Dərs planı nümunələrinin tərtibi qaydaları. Bütün təcrübi dərslər fənn kurikulumunun məzmun xətlərinin qarşılıqlı
əlaqəsi üzərində qurulur. Dərsdə istifadə olunan vasitələr, metodlar məzmun
xətlərinin reallaşmasına şərait yaradmalıdır. Hər bir dərs informasiya təminatının
verilməsi, bacarıq və vərdişlərə yiyələnmə, planlaşdırılan hərəki qabiliyyətinin
inkişaf etdirilməsi və mənəvi-iradi xüsusiyyətlərin formalaşdırılması ardıcıllığı ilə
tədris olunmalıdır.
Dərsin strukturunun aşağıdakı sxem üzrə qurulması tövsiyə olunur.
Mövzu: Dərsin mövzusu illik planlaşmada tədris vahidi üçün ayrılmış vaxtda
müvafiq müəyyənləşdirilir.
Nəzərə alsaq ki, hər bir tədris vahidində (hərəki qabiliyyətlər) bacarıq və
vərdişlərin
formalaşdırılması, möhkəmləndirilməsi, təkmilləşdirilməsi və qiymətləndirilməsi mərhələləri mövcuddur, o zaman hər bir tədris vahidi üzrə
göstərilən fəaliyyətlər üçün dərslər planlaşdırılmalıdır. Dərslərin sayı inkişafı
nəzərdə tutulan hərəki qabiliyyətin xüsusiyyətindən asılı olaraq müəyyənləşdirilir.
Standartlar: Mövzu üzrə standartların müəyyən olunması aşağıdakı ardıcıllıqla
aparılır.
Tədris vahidinə aid birinci dərsə:
-
tədris
vahidinin
(məsələn,
qüvvə qabiliyyətini) sağlamlığın
möhkəmləndirilməsində,
fiziki
hazırlığının
artırılmasında
əhəmiyyətinə,
hərəkətlərin icra üsuluna, şagird fəaliyyətinin təşkilinə, fiziki yükün icra ardıcıllığı
və intensivliyinə dair standartlar daxil ediləcəkdir;
Tədris vahidinə aid sonrakı dərslərə:
- hərəki qabiliyyətin inkişafına yönəlmiş fiziki yükə (sıra və ümuminkişaf
hərəkətləri, oyunlar, estafetlər, kombinə edilmiş estafetlər, xüsusi hərəkətlər və
s…), onun icra ardıcıllığına və intensivliyinə, təşkilinə dair standartlar.
Mövzusundan və illik planlaşmada neçənci olmasından asılı olmayaraq bütün
dərslərə mənəvi-iradi xüsusiyyətləri özündə əks etdirən standartlar daxil edilir.
Məqsəd: Dərsin mövzusuna aid əsas məsələnin ifadə olunması. Məsələn, sürət
qabiliyyətinin tərkib komponenti olan hərəkətin reaksiya tezliyinin inkişafı üçün 5-
ci sinifdə iki tədris saatı ayrılır.
Bu dərslərin hər birində dərsin məqsədi «hərəkətin reaksiya tezliyinin
inkişaf etdirilməsi» olacaqdır.