39
hərəki qabiliyyətlərin inkişafı və qamətin korreksiyası
üçün hərəkətlərdən və
vasitələrdən müstəqil istifadə edir;
müxtəlif idman növlərinə aid hərəkətləri əlverişli üsullarla yerinə yetirir;
yaş qrupuna müvafiq hərəki qabiliyyət nümayiş etdirir;
hərəki fəaliyyət zamanı səmərəli əməkdaşlıq qurur.
Məzmun xətləri üzrə əsas və alt standartlar
1.İnformasiya təminatı və nəzəri biliklər.
Şagird:
1.1. Hərəkətlərin sağlamlaşdırıcı və inkişafetdirici təsiri haqqında biliklərini
nömayiş etdirir.
1.1.1. Orqanizmin ayrı-ayrı funksional sistemləri və orqanların işinə təsir göstərən
hərəkətləri izah edir.
1.1.2. Hərəkətlərin icrasından sonra istifadə olunacaq
bərpaedici vasitələr və
hərəkətlərdə müstəqil istifadə haqqında məlumat verir.
1.2. Hərəkətlərin icra üsulunun təkmilləşdirilməsi və icra şəraiti haqqında
biliklərini nümayiş etdirir.
1.2.1. Hərəkətləri yerinə yetirərkən icra üsullarının təkmilləşdirilməsi variantlarını
sadalayır.
1.2.2.Komandalı fəaliyyətin təkmilləşdirilməsi haqqında məlumat verir.
1.2.3. Müxtəlif təyinatlı hərəkətlərin və oyunların icrası üsullarını və rejimlərini
əsaslandırır.
1.2.4. Müxtəlif özünümüdafiə üsullarından istifadə haqqında informasiya verir.
1.3. Hərəki qabiliyyətlərin inkişafı haqqında məlumat verir.
1.3.1.
Müxtəlif təyinatlı sıra hərəkətlərini izah edir.
1.3.2. Əşya və alətlərdən istifadə etməklə müxtəlif təyinatlı ümuminkişaf
hərəkətləri haqqında məlumat verir.
1.3.3.Hərəki qabiliyyətlərin inkişafı metodları haqqında məlumat verir.
1.3.4.Bərpaedici hərəkətlərdən və vasitələrdən müstəqil istifadə qaydalarını izah
edir.
1.3.5.İlk tibbi yardım və zədə alanın daşınması haqqında informasiya verir.
Dostları ilə paylaş: