32
keçirir.
2.3.5. Hərəkətlərin icrasında
müvafiq təhlükəsizlik, özünümühafizə qaydalarına
əməl edir.
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Oyunlar və icra şəraiti dəyişən hərəkətlər zamanı çeviklik nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı əzələ-bağ aparatının elastikliyini və oynaqların
mütəhərrikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri
yerinə yetirərkən sürət
nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi
tələb edən hərəkətlərin
icrası zamanı sürət-güc nümayiş etdirir.
3.1.5. Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə nümayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətlərinin formalaşması
Şagird:
4.1.Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.
4.1.3. Fiziki potensialını reallaşdırarkən inadkarlıq nümayiş etdirir.
4.1.4. Komandalı fəaliyyət zamanı öz yerini və rolunu müəyyən edir.
VII SİNİF
Dostları ilə paylaş: