3.Hərəki qabiliyyətlər Şagird: 3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir. 3.1.1. Oyunlar və icra şəraiti daim dəyişən hərəkətlər zamanı nümayiş etdirir.
3.1.2.Hərəki fəaliyyət zamanı əzələ-bağ aparatının elastikliyini və oynaqların
mütəhərrikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri yerinə yetirərkən sürət
nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi tələb edən hərəkətlərin
icrası zamanı sürət – güc nümayiş etdirir.
3.1.5. Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə numayiş etdirir.
3.1.6. Təkrar və davamlı icra zamanı dözümlülük nümayiş etdirir.
4. Şəxsiyyətin mənəvi- iradi xüsusiyyətinin formalaşması Şagird: 4.1. Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir. 4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.
4.1.3. Çətin və həlledici anlarda qətiyyət nümayiş etdirir.
4.1.4. Komandalı fəaliyyət zamanı öz potensialını reallaşdırır.
IX SİNİF IX sinifin sonunda şagird:
hərəkətlərdən və sağlamlaşdırıcı vasitələrdən təyinatına görə istifadə
qaydalarını izah edir;
təhlükəsiz icra, özünümüdafiə və ilk tibbi yardım göstərmək bacarığını
nümayiş etdirir;
fiziki hazırlığını artırmaq üçün müxtəlif təyinatlı hərəkətləri əlverişli
üsullarla icra edir;
yaş qrupuna müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir;
hərəki fəaliyyət zamanı məsuliyyət, rəqibə münasibətdə ədalətlilik nümayiş
etdirir.
Məzmun xətləri üzrə əsas və alt standartlar