74
Topun maneələr arasında çilənməsi və
ötürülməsi.
İcra texnikası:
sinif hər birində 4 iştirakçı
olan komandalara bölünür. Hər bir
komandanın qarşısında 8-10m məsafədə
aralarında 1m olan 5 kegli qoyulur. Start
siqnalı ilə birinci iştirakçılar topu çiləməklə
keglilərin arasından keçərək geriyə qayıdır,
topu sıranın önündəki komanda yoldaşına
verir və sıranın arxısında dayanır. Daha tez
çıxış vəziyyətinə qayıdan komanda qalib
hesab olunur.
Topun maneələr arasında çilənməsi və
səbətə atılması.
İcra
texnikası:
sinif
bərabər
saylı
komandalara bölünür. Hər bir komanda 2m
hündürlükdə qoyulmuş səbətdən 2-2,5m
məsafədə sırada dayanırlar. Birinci iştirakçı
topu çiləyərək sıranın arxasında, biri-
birindən 1m məsafədə qoyulmuş keglilər
arasından keçir, qayıdaraq topu səbətə atır,
sıranın arxasına keçir. Səbətdən qayıdan
topu növbəti iştirakçı götürür, hərəkəti təkrar
edir. Daha tez çıxış vəziyyətinə qayıdan
komanda qalib hesab olunur.
Tamamlayıcı hissə:
3-5 dəq.
Tənəffüs və bərpaedici hərəkətlər.
Ümumiləşdirmə və qiymətləndirmə: müəllim oyunların nəticəsinə ğörə qalib
komandaları və daha fəal şağirdləri qeyd edir. Müvafiq ev tapşırıqları verir.
Dostları ilə paylaş: