9
şəxsi gigiyena və təbii vasitələrlə
orqanizmi möhkəmləndirmək
qaydalarını izah edir;
fiziki tərbiyə prosesində intizam və rejim qaydalarına əməl edir,
birgəfəaliyyət bacarıqları nümayiş etdirir.
Ümumi orta təhsil səviyyəsi (V-IX siniflər) üzrə şagird:
sağlamlığını möhkəmləndirmək, fiziki hazırlığın
inkişaf etdirmək üçün
tibbi-gigiyena qaydalarına əməl edir, səmərəli hərəkət komplekslərini icra
edir;
müxtəlif idman növlərinə aid olan hərəkətlərin icra üsullarını
mənimsəyir
və yerinə yetirir;
ayrı-ayrı hərəki qabiliyyətləri inkişaf etdirmək üçün səmərəli və
məqsədyönlü hərəkət komplekslərindən istifadə edir;
fiziki tərbiyə prosesində müvafiq təhlükəsizlik,
mühafizə, özünümühafizə
qaydalarını yerinə yetirir;
kollektiv fəaliyyət zamanı öz yerini və rolunu dəqiq müəyyən etməyi
bacarır, zəruri anlarda aparıcı və həlledici mövqe tutur;
Tam orta təhsil səviyyəsi (X-XI siniflər) üzrə şagird:
fiziki tərbiyə prosesinin təşkili ilə bağlı nəzəri məlumatları izah edir və bu
məlumatlardan praktik fəaliyyətin qurulmasında məqsədyönlü istifadə edir;
hərəkətləri yerinə yetirərkən əlverişli icra üsulları
tətbiq edir, seçdiyi
idman növünün xüsusiyyətərinə uyğun hərəkət komplekslərini icra edir;
ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı metodlarını mənimsəyir və fiziki
hazırlığını artırmaq üçün tətbiq edir;
hərəkətlərin icrası zamanı müvafiq təhlükəsizlik qaydalarına riayət edir, ilk
tibbi yardım göstərir;
fərdi, və ya komanda tərkibində fəaliyət zamanı təşkilatçılıq,
psixoloji
dayanıqlılıq, dözümlülük, ümumi mənafeyə xidmət etmək keyfiyyətlərini
nümayış etdirir;
Dostları ilə paylaş: