Azərbaycan Respublikası Təhsil Nazirliyi Azərbaycan Respublikası Təhsil Problemləri İnstitutu


Şagird:  1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik



Yüklə 2,88 Mb.
Pdf görüntüsü
səhifə27/119
tarix13.12.2023
ölçüsü2,88 Mb.
#175179
1   ...   23   24   25   26   27   28   29   30   ...   119
20 Fiziki tərbiyə-kurikulum

Şagird: 
1.1. Hərəki fəaliyyət, onun təşkili, icra qaydaları haqqında məlumata malik 
olduğunu nümayiş etdirir.
1.1.1. Hərəki fəaliyyətin orqanizmə müxtəlif təsirlərini sadə şəkildə izah edir. 
1.1.2. Gün rejiminin tərtibində əsas amilləri sadalayır.
1.1.3. Orqanizmin möhkəmləndirilməsində istifadə olunan vasitələr və gigiyenik 
tələblər haqqında məlumat verir. 
1.1.4.Hərəki qabiliyyətlərin inkişafı üçün istifadə olunan oyunları fərqləndirir. 
1.1.5.Müxtəlif idman növlərinə aid əşya və alətlərin təyinatı və istifadə qaydaları 
haqqinda məlumat verir. 
1.1.6.Oyun prosesində tələb olunan zəruri təhlükəsizlik və özünümühafizə 
qaydalarını sadalayır.
1.1.7. Komandalı fəaliyyət, fərdi mübarizə zamanı təqdir olunan davranış
haqqında məlumat verir.
1.1.8. Komandalı fəaliyyət zamanı yoldaşlarına mənəvi-iradi dayağın əhəmiyyəti 
haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər 
Şagird: 
2.1. Hərəki bacarıqlara və vərdişlərə yiyələndiyi nümayiş etdirir. 
2.1.1. Sıra, ümuminkişaf hərərkətləri icra edir. 


26 
2.1.2. Məqsədli tərtib olunmuş səhər gimnastika komplekslərini və ev tapşırığı 
hərəkətlərini yerinə yetirir. 
2.1.3. İdman növlərinə aid alət və avadanlıqlarından istifadə və oyun zamanı 
təhlükəsizlik, özünümühafizə qaydalarına əməl edir.
2.1.4. Ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün müxtəlf təyinatlı oyunlar, 
estafetlər, kombinə edilmiş estafetlərdə iştirak edir. 
2.1.5. Müxtəlif idman növlərinə aid hərəkətləri yerinə yetirir, müvafiq əşya və 
avadanlıqlardan istifadə edir. 
3. Hərəki qabiliyyətlər 
Şagird: 
3.1. Hərəki fəaliyyət prosesində zəruri fiziki hazırlığa malik olduğunu
nümayiş etdirir.
3.1.1. Hərəki fəaliyyət zamanı çeviklik nümayiş etdirir.
3.1.2. Hərəkətlərin və oyunların icrası zamanı bədənin əyilmə qabiliyyəti 
nümayiş etdirir.
3.1.3. Qaçış zamanı yaş qrupuna müvafiq sürət nümayiş etdirir.
3.1.4. Hərəkətlərin və oyunların icrası prosesində sürət-güc nümayiş etdirir.
3.1.5. Hərəkətlərin və oyunların icrası zamanı qüvvə nümayiş etdirir.
3.1.6. Hərəkətlərin davamlı və təkrar icrası zamanı dözümlülük nümayiş etdirir.

Yüklə 2,88 Mb.

Dostları ilə paylaş:
1   ...   23   24   25   26   27   28   29   30   ...   119




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©azkurs.org 2025
rəhbərliyinə müraciət

gir | qeydiyyatdan keç
    Ana səhifə


yükləyin