19
kimi neqativ xüsusiyyətlərin aradan qaldırılmasına imkan verə bilər. Bu cəhətdən
fiziki tərbiyə dərsi həm də şagird psixologiyasına təlqin olunan dəyərlərin hansı
dərəcədə mənimsənildiyini aşkarlamağa imkan verən bir mühitdir.
4.2.İradi xüsusiyyətlərin formalaşdırılması şagirdin özünütəsdiqinin əsas
amili kimi.
Fiziki tərbiyə dərsi şagirdin malik olduğu hərəki potensialın nümayışı üçün bir
vasitədir. Burada şagirdin hərəki fəaliyyəti elə təşkil olunmalıdır ki, bu ona özünün
fiziki hazırlıq səviyyəsini dəyərləndirməyə, müqayisə etməyə və onun inkişaf
etdirilməsinin zəruriliyini dərk etməyə imkan vermiş olsun. Oyun, yarış metod-
larına müvafiq təşkil edilmiş dərs prosesində şagird özünün üstün və zəif
cəhətlərini daha tez müəyyənləşdirə bilir. Bu zaman ayrı-ayrı hərəki qabiliyyətlərin
inkişafına yönəlmiş hərəkətlərin dərsdə, evdə sistemli, davamlı icrasının şagirdin
fiziki hazırlıq səviyyəsində müsbət dəyişiklik yaradacağına
Dostları ilə paylaş: