Şagird: 1.1.Sağlamlığın möhkəmləndirilməsində hərəki fəaliyyətin əhəmiyyəti haqqında biliklərini nümayiş etdirir. 1.1.1. Orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirmək üçün
zəruri hərəkət və hərəkət kompleksləri haqqında informasiya verir.
1.1.2. Sağlamlaşdırıcı vasitələrdən və bərpaedici hərəkətlərdən istifadənin
səmərəliliyini əsaslandırır.
1.2. Müxtəlif idman növlərinə aid hərəkətlərin icra üsulları haqqında biliklərini nümayiş etdirir. 1.2.1. Hərəkətləri icra edərkən öz imkanlarını dəyərləndirir.
1.2.2. Fərdi və komandalı fəaliyyətin təşkili zamanı əlverişli üsullarından istifadə
haqqında informasiya verir.
1.2.3. Kombinələşmiş estafetlərdən istifadə haqqında informasiya verir.
1.2.4. Müxtəlif özünümüdafiə üsullarının tətbiqi haqqında informasiya verir.
1.3. Hərəki fəaliyyətin təşkili və idarə olunmasına dair bilikləri nümayiş etdirir. 1.3.1. Müxtəlif təyinatlı sıra hərəkətləri haqqında informasiya verir.
1.3.2.İstifadə etdiyi ümuminkişaf və hazırlayıcı hərəkətlərinin təyinatını
əsaslandırır.
1.3.3.Hərəki komplekslərdən və oyunlardan təyinatına görə istifadə haqqında
informasiya verir.
1.3.4. Bərpaedici, relaksiyaedici hərəkətlərin məqsədyönlü istifadəsi haqqında
məlumat verir.
1.3.5. Hərəkətlərin təhlükəsiz icrası, özünümühafizə və zədələnmələr zamanı ilk
tibbi yardım haqqında informasiya verir.
1.4. Şəxsiyyətin harmonik inkişafı haqqında məlumat verir. 1.4.1. Əxlaq, mənəviyyat hissi və vətənpərvərlik tərbiyəsi haqqında məlumat verir.
1.4.2. Hərəki fəaliyyət mədəniyyəti haqqında məlumat verir.
2. Hərəki bacarıqlar və vərdişlər. Şagird: 2.1. Hərəki bacarıqları mənimsədiyini nümayiş etdirir. 2.1.1. Orqanizmin müxtəlif funksional sistemlərini möhkəmləndirən vasitələri
tətbiq edir.
2.1.2. Sağlamlaşdırıcı vasitələrdən və bərpaedici hərəkətlərdən gün rejimində
istifadə edir.