Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə10/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   6   7   8   9   10   11   12   13   ...   119
20 Fiziki tərbiyə-kurikulum

Hərəki bacarıq və vərdişlər 
– fiziki tərbiyənin mühüm hissəsi olub, 
şagirdlərdə hərəki fəaliyyətin həyata keçirilməsi, icra üsullarına yiyələnmə 
prosesini özündə əks etdirir. İcra bacarığının formalaşdırılması müxtəlif 
mərhələlərdən keçməklə ilk növbədə müəllimin hərəkət haqqında verdiyi izahın 
əhatəliliyindən, hərəkətin struktur çətinliyindən, köməkçı və hazırlayıcı 
hərəkətlərdən istifadədən və s. asılıdır. Şagirdin hərəki bacarıqlarının formalaşması 
hərəkət, oyun haqqında informasiya 

hərəki təsəvvürün yaradılması 

fəaliyyət 
proqramı

ilkin icra

icra bacarığına korreksiyalar 

əlverişli icra üsuluna 
yiyələnmə 

təkmilləşmə kimi icra mərhələlərindən keçir. Şagirdin hərəki 
potensialının reallaşmasına imkan verən icra üsulundan istifadə etməsi vərdiş 
elementlərini formalaşdırır.
Bacarıq və vərdişlərin formalaşdırılması zamanı hərəkətin struktur 
çətinliyindən asılı olaraq “hissə-hissə öyrətmə”, “bütövlükdə öyrətmə”, “təkrar” 
metodlarından istifadə olunur. Dərsdə istifadə edilən idman növü və ya 
elementlərinin öyrədilməsi prosesində nəzərə almaq lazımdır ki, hər hansı texniki 
elementin icra bacarığını sona qədər formalaşdırmadan, ondan oyun prosesində 


11 
istifadə etmək olmaz, əks halda onlardan istifadə olunması düzgün olmayan 
vərdişlərin yaranmasına gətirib çıxarır. Belə qüsurun isə aradan qaldırılması 
sonrakı mərhələdə problemə çevrilir. Ayrı-ayrı idman növlərinə aid texniki 
elementlərin icrası üzərində qurulmuş və yarış formasında keçirilən estafetlərdən 
ibarət dərslər yuxarıda qeyd etdiyimiz halların aradan qaldırılması üçün əsas vasitə 
ola bilər. 
3.
Hərəki 
qabiliyyətlər
. Fiziki tərbiyənin 
yeni 
məzmununda hərəki 
qabiliyyətlər xüsusi bir xətt kimi nəzərdə tutulur. Hərəki qabiliyyətlərin 
formalaşdırılması şagirdin fiziki cəhətdən hərtərəfli hazırlığının yeganə yoludur. 
Ümumtəhsil məktəblərində şagirdlərin yaş dövrləri ayrı-ayrı hərəki qabiliyyətlərin 
inkişafı üçün ən əlverişli vaxt hesab olunur. Bu dövrdə təyinatlı hərəkətlər vasitəsi 
ilə hər hansı hərəki qabiliyyətin baza hazırlığının təmin olunmaması həmin hərəki 
qabiliyyətin sonradan inkişaf etdirilməsi imkanlarını məhdudlaşdırır. Bu səbəbdən 
də ayrı-ayrı siniflərdə fiziki tərbiyənin planlaşdırılması cədvəlində müxtəlif hərəki 
qabiliyyətlərin inkişafına ayrılmış tədris vaxtlarından səmərəli istifadə olunması 
tövsiyə olunur. Təcrübələr onu göstərir ki, hərəkətlər və hərəkət komplekslərindən 
istifadə sərbəstliyi müəllimə dərsi daha canlı, dinamik qurmaq imkanı verir.
Nəzərə almaq lazımdır ki,
-
adekvat fiziki yükdən; 
-
bu yükün orqanizmə uzunmüddətli təsirinin təmin olunmasından; 
-
düzgün icra rejimi və intensivliyindən; 
-
müvafiq icra şəraitinin təmin olunmasından;
-
səmərəli nəzarət metodlarından istifadə etmək dəyişikliklərin müsbət 
dinamikası ilə nəticələnir. Bu isə hərəki qabiliyyətlərin inkişafını stimullaşdırır.
Beləliklə hər bir hərəki qabiliyyətin inkişafı müvafiq fiziki yükdən və 
metodikadan istifadəni zəruri amilə çevirir.
Buna görə də ayrı-ayrı siniflərdə fiziki tərbiyə prosesi hərəki qabiliyyətlərin 
inkişafı üzərində qurulur . Müəyyən sayda dərslər hər hansı hərəki qabiliyyətin 
inkişafı üçün planlaşdırılır. 

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   6   7   8   9   10   11   12   13   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin