığımız cəmiyyətin layiqli üzvü olmaq, mənəvi və milli dəyərlərimizi 
yaşatmaq, gündəlik fəaliyyətində bu dəyərləri normaya çevirmək, vətəni Milli 
qəhramanlarımızın 
məhəbbəti 
ilə 
sevmək 
və 
mübariz olmaq şagird 
psixologiyasında mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılması üçün əsas motiv 
olmalıdır.
2.

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   5   6   7   8   9   10   11   12   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin