2.3 Müəllimin təlim fəaliyyətinin planlaşdırılmasına dair nümunələr Ümumtəhsil məktəblərində fiziki tərbiyə müəlliminin işinin planlaşdırılması bu fənn üçün
ayrılan tədris vaxtının hərəki qabiliyyətlər üzrə təxmini bölüşdürülməsinin illik qrafiki ilə
başlayır. Bu qrafik müəllim fəaliyyətinin yalnız ümumi istiqamətini müəyyənləşdirir.
Nümunəvi qrafik cədvəl 4-də verilmişdir.
Şagirdlərin fiziki tərbiyəsinin hərəki qabiliyyətlərin inkişaf etdirilməsi üzərində qurulması,
ənənəvi tədris formasından fərqli olaraq tədris prosesinin keyfiyyətini yüksəltməyə, şagirdlərin
fiziki hazırlıgını artırmaga imkan verən əsas amildir.
Cədvəldə göstərilən tədris vaxtı böyüyən şagird orqanizminin anatomik-fizioloji, ayrı-ayrı
hərəki qabiliyyətlərin inkişaf etdirilməsinin yaşla əlaqədar xüsusiyyətləri, fiziki hazırlığın
artırılması metodikası nəzərə alınmaqla bölüşdürülmüşdür.
Tədris ilinin əvvəlində müəllimin fəaliyyəti şagirdlərin diaqnostik qiymətləndirilməsi ilə
başlamalıdır. Diaqnostik qiymətləndirmə hər bir şagirdin fiziki, funksional, hərəki qabiliyyətlər
üzrə malik olduğu səviyyəni müəyyən etməklə dərslərdə, ev tapşırıqlarının verilməsində
müəllimin fəaliyyət istiqamətini göstərir. Diaqnostik qiymətləndirmə nəticələri müəllim
tərəfindən qeydə alınır. Digər tərəfdən dərslərin hərəki qabiliyyətlər üzrə planlaşdırılması
müəllim yaradıcılığına, ayrı-ayrı hərəki qabiliyyətlərin inkişafı üçün vəsait seçimində
müstəqilliyinə imkan verir. Təsadüfi deyildir ki, tədris saatlarının illik bölüşdürülməsi
cədvəlində hər bir hərəki qabiliyyətin inkişafı üçün tövsiyə olunan vasitələr geniş spektrdə
verilmişdir. Müəllimin vəsait seçmə imkanları onun peşə hazırlığının səviyyəsi, məktəbin
maddi-texniki bazası, ən əsası isə onun yaradıcılıq fantaziyası ilə müəyyən olunur.
59
Tədris ili summativ qiymətləndirmə ilə tamamlanır, nəticələr ilin əvvəlində aparılmış diaqnostik qiymətləndirmə göstəriciləri
ilə müqayisə olunur. Fiziki, funksional, hərəki qabiliyyətlər üzrə müəyyən olunan dəyişikliklər fiziki tərbiyə müəlliminin fəaliyyət
səmərəliliyini göstərir.