72
Topun ötürülməsi və qəbulu üçün
əlverişli mövqe seçmək.
İcra texnikası.
Meydançada diametrləri 3m
və 5m olan 2 dairə,
biri birinin içərisində
cızılır. Şagirdlər 2 komandaya bölünür.
Birinci dairəyə 1-ci komandadan 3 oyunçu
yerləşdirilir. 2-ci dairəyə 2-ci komanda
üzvləri yerləşirlər. 1-ci komandanın
qalan
üzvləri böyük dairənin kənarında yer
tuturlar. Start siqnalı ilə 1-ci komandanın
oyunçıları topu dairənin kənarından 1-ci
dairənin içərisində dayanmış komanda
yoldaşlarına
ötürməyə
çalışırlar.
1-ci
komandanın dairənin içərisindəki oyunçuları
topu
tutduqda
dairənin
kənarındakı
yoldaşlarına kömək üçün çıxırlar. 2-ci
komandanın oyunçuları mərkəzə ötürülən
topu tutmağa və ötürməni dayandırmağa
çalışırlar.
Sonra komandalar yerlərini
dəyişirlər. Hər bir uğurlu ötürmə və topun
qəbulu üçün 1 xal verilir. Daha çox xal
toplayan komanda qalib sayılır.
Topun ötürülməsi və qəbulu üçün
əlverişli mövqe seçmək.
İcra texnikası.
Meydançada biri birinin
içərisində üç dairə cızılır. Birinci dairənin
diametri 1m, ikinci dairə - 3 m, üçüncü dairə
isə 5 m. olmalıdır.
Birinci dairədə topu
qəbul
edəcək
rəqib
komandanın bir
oyunçusu durur, ikinci dairə sərbəstdir,
üçüncü
dairədə
rəqib
komandanın
müdafiəçiləri dayanırlar. Qalan oyunçular
dairənin ətrafında yer tuturlar.
Dairənin
kənarındakı oyunçular topu mərkəzdəki
oyunçuya ötürməyə çalışırlar. Müdafiəçilər
topu
tutmalıdırlar.
Əgər
dairənin
mərkəzindəki
oyunçu topu tutarsa, o zaman
topu ötürən oyunçu dairənin mərkəzinə
keçir,
topu tutan oyunçu isə, müdafiəçilərə
qatılır. Müdafiəçilərdən bir nəfər isə
dairənin kənarındakı oyunçulara qatılır.
Dostları ilə paylaş: