Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə6/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   2   3   4   5   6   7   8   9   ...   119
20 Fiziki tərbiyə-kurikulum

ümumi orta təhsil səviyyəsi - 
fiziki tərbiyənin tədrisi hərəki qabiliyyətlərin 
planlı, harmonik inkişafını, mənəvi-iradi xüsusiyyətlərin, hərəki mədəniyyətin 
formalaşdırılmasını nəzərdə tutur. Bu təhsil mərhələsi şagirdin idraki, fiziki, 
mədəni, psixomotor inkişafının həyata keçirilməsi baxımından çox mühüm dövrü 
əhatə edir. Bu mərhələdə fənnin tədrisinin səciyəvi xüsusiyyətləri aşağıdakılardır:
- sağlamlığın möhkəmləndirilməsi, hərəkətlər və onların təyinatı, idman 
növləri, icra üsulları, hərəki qabiliyyətlər, metodlar haqqında biliklərin 
mənimsənilməsi; 
- hərəki qabiliyyətlərin planlı inkişafının təmin edilməsi; 
- müxtəlif idman növlərinin elementlərindən fiziki hazırlıq vasitəsi kimi 
istifadə edilməsi;
- ayrı-ayrı idman növlərinin texniki, taktiki xüsusiyyətlərinin öyrədilməsi və 
əlverişli icra üsullarına yiyələnmə, bu növlərdə zəruri fiziki hazırlığın təmin 
edilməsi; 
- hərəki fəaliyyət mədəniyyətinin formalaşdırılması; 
- mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılmasının tədris prosesinin əsas 
amilinin olması; 
- şəxsi sağlamlıq, orqanizmin möhkəmləndirilməsi, mütənasib bədən 
quruluşunun formalaşmasında şəxsi məsuliyyət hissinin yaradılması; 
- fərdi və kollektiv fəaliyyət zamanı rəqibə hörmət, öz hərəki fəaliyyətini 
mövcud qaydalar çərçivəsində qurmaqla mübarizlik hissinin aşılanması. 
 
Bu təhsil səviyyəsində
fiziki tərbiyənin hərəki bacarıq və vərdişlərin 
formalaşması və hərəki qabiliyyətlərin inkişaf etdirilməsində, şəxsiyyətin 
formalaşmasında mühüm amil olduğunu, ümumi mədəniyyət səviyyəsinin əsas 
göstəricilərindən biri olması haqqında şagirdlərin bilikləri zənginləşdirilir, idman 
növləri, oyunlar hərəkət kompleksləri vasitəsi ilə hərəki qabiliyyətlərin dinamik 
inkişafını təmin etmək, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müvafiq 
hərəkətləri seçmək bacarığının formalaşdırılması, mövcud fiziki və potensial 
hərəki qabiliyyətinin fiziki tərbiyə vasitəsi ilə inkişaf etdirilməsi imkanlarının 
mövcudluğuna inam hissinin yaradılması, sağlamlığın möhkəmləndirilməsi 
üsullarına yiyələnmək, sağlam həyat tərzinin normaya çevrilməsi, fiziki hərəkətlər 
icra olunarkən təhlükəsizlik qaydalarına riayət edilməsinin təmin olunması, 
mübarizə şəraitində psixoloji dayanıqlıq, komandalı fəaliyyətdə məsuliyyət hissi, 
çətin anlarda fiziki imkanları səfərbər etmək və digərlərinə kömək göstərmək 



keyfiyyətləri, tibbi-gigiyenik vərdişləri, ilk tibbi yardım, mühafizə və 
özünümühafizə bacarıqları formalaşdırılır. Nümunəvi davranış, vətənə sevgi və 
vətənpərvərlik hissləri aşılanır. 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin