3.6. Dözümlülük qabiliyyəti – müxtəlif intensivlik zonalarına aid olan fiziki
yükü icra etmək qabiliyyətidir. Bu qabiliyyət daha çox yorulmaya qarşı dayanmaq
xüsusiyyəti kimi xarakterizə olunur. Ümumi və xüsusi dözümlülük anlayışları
mövcüddur. Ümumi dözümlülük nisbətən aşağı intensivlikli fiziki yükün davamlı
icrası zamanı təzahür etdirilən qabiliyyətdir. Xüsusi dözümlülük hər hansı
ixtisaslaşma növündə əsas hərəkətin maksimal (yarış şəraitinin tələblərinə
müvafiq) rejimdə icra qabiliyyətidir.
Dözümlülüyün təzahürü aşağıdakı amillərlə şərtləndirilir:
1.
Şagirdin ağciyərinin həyat tutumundan;
2.
Əzələ liflərinin xüsusiyyətindən ( “qırmızı”, əzələ lifləri dözümlü, “ağ” əzələ
lifləri isə
sürətli, lakin dözümsüz hesab edilir);
3.
Hərəkətin (məsafəni qət etməyin yaratdığı) oksigen tələbatı və orqanizmin
enerji imkanlarından;
4.
Orqanizmin qüvvə və sürət imkanlarından;
5.
Yorulma zamanı əzələ işini davam etdirərkən orqanizmin fizioloji
funksiyalarının dayanıqlığından və s.
Ümumtəhsil məktəblərində ümumi dözümlülüyün və sürət dözümlülüyünün
inkişaf etdirilməsi nəzərdə tutulur. Ümumi dözümlülüyə ayrılmış dərslərin ənənəvi
təşkili adətən müəyyən məsafələrə kross qaçışı formasında həyata keçirildiyi üçün
dərs maraqsız alınır. Ən əsası isə şagirdlərdə belə dərslərdə fəal iştirak arzusu aşağı
səviyyədə olur. Vəsaitdə dözümlülük dərslərinin planlaşdırılmasında yuxarıda
qeyd olunan amil nəzərə alınaraq ilk növbədə bu dərslərində istifadə olunacaq
vasitələr dörd qrupa bölünmüşdür:
-
çoxmərhələləri estafetlər;
-
enişli-yoxuşlu yerlərdə komandalar arası kross qaçışları;
-
süni və təbii maneələri dəf etməklə qaçışlar;
-
uzun mərhələli estafetlər.