1.3. Dərs nümunələri Sürət qabiliyyətinin inkişaf etdirilməsi Mövzu: Hərəkətin reaksiya tezliyinin inkişaf etdirilməsi.
Standartlar: 1.1.3., 2.1.1., 2.1.4., 3.1.3., 4.1.1.
Məqsəd: Sürət qabiliyyətinin inkişaf etdirilməsi
; Dərsin vəzifələri: 1.
Sürət qabiliyyətinin fiziki hazırlığın formalaşmasında əhəmiyyəti haqqında
məlumat vermək;
2.
Hərəkətin reaksiya tezliyini inkişaf etdirən hərəkətlər, oyun qaydaları
haqqında məlumat vermək;
3.
Hərəkətin tezliyini inkişaf etdirən oyunları, estafetləri təşkil etmək və
keçirmək;
4.
Şagird fəaliyyətini təmzimləmək və qiymətləndirmək.
Fəndaxili inteqrasiya: 1.1., 2.1., 3.1., 4.1.
İş forması: frontal, kiçik qruplarla, fərdi.
İş üsulu: izah, hərəki təfəkkürün formalaşması, nümayiş etdirmə
, təkrar.
Resurslar: -müxtəlif çıxış vəziyyətlərdən startlar;
-müxtəlif intervalı siqnallarla startlar;
-oyunlar və estafetlər;
Zəruri avadanlıq və ləvazimatlar: fit, tabaşir, ruletka, piramida və ya
bayraqcıqlar, saniyəölçən.
Dərsin gedişi: Giriş hissə:3-5 dəq .
Bir cərgədə düzülüş, raport.
İnformasiya təminatı : Müəllim bildirir ki, sürət insanın fiziki hazırlığında və
sağlamlığının möhkəmləndirilməsində mühüm əhəmiyyət daşıyan hərəki
qabiliyyətlərdən biridir. Bizim 12 dərsimiz bu qabiliyyətin inkişafına yönəlmişdir.
Bu dərslərdə sizin hərəkət sürətinizin artırılması üçün verilən hazırlayıcı
hərəkətləri və oyunları maksimal tezlikdə və sürətdə icra etməniz əsas şərtlərdən
biridir. Ümumiyyətlə hərəkətlərin icrasında, xüsusən də intensiv sürət
hərəkələrindən sonra mütləq müəyyən gigiyenik tələblərə riayət etmək zəruridir.