75
ümumi hərəkətin diqqəti cəlb etməyən bir
elementi olmalıdır.
Qeyd. Aşağıdakı şəkildə pəncənin daxili hissəsi
ilə zərbəyə hazırlıq və icrası zamanı topun və
pəncələrin yerləşmə vəziyyətləri verilmişdir.
Pəncənin orta hissəsi ilə topa zərbə.
Oyunda:
- orta və uzaq məsafələrə ötürmələr;
- bu məsafələrdən qapıya zərbələr pəncənin üst
hissəsi ilə icra olunur.
Zərbə yerindən, yerişdən, düzxətli qaçışdan icra
oluna bilər.
İcra texnikası
.
Dizdən azacıq bükülmüş qıç topun yanında
dayağa qoyulur. Dayaq ayağının ucu zərbə
istiqamətinə yönəlir. Zərbə qıçı dizdən bükülərək
arxaya aparılır. Sonra holaylandırma hərəkəti ilə
qıç sürətlə irəliyə aparılır. Zərbə topun tən
ortasına endirilir. Bu zaman zərbə ayağının
pəncəsi aşağıya dartılır. Topuq – pəncə
gərginləşdirilir, gövdə topun üzərinə əyilir.
Qeyd. Aşağıdakı şəkildə dayaq və zərbə ayağının
topa nisbətən yerləşmə vəziyyəti göstərilmişdir.
Dostları ilə paylaş: