38
2.2.1. Müxtəlif təyinatlı hərəkətləri yerinə yetirərkən icra üsulunu öz potensialına
müvafiq təkmilləşdirir.
2.2.2. Hərəki qabiliyyətləri inkişaf etdirən oyunları təyinatına görə istifadə edir.
2.2.3. Müxtəlif təyinatlı çoxmərhələli kombinələşmiş estafetlərdə iştirak edir.
2.2.4. Rəqibin gücündən və ətalətindən istifadə
etməklə özünümüdafiə
hərəkətlərini icra edir.
2.3. Hərəki fəaliyyətin təşkili və idarə olunması bacarıqları nümayış etdirir.
2.3.1.Sıra hərəkətlərini təyinatına görə yerinə yetirir.
2.3.2. Ümuminkişaf və hazırlayıcı hərəkətləri inkişafı
nəzərdə tutulan hərəki
qabiliyyətlərə müvafiq seçir.
2.3.3. Hərəki qabiliyyətlərin inkişafı üçün komplekslərdən məqsədli istifadə edir.
2.3.4. Bərpedici və relaksiyaedici hərəkətlərdən məqsədyönlü istifadə edir.
2.3.5. Müxtəlif şəraitlərdə ilk tibbi yardım göstərir.
3. Hərəki qabiliyyətlər
Şagird:
3.1. Hərəki fəaliyyət zamanı müvafiq hərəki qabiliyyətlər nümayiş etdirir.
3.1.1. Oyunlar və icra şəraiti daim dəyişən hərəkətlər zamanı sürət nümayiş etdirir.
3.1.2. Hərəki fəaliyyət zamanı əzələ-bağ aparatının elastikliyini və oynaqların
mütəhərrikliyini nümayiş etdirir.
3.1.3. İcrası maksimum tezlik tələb edən hərəkətləri
yerinə yetirərkən sürət
nümayiş etdirir.
3.1.4. Məhdud vaxt intervalında maksimum qüvvə sərfi
tələb edən hərəkətlərin
icrası zamanı sürət – güc nümayiş etdirir.
3.1.5.Öz çəkisini və xarici müqaviməti dəf edərkən qüvvə numayiş etdirir.
4. Şəxsiyyətin mənəvi-iradi xüsusiyyətinin formalaşması
Şagird:
4.1. Hərəki fəaliyyət mədəniyyəti nümayiş etdirir.
4.1.1. Hərəki fəaliyyət zamanı məqbul davranış nümayiş etdirir.
4.1.2. Hərəki fəaliyyətini əxlaqi və etik normalar çərçivəsində qurur.
4.1.3. Öz fəaliyyətində humanizm nümayiş etdirir.
4.1.4. Komandalı və fərdi fəaliyyət zamanı məsuliyyət nümayiş etdirir.
Dostları ilə paylaş: