20
Şagird:
şəxsi gigiyena qaydalarını və orqanizmin təbii vasitələrlə
möhkəmləndirilməsi üsulları haqqında məlumatları gündəlik
həyatında tətbiq edir;
tanıdığı müxtəlif təyinatlı oyunların fərqli cəhətlərini izah edir;
müxtəlif idman növlərinin xüsusiyətlərini fərqləndirir;
hərəki komandaları dəqiq icra edir;
hərəki fəaliyyət zamanı özünümühafizə və mühafizə qaydalarını
bildiyini nümayiş etdirir;
komandalı fəaliyyət zamanı qələbəni təmin edən amilləri bilir.
2. Hərəki bacarıqlar və vərdişlər
Şagird:
gün rejimi və şəxsi gigiyena qaydalarını gündəlik həyatında sərbəst
tətbiq edir;
qaçış, atmalar, tullanmaların icra üsullarını nümayiş etdirir;
sıra hərəkətlərini, akrobatika və tətbiqi hərəkətləri icra edir,
mütəhərrik fərdi və kollektiv oyunları, kombinələşmiş estafetləri
qaydalara müvafiq oynayır;
fərdi və kollektiv fəaliyyət zamanı özünümühafizə və təhlükəsizlik
qaydalarına riayət edir.
3. Hərəki qabiliyyətlər
Şagird:
hərəki fəaliyyət zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir;
hərəkətləri yaş qrupuna müvafiq dəqiqliklə icra edir;
hərəkətlərin davamlı icrsı zamanı dözümlülük nümayiş etdirir;
sərbəst, geniş amplitudalı icra tərzinə seçir:
hərəki fəaliyyətdə müvafiq qüvvə nümayiş etdirir.
4.Şəxsiyyətin mənəvi-iradi keyfiyyətlərinin formalaşması
Şagird:
gün rejiminə nizam-intizamla riayət edir;
rəqibə hörmətlə yanaşmaqla mübarizəni yarış qaydaları daxilində
aparır;
hərəki fəaliyyətini qaydalar çərçivəsində qurur;
komandalı fəaliyyət zamanı yoldaşları ilə əməkdaşlıq edir
Dostları ilə paylaş: