58
olunan təlim metodları hərəki qabiliyyətlərin inkişaf etdirilməsi ilə yanaşı, hərəki bacarıq və
vərdişlərin, eləcədə idrakı proseslərin fəallaşmasına kömək etməlidir. Bu,
xüsusən ibtidai
təhsil mərhələsi üçün daha zəruridir. Mürəkkəb quruluşlu oyunların icrası və ya hərəki
fəaliyyətin yenidən qurulması, şagirdin əvvəlcədən şüurlu düşünülmüş planı əsasında öz
fəaliyyətini çevik tənzimləmək bacarığına əsaslanır. Belə təkrarlamalar psixomotor
fəaliyyətin
səmərəliliyinin tədricən artmasına gətirib çıxarır.
Dərsin frontal forması – motivin formalaşdırılması, informasiya təminatı, sıra və
ümuminkişaf hərəkətlərinin icrası üçün əlverişli vasitədir. Dərsin giriş və tamamlayıcı
hissələrində istifadə olunur.
Dərsin qrup forması – irəliləmələr zamanı ümuminkişaf və hazırlayıcı hərəkətlərin icrası
üçün əlverişli üsul kimi istifadə olunur. Daha çox hazırlayıcı və əsas hissədə tətbiq edilir.
Dərsin fərdi forması – dərsin gedişi prosesində ayrı-ayrı şagirdlərə verilən müxtəlif
tapşırıqlar, ev tapşırıqları, xüsusi qruplara aid olan şagirdlərlə iş zamanı istifadə olunur.
Dostları ilə paylaş: