13
3.2.
Sürət-güc -
mümkün qədər qısa vaxt ərzində
maksimum qüvvə təzahür
etdirmək qabiliyyətidir. Ümumtəhsil müəssələrində bu qabiliyyətin təzahürü
qaçaraq uzunluğa,
hündürlüyə, yerindən uzunluğa tullanma, doldurulmuş topların
atılmasında müşahidə etmək olar. Bütün siniflərdə bu qabiliyyət aşağı, yuxarı və
gövdə əzələlərində sürət-gücün inkişafı hesabına həyata keçirilir. Oğlanlarda bu
qabiliyyət 10-13 yaş, qızlarda isə 9-11 yaş arasında intensiv inkişaf edir.
Lakin
ayrı-ayrı əzələ qruplarında bu qabiliyyətin inkişafı müxtəlifdir. Sürət
qabiliyyətində olduğu kimi sürət-gücün də inkişafı üçün ayrılmış ilkin dərslərdə
yalnız hərəkət və hərəkət komplekslərinin icrası həyata keçirilir.
Bu hərəkətlər
mənimsənildikdən, ən sadə icra bacarıqları formalaşdıqdan sonra klassik hə-
rəkətlərin: qaçaraq uzunluğa, hündürlüyə tullanma və tenis topunun atılmasının
tədrisinə keçmək olar. Bu tədris vahidində də dərslərin təşkili “oyun” və “yarış”
metodlarından istifadə etməklə komandalı icranın təmin olunmasına yönəlməlidir.
Bu
bölmədə dərslər iki, yuxarı və aşağı ətraf əzələlərinin sürət-güc qabiliyyətin
inkişafı istiqamətdə tədris olunur.
Sürət-güc istiqamətli hərəkətlərin icrası “dairəvi”, “təkrar”, “təkrar-seriyalı”
metodlara əsaslanır.
Dostları ilə paylaş: