Topun pəncənin daxili hissəsi ilə saxlanılması (dayandırılması). İcra texnikası .
Bədənin ağırlığı dayaq ayağı üzərinə keçirilir.
Topu dayandıracaq qıç dizdən bükülür, pəncə
xaricə çevrilir və dayaq ayağı ilə düz bucaq əmələ
gətirir və yaxınlaşan topu «qarşılamaq» üçün
irəliyə aparılır. Topa toxunan anda çox «yumşaq»
geriyə çəkilir. Top oyunçunun qarşısında qalır.
Qarşıdan qələn topun pəncənin altı ilə saxlanılması. İcra texnikası .
Topu saxlayacaq qıç dizdən bükülərək yaxınlaşan
topa tərəf aparılır, bədənin ağırləğı dayaq qıçı
üzərinə keçirilir. Topu saxlayacaq ayağın
yuxarıya qaldırılmış pəncəsi və aşağıya endirilmiş
dabanı topu yuxarıdan və yandan «örtür». Top
pəncənin altına toxunduğu an qıç dizdən
bükülərək geriyə çəkilir. Top yerə sıxılır, gövdə
irəliyə verilir.
Yuxarıdan qələn topun pəncənin daxili hissəsi ilə saxlanılması. İcra texnikası .
Topu saxlayacaq qıç dizdən bükülərək, xaricə
çevrilərək yuxarıya-irəliyə, yaxınlaşan topa tərəf
aparılır. Topla təmas anında qıç geriyə, arxaya
çəkilir və topun uçuş sürətini azaldır. Bu üsulla
bud səviyyəsində hərəkət edən toplar saxlanılır.
Daha hündürdən uçan toplar isə eyni üsulla
tullanaraq saxlamaq mümkündür.
Əgər top şagirdin qarşısında yerə enirsə onu
pəncə üstünün orta hissəsi ilə saxlamaq olar. Bu
zaman dayaq qıçı dizdən bükülür, digər qıç da
dizdən bükülərək yaxınlaşan topa tərəf irəliyə-
yuxarıya aparılır. Enən top pəncənin üst hissəsinə
toxunduğu anda topu dayandıran ayaq sürətlə,
lakin yumşaq hərəkətlə aşağı endirilməklə topun
sürətini azaldır və onu dayadırır.